Hər ananın ehtiyac duyduğu 5 dost

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 571
Səs ver:
(səs: 2)
Heç kömək almadan həftəni tək başına tamamlamaq haradasa mümkün deyil.
Uşaq böyütmənin nə qədər çətin olduğunu hamımız bilirik. Hər ananın güvənə biləcəyi 5 dosta ehtiyacı var. Qız rəfiqələrinizdən arada ala biləcəyiniz köməklər olmazsa, uşaqlarımızı özünüzü itirmədən böyütmək çox çətindir...
Sizə hər ananın ehtiyacı olan dostları sıralayırıq:

"Təcili vəziyyət" dostu
Güvənilə bilən, hər vəziyyətdə köməyinizə qaçmağa hazır və uyğun olan, həyatınızı qurtaracaq bir dost. Xəstəlik ya da baxıcınızla əlaqədar bir problem olduğunda, sizin və uşağınızın yanında olacaq bir dost.

"Güldürən, əyləndirən" yoldaş

Hər ana, gündəlik həyatın keşməkeşi içərisində onu maraqlı hekayələri ilə əyləndirib, bir az da olsa gerçəklərdən uzaqlaşdıracaq bir dosta sahib olmalıdır.

"Qulaqları açıq" dost

Burada  dedi-qodu edən birindən danışmırıq. Uşaqların həyatında nə olub bitdiyini bilən bir başqa ana məsələn. Bu tip analar, ev tapşırıqlarından, məktəbdə uşaqların arasında nələr olub bitdiyinə qədər hər şeyi bilib, öyrənmə qabiliyyətinə sahibdir. Əgər siz onlardan biri deyilsinizsə, mütləq elə birini dost siyahınıza əlavə edin.

"Həyat rəhbərliyi" edə bilən dost
Ümumiyyətlə bu tip insanlar psixologiya təhsilləri yoxdur, amma sizi necə motivasiya edəcəklərini yaxşı bilərlər. Bu tip bir dostla keçirəcəyiniz bir saatdan sonra,  bir idman salonuna yazılmış ya da qardrobunuzu yeniləmiş ola bilərsiniz.

"Uşaqlar? Xeyr, təşəkkürlər" deyən dost
Hər ananın zamanla ana şəxsiyyətindən çıxıb, qadın şəxsiyyətinə bürünməyə ehtiyacı var. Bu tip dostlar tam ehtiyacınız olan şeydir. Birlikdə kinoya gedə bilərsiniz. Bu dostunuzun ən məşhur restoranları və yeni açılan mağazaları ola bilər. Onunla keçirəcəyiniz bir günortadan sonra, sizə mətbəxin və paltar otağının xaricində də bir həyat olduğunu xatırladar.

/Mənbə: Qadınlar.biz/

(səs: 2)
Şərhlər: 3
Baxılıb: 2 571
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri