Yaxşı bir ata olmanın 10 qaydası

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 493
Səs ver:
(səs: 2)
Uşaqlarıyla necə keyfiyyətli zaman keçirdikləri ilə maraqlanırsınız?
1- Uşağınızla ünsiyyət qurun
Müvəffəqiyyətli bir ata olmaq istəyirsinizsə uşaqlarınızla bol-bol danışın və onları dinləyin. Birlikdə oturub televiziya izləmək, video oyunları oynamaq ya da internetdə vaxt keçirmə yerinə, uşaqlarıyla yaxşı razılaşan atalar onlarla söhbət edir. Bu söhbətlərin ciddi mövzuları olmaq məcburiyyətində deyil. Lakin həm müsbət həm mənfi söhbətlər etmək onun tənqidə açıqlığını artıracaq, başqa sözlə də özünü davamlı inkişaf etdirməsinə səbəb olacaq.

2- Birlikdə vaxt keçirin
Ailəcə birlikdə vaxt keçirmiş ola bilərsiniz. Lakin sizin uşaqlarınızla da baş-başa vaxt keçirməniz lazımdır. Hətta öz aranızda belə bir oyun oynaya bilərsiniz; hər ayın bir günü uşağınızla təbətək oturub, onun həyatı, narahatlıqları, qorxuları, xoşbəxtlikləri və müvəffəqiyyətləri haqqında danışa bilərsiniz.

3- Prinsipləriniz olsun
Təəssüf ki, müvəffəqiyyətli bir uşaq böyütmək üçün ancaq əylənmək və əlaqənizi inkişaf etdirmək kifayət etmir. Ona həm dəyərlər qazandırmalı həm də məsuliyyət verməlisiniz. Bəzi ailə qaydaları meydana gətirmək və onlara bağlı qalmaq uşağınıza əsaslı yönlər və məsuliyyət qazandırar.

4- Başınıza çıxartmayın
Hər istədiyini etməniz həyatda gerçək xarici gözləmələrinin meydana gəlməsinə səbəb ola bilər. Bəzi istəklərinin bir müddət təxirə salınması, həm istədiyi şeyə daha çox dəyər verməsini təmin edəcək həm də həyatı boyunca səbrli olmağı və hər istədiyinin anında ola bilməyəcəyini öyrənməsinə köməkçi olar.

5- Sevginizi müəyyən edin
Uşaqlar sevgini fərqli şəkillərdə qəbul edirlər. Buna görə tez-tez onu sevdiyinizi deyin ya da müəyyən edin. Sevildiklərini və dəyər gördüklərini anlamaları, inkişafları və irəlidə keyfiyyətli bir həyatları olması baxımından olduqca əhəmiyyətlidir.

6- Kitab saatınız olsun
Uşağınızla birlikdə kitab oxuduğunuz saatları nizamlayın və bunu təkrarlanan halına gətirin. Həm gələcəyi üçün yaxşı bir hobbi qazandırmış olacaqsınız həm də kitablar sayəsində həyatlarına yaxşı bir yön verə biləcəklər. Yaxşı  atalar, uşaqlarının ilk yaşlarından etibarən onlarla birlikdə kitab oxuyurlar.

7- Uşağınızın anasını sevin
Bəzi atalar boşanmış ola bilər ya da uşaqlarının anasıyla birlikdə yaşamaya bilər, lakin analarını sevməniz və bunu uşaqlarınızın bilməsi olduqca əhəmiyyətlidir. Ana və atalarıyla birlikdə böyüyən uşaqların həyatda daha müvəffəqiyyətli olduqları da bir gerçəkdir. Yəni yaxşı atalar, uşaqlarının analarıyla əlaqələrinə isvestisiya qoyarlar.

8- Anası haqqında pis danışmayın
Boşanmadan sonra, bəzi atalar uşaqlarının anaları haqqında pis və mənfi  şəkildə danışarlar. Doğru bir ata olmaq istəyirsinizsə bu tutumunuzdan imtina etməlisiniz. Təbii ki, anasının pis asılılıqları varsa ya da uşağına zərər verirsə bu vəziyyəti nəzərdən keçirməlisiniz. Yenə də anası haqqında pis danışmaq yerinə, onu qoruduğunuzu və sevdiyinizi hiss etdirməlisiniz.

9- Dostlarını tanıyın
Uşağınızın kimlərlə dostluq etdiyini bilin. Dostlarını evinizə dəvət edin. Bu sayədə həm yoldaşlarını həm də ailələrini tanımış olacaqsınız.

10- Təhlükələrdən qorumalısınız
Uşaqlarının ətrafında meydana gələ biləcək təhlükələrdən xəbərdar olmalı və bunları maneə törətmək üçün əllərinizdən gələni etməlisiniz. Başqalarına "xeyr" deyə bilməsini öyrədin. Unutmayın, yaxşı atalar həyata hazır, məsuliyyət sahibi və özünə güvənən uşaqlar böyüdər.

/Mənbə: Qadınlar.biz/
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 3 493
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri