Dedikləri sevimli deyil, təhlükəli ola bilər!

Müəllif: NIGAR_CAVAD
Şərhlər:
Baxılıb: 1610
Paylaş:
Səs ver:
(səs: 3)
Kiçik ağızından çıxan sözlər sizə sevimli gəlmiş ola bilər, lakin səhv tələffüzlər sizə bir mesaj verir. Bir ekspert fikirinə mütləq müraciət edi.
Xüsusi ENT KKB Tibb Mərkəzindən Ekspert Dil və Danışma Terapisti Özlem Akgün Bilgili, artikülasiya pozuqluqlarıyla əlaqədar ailələrə əhəmiyyətli məlumatlar verdi.

"Səslərin, hecaların ya da sözlərin səhv çıxarılmasına artikülasya pozuqluğu deyilir. Məsələn; r və s səslərinin fərqli deyilməsi ya da heç deyilə bilməməsi. ‘Arı' yerinə ‘alı' və ya ‘kitab' yerinə ‘kipat' demək buna nümunədir. Pozuqluğun şiddəti, kiçik və əhəmiyyətsiz axsaqlıqlardan tamamilə aydın olmayan bir danışmağa qədər dəyişə bilər.

Onu anlaya bilirsiniz? 
Bir adamın ana dilinin səslərini çıxara bilməməsinin xeyli  səbəbi ola bilər. Xüsusilə anatomik və fizyoloji strukturların qiymətləndirilərək uşağın səsləri çıxarmasına mane olan bir probleminin olub olmadığının  müəyyən olunması lazımdır.
Bu vəziyyətdə diş, damaq, dil, dodaq və burun kimi orqanların strukturları, hərəkətləri araşdırılmalıdır. Qiymətləndirmədə şübhə oyandıran bir vəziyyət olduğunda uşağın bir ekspert tərəfindən də görülməsi istənməlidir. Bunla yanaşı uşağın eşitmə funksiyanının da qiymətləndirilməsi lazımdır. Danışmasının anlaşılması çox az olan, danışma səslərinin çoxunda problem yaşayan və danışmağa gec başlamış uşaqların mütləq uyğun bir obyektiv eşitmə testindən   keçirilmələri lazımdır.
Eşitmə tezliklər halında reallaşan bir hadisədir. Uşaq, qalın tezlikdəki səsləri eşidir və bu səslərə reaksiya verə bilər. Ancaq "s, z" kimi daha incə tezliklərdəki səsləri eşitməyə bilər. Bu vəziyyət, ümumiyyətlə valideynlərin uşağın bütün səsləri eşitdiyini zənn etmələrinə gətirib çıxarır. Halbuki uşaq bu tezlikdəki səsləri, eşidə bilmədiyindən əziyyət çəkə bilər. Kiçik yaşlarda çox keçirilən orta qulaq iltihabına bağlı olaraq bu kimi vəziyyətlər inkişaf edə bilir ya da orta səviyyədəki eşitmə itkinləri gözdən qaçırıla bilir. Danışma səslərinin çıxarıla bilməməsi ağıl səviyyəsiylə də əlaqəlidir. Orta və ağır dərəcəli ağıl geriliyi olan uşaqlar bəzi səsləri heç bir zaman dəqiq olaraq çıxara bilmir.

Danışmasını tez-tez düzəldin!
Səs pozuqluğunun ən çox görüldüyü bir başqa qrup gec danışan uşaqlardır. Ümumiyyətlə gec danışdığı deyilən uşaqlarda yüngüldən irəli səviyyəyə qədər səslənmə pozuqluqlarına rast gəlinir. Yuxarıda ifadə olunan vəziyyətlər xaricində diqqətə çarpan bir səbəbə bağlı olmadan müxtəlif səviyyələrdə səslənmə pozuqluqları da görülə bilir. Bəzən valideynlər uşağın sevimli tələffüzlərini sevimli görər və düzəltmələr etməz. Hətta çox ailədə ‘uşaq kimi danışma', onun söylədiyi səhvləri xoş qarşılayıb eyni səhv söyleyişi təkrar etmə meyli var. Bu kimi səhv gücləndirmələr uşağın doğru bir şey dediyini zənn etməsinə gətirib çıxarır və dilə düzəldilməyən səhvlər yerləşir. Müəyyən bir müddət sonra valideynlər səhvləri düzəltmək istədiklərində bu dəfə də uşaq doğrusunu deyə bilməz ya da düzəldilməyə qarşı reaksiya göstərə bilər."

Oxumağı-yazmağı mənfi təsir edir!
İnsanlar belə pozuqluqların oxuma-yazma öyrənilincə problemin ortadan qalxacağına inanır. Ancaq xeyli  uşaq üçün vəziyyət belə deyil. Yəni danışma problemi, uşağın ictimai müvəffəqiyyətinə mənfi yöndə təsir edir.

/Mənbə: Qadınlar.biz/

loading...
(səs: 3)
Şərhlər:
Baxılıb: 1610
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv