Uşaqlar dənizdən niyə qorxur?

Şərhlər:
Baxılıb: 1086
Paylaş:
Səs ver:
(səs: 2)
Bu dəfə valideynlərin mövsümi qarşılaşdıqları çətinliklərdən biri olan dəniz qorxusundan söhbət açmaq istəyirəm. Dəniz qorxusu uşağın yaşına uyğun olaraq dəyişir və əsasən, 3-6 yaş arası uşaqlarda idrak proseslərinin, xüsusən, təxəyyülün aktivliyi ilə əlaqədar olaraq, özünü daha intensiv göstərir. Bu yaş arası uşaqlarda, əsasən, yüksək səs (tozsovuran, ildırım çaxması), saç kəsimi (bərbər), həkim, su kimi qorxular müşahidə olunur. Məktəbəqədər yaşlı uşaqlarda müdafiə mexanizmi güclü olduğu üçün qorxularının kökündə bədənlərinə zədə dəymə, yaralanma kimi narahatlıqlar durur. Bu zaman uşaq ağlayır, anasından bərk bərk yapışır, əşyaların arxasında, maşının oturacağının altında gizlənir.
Bəzən valideynlər "qorxunun üzərinə getmək lazımdır” şüarı ilə uşaqları zorla suya salaraq, suyun necə gözəl olduğundan danışaraq, ələ salaraq, "qorxaq” adlandıraraq uşağın dəniz qorxusuna qalib gəlməsini istəyir. Şüar doğru olsa da, tətbiq olunan üsulda bir az yalnışlıqlar var. Bu, əksinə, uşaqlarda gərginliyi daha da artırır və uzun müddət təzyiq olunarsa, zərərli vərdişlər- göz qırpma, dırnaq yemə, barmaq sovurma, hətta tik (uşağın istəkdən kənar çıxartdığı səs, müxtəlif baş və çiyin hərəkətləri) belə müşahidə olunmağa başlaya bilər.
Bunun üçün valideynlərə uşaqları incitməyərək istifadə edə biləcəyi praktik məsləhətlər vermək istəyirəm. İlk olaraq onu qeyd etmək istəyirəm ki, yaşından asılı olmayaraq, uşaqlar ətraflarında cərəyan edən hər bir şeyi yarış kimi görür. Bu səbəbdən, valideyn uşaqda dənizlə rəqabət hissi yaratsa, ideal olardı. Belə sual yaranır: bəs necə? Öncə uşağınıza əhvalatlar danışaraq "suyun üzərində gəzə bilən qəhrəman uşaq” nağılını danışa bilərsiniz. Valideynin yaradıcılıq bacarığından asılı olan ssenarisiz nağıl oyunumuzda, sadəcə, əsas məzmun sizin uşağınızın yaşlarında olan, suyun üzərində gəzə, altında gözlərin aça bilən qəhrəman uşaq barəsindədir. Bununla da, uşaqda özü də hiss etmədən bu bacarığa sahib olmaq istəyi yaranır. Beləcə, qorxusunu arxa fona keçirərək qorxusunu bacarığa, istedada çevirməyə çalışır.
Uşaqlar çimərkən valideynlər ona dəniz-dəniz oyunu adı altında vannaya su dolduraraq, köpük yaradaraq, ora sevimli oyuncaqlar qoyaraq suyu sevdirməlidir. Dənizə gedərkən isə uşaqların yavaş-yavaş suyu tanımasına şərait yaratmalıdırlar. Öncə suya ayaqlarını salaraq, sonra ata və ya anasının dəstəyi ilə rezin roliklərin köməyi ilə suyun üzərində qalmağına kömək olunmalıdır. Sonda görəcəklər ki, heç də "qanları qaralmadan” uşaqları necə həvəslə dənizə girmək istəyir.
Sonda isə, əziz valideynlər, uşaqlar heç də ağlamadan, narahatlıq keçirmədən bütün qorxularının öhdəsindən gələ bilərlər. Sadəcə, bunun üçün onlara qorxduqlarını tanımağa, onları sevmələrinə vaxt verin.

"NARINC" Uşaq Psixologiya Mərkəzinin rəhbəri, psixoloq Narınc Rüstəmova

loading...
(səs: 2)
Şərhlər:
Baxılıb: 1086
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv