Uşaqlarda televizor asılılığı

Müəllif: Pure Love
Şərhlər:
Baxılıb: 1005
Paylaş:
Səs ver:
(səs: 0)
Uşaqların televizor, kompüter, telefon, tablet kimi elektronik məhsullara asılılıq inkişaf etdirmə ehtimalının çox yüksək olduğu bilinir. Tam fərqli dünyalara yelkən açmalarını təmin edən və beləcə yaradıcılıqlarına kömək ola bilən bu cihazlar eyni zamanda onların zehni və ruhi inkişafına, hətta fiziki inkişafına belə zərər verə bilir. Xüsusilə televizorun istifadəsi üçün xüsusi bir məlumat tələb etməməsi, onu uşaqlar üçün çox təhlükəli bir vasitə halına gətirir.
Bir çox valideynlər təəssüf ki, uşağının vaxt keçirməsi və bu sırada özləri ilə maraqlana bilmələri üçün onu televizor başına oturda bilir. Bu vəziyyət saatlarla davam etdiyində və hər gün təkrarlandığında, uşağın televizora olduqca bağlandığını və hər vaxt televizor izləmək istədiyini də müşahidə edə bilirik. Bu səbəbdən televizor asılılığı mövzusunda ilk məsuliyyət ana və atalara düşür. Çünki uşağın asılılığı inkişaf etdirmə vəziyyəti olmasa belə onu öz əllərinizlə televizora asılı edə biləcəyinizin fərqində olmanız lazımdır.
Bəzi uşaqlar isə doğuşdan bu tip cihazlarla çox əlaqədar ola bilirlər və bir müddət sonra elektronik cihazlardan ayrı bir həyat düşünə bilməz hala gəlirlər. Əgər bu tip bir davranış içərisində olduğunu hiss etsəniz, uşağınızın iştirak edə biləcəyi alternativ fəaliyyətlər tapa bilər və onu bunlara istiqamətləndirə bilərsiniz. Velosiped sürməkdən və ya idman etməkdən əl işlərinə və musiqi alətlərinə qədər onlarla fərqli variant olduğu üçün bir fəaliyyət tapmaq çətin olmayacaq. Lakin fəaliyyət taparkən öz istədiyiniz deyil, onun istədiyi bir fəaliyyəti seçsəniz çox daha zövqlü bir şəkildə bunlara qatılmasını təmin edəcək.
Televizor izləmə əsnasında idarə altında olması isə həm zərərli görüntülərlə qarşı-qarşıya gəlmə ehtimalını ortadan qaldıracaq, həm də televiziorun şüursuz bir şəkildə izlənilməməsi lazım olduğu fikirini təsdiq edəcək. Yalnız günün müəyyən saatlarında icazə verəcəyiniz televizor sayəsində həm onun könülünü edə bilər, həm də qorunmasını təmin edə bilərsiniz.
Edilən araşdırmalar, televizor qarşısında daha az vaxt keçirən uşaqların həm ictimai mənada daha inkişaf etmiş olduqlarını, həm də bədənlə daha sağlam olduqlarını ortaya qoymaqdadır. İşıq qaynağı olan ekranların bədənin yuxu halına keçməsini təmin edən hormonları pis istiqamətdə təsir etdiyi və bu səbəblə yuxu nizamının yaradılmasında da çətinlik meydana gətirdiyi də ortaya qoyulanlar arasındadır. Doğru və kafi bir televizor izləmə isə uşağın yeni məlumatlar öyrənməsində faydalı olacaq.

loading...
(səs: 0)
Şərhlər:
Baxılıb: 1005
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv