Uşaq sakit oturursa…

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 3 156
Səs ver:
(səs: 3)
Adətən, deyirlər ki, dəcəl uşaq sakit oturubsa, deməli, nəsə yaramazlıq edir. Amma məlum olub ki, uşağın elə dəcəl, hərəkətli olması daha yaxşıdır, nəinki sakit oturması.

Yüksək arterial təzyiq çox vaxt yaşlı insanlara şamil edilir. Kanadadan olan alimlər isə televizor qarşısında çox vaxt keçirən uşaqlarda qan təzyiqinin yüksəldiyini aşkar ediblər.
 
Oturaq həyat tərzi ümumilikdə sağlamlığa ziyandır. Yəni televizorda verilişlər izləyərkən, kompüterdə oyun oynayarkən, yaxud veb-səhifələrə baxarkən əsəb gərginliyi qaçılmazdır.

Kanadalı mütəxəssislər bildirirlər ki, uşağın hər gün bir neçə saatı kompüter monitoru və ya teleekran qarşısında keçirməsi onun arterial təzyiqinin artmasına gətirib çıxarır.

Tədqiqata 8-10 yaşlı 630 uşaq cəlb edilib.

Həftə boyu hər iştirakçının arterial təzyiqi gündə 5 dəfə ölçülüb. Həmçinin bu günlər ərzində onlar üzərlərində hərəkətliliklərini və sakit durduqları anları qeyd edən cihazlar gəzdiriblər.

Uşaqlardan eləcə də aktiv hərəkətlərə (gəzinti, velosiped sürmək, idmanla məşğul olmaq) və dərs hazırlamağa, televizora baxmağa, kompüterdə oyun oynamağa nə qədər vaxt sərf etdikləri də soruşulub. Uşaqlardan alınan məlumatları valideynləri də təsdiqləyiblər.

Tədqiqatın sonunda məlum olub ki, hər gün televizor və kompüter qarşısında 2 saat və daha çox vaxt itirən uşaqlarda yüksək təzyiqin yaranması orta hesabla 2,7 dəfə artıb.

Uşağın çəkisi qədərindən artıq və piylənməsi olubsa, hipertoniya riski də bir xeyli yüksək olub.

Mütəxəssislər xatırladırlar ki, ÜST-ün məsləhətinə görə, arterial təzyiqin inkişafının qarşısını almaq üçün yaşlı insanların həftə ərzində 150 dəqiqə fiziki aktivliyə ehtiyacları var. Uşaqlar üçün isə bunun qədəri xeyli artıq olmalı, gün ərzində 60 dəqiqədən az olmamalıdır.
(milli az)
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 3 156
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri