Uşaqlarda oxuma və öyrənmə çətinliyi - Disleksiya

Şərhlər:
Baxılıb: 3819
Paylaş:
Səs ver:
(səs: 0)
Uşaqların böyük bir qismi 1-ci sinifə başladıqdan sonra 3-4 ay ərzində oxuma-yazmaya başlayır və bu bacarıq qısa müddətdə formalaşıb, inkişaf edir. Təbii olaraq valideynlərin də gözlədiyi budur,amma təəssüf olsun ki, məktəbə yeni başlayan uşaqların təxminən 10%-i üçün bu heç də asand olmur. Bəs nədir bu problem? Gündəlik həyatda valideynlər uşaqlarındakı bu problemi yaddaş zəifliyi, "tənbəllik" adlandırsa da bu elmi dildə Disleksiya adlanır.

Disleksiya ən çox rastlanan öyrənmə problemlərindən biridir. Zəka ilə heç bir əlaqəsi olmayan, bilavasitə hafizə və dil ilə əlaqədar olan Disleksiya ən geniş mənada axıcı oxuma və oxuduğunu başa düşməmə ilə özünü biruzə verən öyrənmə çətinliyidir. Disleksiyalı uşaq sahibi olan valideynləri narahat edən əsas məsələlərdən biri də uşağın zehnində inkişafın geriləməsidir. Bilmək lazımdır ki, zəka səviyyəsi yüksək olan uşaqarda da buna rast gəlmək mümkündür. Böyük alim Albert Einstein, intibah dövrünün böyük memar, heykəltaraş və rəssamı Leanardo da Vinçi, kino ulduzu Tom Cruise, musiqiçi və kino aktyoru Cher və məhşur aşbaz və televiziya aparıcısı Jamie Oliver Disleksiyadan əziyyət çəkən məhşürlar sırasındadır.

Uşağımızın disleksiyadan əziyyət çəkdiyini necə bilmək olar?
Ümumiyyətlə bilmək lazımdır ki, erkən diaqnoz, həm uşağın inkişafında, həm də gələcəkdə alacağı təhsilin necə istiqamətlənməsində çox önəmlidir.
Məktəbəqədər yaş dövründə müşahidə olunan aşağıdakı hallar disleksiyanın əlamətləri ola bilər:
• Nitqdə geriləmə;
• Yeni sözləri öyrənməkdə çətinlik çəkmək;
• Danışarkən məzmuna ən uyğun sözü seçməkdə çətinlik çəkmək;
• Hərfləri fərqləndirməkdə çətinlik çəkmək;
• Məkan və zaman anlayışlarını qavramaqda yaranan çətinlik.

Məktəb dövrünün ilk illərində müşahidə olunan hallar:
• Əlifba sırasını öyrənməkdə çətinlik;
• Səslərin qarşılığını olan hərflərdə çətinlik;
• Hecalamada çətinlik;
• Yazılı sözləri səsləndirmədə çətinlik;
• Yazı yazarkən çətinli, yazarkən əlavə hərflər artırmaq və tam əksi hərfləri əksik yazmaq;

Bəzən oxuma və yazmadakı çətinliyi qismən aradan qaldıra bilən uşaqlarda disleksiyanın fərqinə varmaq çətin olasa da 5-6-cı sinifə gəldikdə:
• Səsli oxumada çətinlik, sözlərin sonunu deməmə;
• Yavaş ya da səhv oxuma;
• Yazıda çox sayıda imla səhvləri (Cümlənin sonunda nöqtə qoymamaq,cümlə başındakı hərfi böyük yazmamaq və s.)
• Sözlərin doğru mənalarını bilməmək;
• Simvolları öyrənməkdə çətinlik çəkdiyi üçün riyaziyyat dərsində çətinlik çəkmək və s.

Bəs Disleksiyanın səbəbləri nə ola bilər?
Bu sual daim ailələri narahat edir. Günümüzdə müxtəlif fərziyyələr olsa da disleksiyanın səbəbləri bilinməməkdədir. Uşağınız disleksiyalıdırsa, niyə belə olduğunu deyil, bundan sonra nələr edə bilərik sualı ətrafında düşünməlisiniz. Öyrənmədə çətinlik çəkən uşaqlara qarşı zor tətbiq etməməli, onlara kömək edərkən əsəblərinizə hakim olmalı və səbirli davaranmalısınız, ən əsası mütləq bir mütəxəssisə müraciət etməlisiniz.

Dürdanə Bağırova
Narınc Uşaq Psixologiya Mərkəzi-nin Defektoloq-Loqopedi

loading...
(səs: 0)
Şərhlər:
Baxılıb: 3819
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv