Uşaqlara yemək hazırlamağı öyrətmək lazımdır və bu faydalıdır

Müəllif: SEVGI DENIZIM
Şərhlər:
Baxılıb: 1154
Paylaş:
Səs ver:
(səs: 1)
Uşaqlar dünyanı qeyri-adi və sehrli qəbul edirlər. Sehrbazlığı aşpazlıqdan yaxşı başqa nə əks etdirə bilər? Müxtəlif məhsullar qarışdırılır, bişirilir, buğa verilir və nəticədə tamamilə yeni bir şey alınır ki, gözəl və dadlı olur. Amma bir çox valideynlər uşaqlarına yemək hazırlamağı öyrətməyə tənbəllik edir və ya qorxur.
Uşaqlara yemək hazırlamağı öyrətmək lazımdır və bu faydalıdır, çünki:
Siz uşağın xırda motorikasının inkişafına səbəb olursunuz: o piroqları və tortları şəkər tozu ilə bəzəməyi, yarmanı ayırmağı, qidanı duzlamağı, piroqlara və düşbərəyə forma verməyi öyrənir.
Siz uşağınızın ümumi söz ehtiyatını zənginləşdirə biləcəksiniz (mətbəx avadanlıqları, qida məhsulları, aşpazlıq üsulları və s.).
Siz işinizdən ayrılmadan uşağınızla daha çox vaxt keçirdəcəksiniz.
Yemək hazırlamaq bacarığı uşağa sərbəst və müstəqil olmağa kömək edəcək.
Siz uşağa qənaət etməyi öyrətmiş olacaqsınız.
Valideynlərinin faydalı və dadlı qida hazırlamaq üçün pul, vaxt və güc xərclədiklərini qiymətləndirməyə başlayacaq.
Siz uşağınıza evdən hazırlanan qidanın daha yaxşı, faydalı və dadlı olduğunu göstərib sübut edəcəksiniz.
Uşaqlarla qorxu və bəhanələrsiz yemək hazırlanması
Məsələyə digər tərəfdən baxdıqda, uşaqlarla yemək hazırlamaq əsl həzzdir, lakin bu zaman əsas valideynlərin qorxu və yanlış fikirlərinə üstün gələ bilməkdir.

Qorxu: uşaq əlini kəsə bilər.
Həll. Uşağınıza iti bıçaq deyil plastik bıçaq verin. Bu halda uşağınıza bıçağın potensial olaraq təhlükəli olduğunu çatdırın ki, o bu aləti ehtiyatla və yalnız böyüklərin iştirakı ilə istifadə edə bilər.

Qorxu: uşaq əlini yandıra bilər.
Həll. Əgər siz uşağınıza plitənin və ya sobanın çox isti olduğunu deməsəniz o təbii ki, əlini yandıra bilər. Bu məsələdə uşağınıza əmin olmağa imkan verin: qoyun o sizin yanınızda əlini təhlükəsiz məsafədə qazın üzərinə tutub ondan gələn istiliyi hiss etsin.

Qorxu: uşaq mane olacaq.
Həll. Uşağınızın mətbəxdə özünü necə aparması, hazırlıq zamanı onun necə davranması sizdən asılıdır. Bu zaman əsas uşağın üstünə səsinizi yüksəldib onu danlamayın. Əgər siz uşağınıza nəsə öyrətmək istəyirsinizsə, onda bu yalnız pozitiv assosiasiyalara malik olmalıdır.

Bəhanə. Mən özüm daha tez və yaxşı yemək hazırlayacam.
Həll. Bununla mübahisə etməyəcəyik. Amma əgər siz bu bacarığın uşağınıza lazım olduğunu bilirsinizsə, bu zaman nədənsə başlamaq lazımdır. Əvvəlcə uşağa ən sadə və yüngül tapşırıqları verin, onu müşahidə edin, ona kömək edin, məsləhət verin. Bu halda yüngüllük və hətta oyun atmosferini saxlamaq əhəmiyyətlidir ki, uşağa bu proses maraqlı və şən olsun. Zamanla tapşırıqları çətinləşdirin.

Bəhanə: hələ yemək hazırlamağa vaxt tapacaq, qoy hələ ki dincəlsin.
Həll. Bu adətən qız analarına xas olan bir fikirdir. Lakin bu çox səhv fikirdir, çünki əgər uşaqlıqdan o yemək hazırlamağı öyrənməyibsə, bu işi sevməyibsə, buna vərdiş etməyibsə bu zaman bu proses ona çox çətin gələcək.
Əlbəttə əgər ehtiyac yaranarsa, o yemək hazırlamağı öyrənəcək, amma o bu işi sevməyib yeməkləri ürəksiz bişirəcək.

loading...
(səs: 1)
Şərhlər:
Baxılıb: 1154
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv