Körpənin çəkisinə yox, boyuna fikir verin

Müəllif: Miss_Oxatan
Şərhlər:
Baxılıb: 2504
Paylaş:
Səs ver:
(səs: 3)
"Kök körpə yaxşıdır, sağlamdır!" Cəmiyyətdə az qala hamı bu fikirdə olsa da, mütəxəssislər uşağın sağlam olduğunun göstəricisinin çəki deyil, boy olduğunu düşünür. Pediatrlar bildirir ki, körpələrin kök olmasına baxmayaraq, boy uzanma inkişafı aşağı olan uşaqda müxtəlif xəstəliklərin baş verə bilər.

Qeyd edək ki, anadangəlmə ürək, ağciyər, böyrək xəstəliyi olan uşaqlarda boy uzanması çox yavaş inkişaf edir. Xüsusilə də ilk 2 yaşlarındakı uşaqların böyümə cədvəlinə görə boyları qısadırsa bu cür xəstəliklərin olacağı ehtimalı böyükdür. Ən gec 4 yaşından etibarən böyümə sürəti düzgün olmalıdır. Yeni doğulan körpənin boyunun təxminən 50 sm olduğunu ifadə edən mütəxəssislər bildiri ki, körpələrin ilk 3 ayda 8, ikinci 3 ayda 8 sm, üç və dördüncü 3 ayda isə 4 sm uzanmalıdır.

Mütəxəssislərin fikrincə, uşaqda hər hansı bir dövrdə böyümə sürətinin təyin olunmasında ideal plan uşağı minimum 6 ay izləməkdir. Qısa boylu uşaqlarda əgər uşağın xüsusi məhdudlaşdırıcı bir vəziyyəti yoxdursa, onda uşağa kalsium, dəmir və zəngin qidalar verilməlidir. Ən ideal qida qaynağı isə süd və süd məhsullarıdır. Həftədə bir neçə gün qırmızı və ağ ət, balıq yeyilməlidir. Çərəzlərdən (qoz, fındıq, badam), ərik, qara quru və təzə üzüm mütləq uşağa yedirilməlidir. Tünd yaşıl yarpaqlı tərəvəzlər və parlaq rəngli meyvələrdən istifadə etmək uşağın sağlamlığı üçün çox faydalıdır.

loading...
(səs: 3)
Şərhlər:
Baxılıb: 2504
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook