Uşaqlara nəzakət öyrətməyin yolları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 866
Səs ver:
(səs: 2)
Valideynlərin ən məsuliyyətli işlərindən biri də tərbiyəli övlad böyütməkdir. Uşaq psixologiyasını araşdıran mütəxəssislərin gəldiyi bir neçə qənaətlə sizi də tanış etmək istərdik.
 
Övladınıza nəzakətli olmağın vacibliyin gün ərzində dəfələrlə xatırladın.

Məsləhət verərkən, "Vacib olan şey xoşbəxt olmağındır" yerinə, "Vacib olan şey nəzakəli davranmağındır" - deyə vurğulayın, çünki xoşbəxtlik övladınıxın şəxsi həyatıdır, amma nəzakətli olmaq ərafındakı hər kəslə bağlıdır.

Övladınızın hörmət bəsləyəcəi insanların sayını artırın. Hər uşaq bir və ya bir neçə insanı örnək bilər, onlara dəyər verər.

Bununla da özlərindən fərqli, xüsusiylə, yeni tanış olduğu və ya qüsurlu uşaqlara dəyər verməyi öyrənirlər.

Övladınızı qarşısındakından üzr istəsin deyə məcbur etməyin. Valideynlərin adətidir, övladı hər hansı bir uşağı bilərəkdən və ya bilməyərəkdən vurduqda, ona toxunduqda mütləq üzr istə deyə uşaqları məcbur edərlər.

Onlara üzr islətmək yerinə uşaqları qəsdən itələmək olmaz, vurmaq olmaz deyə tərbiyə edib, nəzakətli olmağı öyrətmək daha doğrudur.

Başqalarının hisslərinə, düşüncələrinə hörmətlə yanaşmaq lazım olduğunu vurğulamaq çox vacibdir.

Övladınız hansısa bir uşaqla dil tapıb anlaşa bilmədiyi haqqında sizinlə söhbət edərkən, onunla dil tapa bilməyən uşağın nələr düşündüyü haqqında suallar verin.

Sahib olduğunla xoşbəxt ola bilməmək, başqalarının sahib olmadıqlarından məmnuniyyət duymadıqları ilə eyni anlama gəlir.

Övladınıza onlardan daha az şanslı, daha pis durumda olan yaşıdlarının halını anladın. Sahib olduqlarının qədrini bilib onlara dəyər vermələrini, xoşbəxtliklərinin qədrini bilmələrini öyrədin.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 2 866
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri