Uşağın iştahasını artırmağın 15 Yolu

Müəllif: Antikvar
Şərhlər: 7
Baxılıb: 27 474
Səs ver:
(səs: 2)

Uşaqlarda iştah problemi valideynlərin tez-tez dilə gətirdikləri və həkimlərin qarşılaşdıqları şikayətlərdən biridir. Uşaqlardakı iştahasızlıq Hepatit və sidik yolu iltihabı kimi ciddi xəstəliklərin əlaməti olsa da, çox hallarda elə də ciddi təhlükə daşımayan səbəblərlə bağlı olur. Uşaqların 25-40 %-də iştahasızlıq görülür.

Bir sözlə altda heç bir xəstəlik yatmır və uşağınız sağlam, normal həyatına davam edirsə, elə çox narahat olmağa dəyməz.Qadınlar.biz uşağın 8-9 aydan etibarən iştahasızlığa qarşı edə biləcəklərinizi təqdim edir.

 

Əmziklə bəsləməyin. Əmziyin əziyyətsiz əmmə tərzi uşaqları daha çox əziyyət tələb edən və çalışmasını gərəkdirən ana döşünü əmməsinə marağını azaldır. Çiynəmə tərzi qidalanmağa keçidi çətinləşdirir.

 

Əlavə qidalar verməkdə tələsməyin. İlk 6 ay sadəcə ana südü ilə qidalandırın. Həkimin məsləhəti ilə hər gün eyni saatda eyni şeyi verin.

 

Ailə süfrənizə oturdun. 9 aylıqdan etibarən körpənizi ailə süfrəsinə oturdun. Onun üçün hazırlanmış yeməklərdən verərək yemək yemənin eyni zamanda sosial bir hadisə olduğunu və ailənin bir araya gələrək yemək yemənin əyləncəli bir hala gəldiyini göstərməyə çalışın.

 

Rol modeli olun. Yemək yeyərkən öz yemə tərzinizə diqqət edin. Çünki uşaqlar yemək zamanı sizi diqqətlə izləyər. Əgər siz balqabaq, ya kələmi iyrənərək, ağızınızı bürüşdürərək yesəniz, onda uşağınız da bunları yeyərkən eyni cür davranacaq.

 

Töksə də, dağıtsa da, özü yesin. Ən gözəl yeyən uşaq özü yeyən uşaqdır. 9-cu ayından etibarən uşağınızın özünün yeməsi üçün imkan yaradın. İlk başda qaşığın içindəkini yerə töksə də, zamanla ağzına aparmağı bacaraq. Əgər ona bu zövqü yaşatsanız, o zaman daha da iştahlı olacaq.

 

Mülayim-sərt oterite. Enerjili bir uşağı yeməyə vadar etmək çətin olur. Uşaq sizin qərarlı olduğunuzu görsə, mülayim- sərt nüfuzunuzu hiss etsə, ciddiliyinizi qəbul edəcək.

 

 

Yuxu norması. Bir uşaq üçün müntəzəm yuxu saatı və qidalanmanın olması vacibdir. Gec yatdığı üçün gec qalxan, gecə yaxşı yatmayan, gündüz yuxuları düzənli olmayan bir uşağın qidalanmasının uyğun olması mümkün deyil. 

 

Evdə uşaq yığıncağı təşkil edin: Bu, sosial motivasiyaüçün  çox böyük əhəmiyyət daşıyır. Buna görə uşaqlar məktəbdə daha yaxşı yemək yeyirlər. Əgər ətrafınızda iştahı yaxşı olan uşaqlar varsa, onları da çağırıb evinizdə bir uşaq yığıncağı təşkil edə bilərsiz.

 

Şəkərli, kolalı və hazır qidalar verməyin. Uşağınız yemir, ac qalır deyə, yeməməsi lazım olan qidaları verməyin.

 

Təkid etməyin,  ancaq alternativ də yaratmayın: Uşağınız yemək yemir, ya da qabını yarımçıq qoydusa, ara yeməkdə bir şeylər verməyin. Növbəti əsas yemək vaxtını gözləməli olduğunu öyrənsin.

 

Gözünü qorxutmayın. Yeməyin miqdar olaraq deyil, növ fərqliliyi olaraq çox yeyilməsi lazımdır. Çox miqdarda yeməsini tələb etməyin. Bu təkid onda bacarıqsızlıq duyğusu yaradar və qidalanmadan qaçmasına səbəb olar.

 

Şişirdilmiş reaksiyalar göstərməyin. Uşağınız yemək yemirsə, bunu duyğusal, ya fiziki olaraq çox şişirtməyin. Uşağınız sizin diqqətinizi çəkdiyini görüncə daha da çox yeməkdən qaçacaq.

 

Bir saat əvvəl maye qəbulunu azaldın. Uşağın balaca mədəsinin maye ilə dolması onda toxluq yaradacaq.

 

Qidaları mükafat-cəza dəyərində istifadə etməyin. Uşaqlar yemək yeməyin özünə aid bir məsuliyyət olduğunu bilməlidir.

 

Boğazında qalacaq qorxusunu ona yansıtmayın.  Əgər bu qorxunuzu uşağa yansıtsanız, uşaqda qusma, tüpürmə, çeynəməmə, öyümə kimi pis yemək problemləri yaranacaq.

(səs: 2)
Şərhlər: 7
Baxılıb: 27 474
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri