Körpənizin refleksləri nəyi izah edir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 420
Səs ver:
(səs: 0)
Yenidoğulan körpənizin bir neçə refleksləri vardır. Hər bir refleks, körpənin həyata öyrəşməyini təmin etdiyi kimi onun sağlam olduğunun da göstəricilərindən biridir.

Axtarış və əmmə refleksi
Körpənizin yanağını oxşayın. Başını dərhal o tərəfə doğru çevirəcək. Bu onun ana məməsini axtardığını göstərir. Axtarışı, əmmə refleksi tamamlayır. Axtararaq məmə ucunu tapar və əmər. Əgər siz yanağına toxunduqdan sonra barmağınızı ağızına götürsəniz əmməyə başladığını görərsiniz. Həyatda qalmaq üçün bu refleksin olması şərtdir. Əks halda körpələr, özlərini bəsləmək üçün cəhd göstərməzlər. Zamanında doğulan və hər hansı bir sağlamlıq problemi olmayan körpələrdə axtarış və əmmə refleksi olur. Axtarış və əmmə refleksi, 4 aydan başlayaraq azalır və yox olur.

Moro (sıçrama)  refleksi
Ani vəziyyətlərdə körpəniz, ürkər və sıçrayar. Bunları edərkən özünü arxaya doğru itələyər, qollarını və qıçlarını uzadar sonra özünə tərəf çəkər. Mora, yəni sıçrama refleksi olaraq tanınan bu hərəkəti körpə anidən tərpədildiyində ya da yüksək səsə məruz qaldığında edər. Qeyd etdiyimiz kimi körpə bunu qorxduğu zaman edər və belə vaxda  körpənizi sakitləşdirmək üçün, onu qucağınıza alın, üzünü sığallayın. Bu onun xoşuna gələcək. Özünü qorumaq məqsədilə yaranan bu refleks 3-ayından sonra yox olur.

Palmar yapışma və plantar yapışma refleksi
Yenidoğan körpələrin ovucuna toxunduğunuzda barmağınızı tutmağı çox sevərlər. Kiçik əlləriylə möhkəmcə əlinizi tutar və buraxmaz. Palmar yapışma olaraq adlandırılan bu davranış 6-cı ayında itər. Əgər ayaq və ya əlinin üstünə toxunsanız qollarını və ayaqlarını özünə tərəf  çəkərək bədənini yığışdırar və yenə barmağınızı tutmağa çalışar. Plantar yapışma olaraq adlandırılan bu hərəkət 10-cu ayda itər.

Tonik boyun refleksi
Körpəni kürəyi üstündə yatızdırdığınızda başını yana çevirdiyini görərsiniz. Üzünün çevirdiyi istiqamətdəki qolunu uzadarkən digər qolunu dartar, qıçlarını yuxarı çəkər. Bu hərəkəti o, başını tuta bilmədiyinə görə edər. 2-ci ayda nəzərə çox çarpan olan tonik boyun refleksi 6-cı ayda itər.

Yönəlmə refleksi
 Körpə yeni bir səs eşidəndə, yeni bir görünüş yarananda başını o tərəfə doğru çevirə, yəni başını xəbərdar edənə doğru çevirər. Ömür boyu davam edəcək olan bu refleks, beyində yaranan diqqət mexanizmlərinin meydana gəldiyinin əlamətidir.

Gəzmə refleksi
Körpənizi iki qolunun altından tutaraq, dik mövqedə dayanmasını təmin edin və ayaqlarını yerə dəydirin. Görəcəksiniz ki, körpəniz sanki gedirmiş kimi addım atmağa çalışır. Bu refleksin olması körpənin gələcəkdə gəzməsini asanlaşdıracaq. Əsasən 2-ci ayında itər.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 420
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri