Valideynlər bu sözləri övladlarına mütləq deməlidir

Müəllif: tek umidim sen
Şərhlər: 17
Baxılıb: 1323
Paylaş:
Səs ver:
(səs: 0)
1. «Sənə inanıram»
Bir qadının başına gələn hadisə bu mövzu üçün çox gözəl nümunədir. Bir gün qadın 3 yaşlı balaca oğlunu qucağına alıb deyir: «Mən sənə inanıram». Əslində, bir söz bumeranq kimi tezliklə onun özünə qayıdır.

Bir gün o, nə qədər axtarsa da  mənzilin açarlarını tapa bilmir. Bundan təngə gələn qadın yorğun halda divana əyləşir ki, eh, nə edim, tapılmır, tapılmasın. Qəfil o, hiss edir ki, kimsə ayaqlarını dartışdırır: «Ana can, sən açarları tapacaqsan. Mən sənə inanıram!»

Bu söz sanki anaya yeni ruh verir və ayağa qalxan kimi komodun qapısını qaldırır — Evrika! Açarlar tapıldı.

Əlbəttə, «Sənə inanıram!» kəlməsi insanın daxili motivasiyasının yüksəlməsində mühüm rola malik çox sehirli sözdür.

2. «Heç vaxt təslim olma!»
Bu ifadədən istifadə etməklə uşağınızı ruhlandırıb vəziyyəti dəyişdirmək imkanına malik ola bilərsiniz. Amma bu fraza ədalı tonda, həm də arxasında nələrin dayandığını izah etməklə balalarınıza çatdırılmalıdır. Bu zaman valideyn vəziyyətdən çıxış yolu axtarmağa öz övladını sövq edəcək.

Misal üçün, 3 yaşlı oğlu ilə oyun-tapmaca üzərində baş sındıran ananı nümunə çəkək. Onlar bir yerdə pazlları yığarkən balaca səylə bir pazlı şəkilin uyğun olmayan yerinə yerləşdirmək istəyir və bunu təkrar edir: «Heç vaxt təsim olma! Heç vaxt təslim olma!»

Ana ona düzəliş verir: «Sən təslim olmamalısan, amma ola bilər ki, indi sən nəyisə düşgün eləmirsən. Belə olan halda sən dayanmağı bacarmalısan və yeni yol axtarmalı, strategiya hazırlamalısan. Əgər sənin bütün səylərinə baxmayaraq heç nə alınmırsa, ruhdan düşməməli, tamamilə fərqli və yeni yol axtarmalısan ki, arzu etdiyin nəticəyə nail olasan».

Uşaqlar təslim olmamağı öyrənməlidirlər, eyni zamanda onlara  yeni yollar axtarmağa meylli olmasını da izah etmək vacibdir.

3. «Yaşadıqca öyrənirik»
Sizin övladlarınız anlamalıdırlar ki, çətinliklər və səhvlər — həyatın qaçılmazlarıdır və bu, çox normal haldır.  Valideynlər öz uşaqlarına hər xırda səhvə görə dilxor olmamağı öyrətməyə çalışmalıdılar. Bunu sadəcə onlara məğlubiyyət anlarında xatırlatmaq lazım deyil, həm də çox vacib, həyatları ilə bağlı mühüm qərarlar aldıqları zamanlarda da onların yadına salmaq lazımdır ki, insanlar yaşadıqca həm də öyrənir və hər şeyə görə dilxor olmaq lazım deyil.

4. «Hər bir peşəkar nə vaxtsa şagird olub»
Zaman keçdikcə, övladınız bu gün ətrafdakı adamların əksəriyyətinin heç də öz həyat yollarının əvvəlində belə olmadıqlarını dərk etməlidirlər.

Qoyun, sizin övladlarınız «Səhv etmək — bu, normal haldır, məğlub olmaq — bu, normal haldır və  mübarizə aparmaq — bu da normal haldır» kimi mühitdə böyüsünlər. Normal olmayan odur ki, uşaq səhv, məğlubiyyət və mübarizənin daim onu təqib etdiyini düşünsün. Övladlarınız bütün bunların öz niyyətlərinə çatması üçün sadəcə bir körpü rolunu oynadığını dərindən anlamalıdırlar.

5. «Məğlubiyyət — bu, seçim deyil»
Siz öz uşaqlarınıza bu ifadənin nə məna kəsb etməsini izah etməyə çalışın. Onlara başa salın ki, öz niyyətlərinə çatmaq üçün  istənilən təcrübəni dərs kimi qəbul etmək, həm də bu məğlubiyyətdə «dərslik» üçün yeni imkanlar və yeni yollar görməyi bacarmalıdırlar. Məğlubiyyət heç vaxt seçim deyil.

Seçim — bu öyrənmək, böyümək, boy atmaq və tutuduğunu buraxmamaqda inadkar olmaq deməkdir.

6. «Sən hər bir göynəmədə və hər bir sıyrıntıda öyrənməlisən»
Hər dəfə övladınız nəyisə düzgün etməyəndə, yaxud xoşagəlməz vəziyyətə düşəndə ondan bu dəfəki təcrübəsi zamanı nə öyrəndiyini soruşun. Onunla bu barədə söhbət etməyə başlayın, onlara izah edin ki, biz hamımız öz səhvlərimizdən  - hər dəfə yıxılan zaman dizlərimzidə açılan sıyrıntılardan, göynəmələrdən öyrənirik.

7. «Sən təhlükəsizlikdəsən. Sən sevgi və qayğı ilə əhatə olunmusan»
Öz uşaqlığınızı — təhlükəsizlikdə olduğunuzu, sevgi və qayğı ilə əhatə olunduğunuz çağları xatırlayın. Uşağı əhatə edən bu an sakitlik, istilik, harmoniya yaradır.

Əlbəttə ki, uşağın sevgi və qayğı ilə əhatə olunmasını bilməsi özünü təhlükəsizlikdə hiss etməsi üçün çox lazımdır. Bu, onun özünə verdiyi dəyəri artırır, ona güclü və mərd olmasına yardım edir.
Hər axşam öz balaca dəyərli varlığınızı yatmağa yola salanda bu sözləri təkrarlamağı unutmayın: «Sən təhlükəsizlikdəsən. Sən sevgi və qayğı ilə əhatə olunmusan». Bu cümləni həssaslıqla, sevgi ilə deyin. Qoyun o yadda saxlasın ki, hətta böyüyəndə belə o, bu hisslərdən məhrum olmayacaq. Bu sözləri ona elə tərzdə çatdırın ki, hətta həyatlarının ən ağır anında — stressli, çətin vəziyyətdə belə bu sözlər onların yadına düşsün.

loading...
(səs: 0)
Şərhlər: 17
Baxılıb: 1323
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
yaxsi sozlerdi
8 mart 2015 23:46
17
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Сладкий Ангел
tewekkurler faydali melumAtdi
30 yanvar 2015 19:40
16
.Bir gülüşüm var Sizlərə ömür...
Offline
roksi1995
tesekkurler maraqli melumata gore
30 yanvar 2015 13:46
15
ozunu hec kimden ustun tutma!!!
unutma aftafa qizildanda olsa yeri tualetdir
Offline
emis
beli demelidi
30 yanvar 2015 13:03
14
Offline
lili)
her bir halda valideyin ovlada destek olmalidir
30 yanvar 2015 08:57
13
Offline
efsane..
duzgun meslehetlerdi bezen emel olunmur usaqlar boyudukce problemler yasayir valideynde niye bele oldu fikirlesir
30 yanvar 2015 08:37
12
Offline
sona
Valideym her zaman ovladina destek olmalidi. Neyise sef eliyende qiwqirib doymek evezine o sehvin "sehv" oldugunu bawa salmagi bacarmalidiki uwaq o sehvi tekrarlamasin. Gozel movzu idi twk
30 yanvar 2015 01:37
11
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
Offline
Luna-90
Ne lazimdi oyredirem tek olsada erkoyun olmaga qoymuram kisi kimi boyuk oglan kimi olmagini oyredirem
30 yanvar 2015 00:56
10
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Offline
ece uslu
valideyn her zaman vladina destek olmalidi
30 yanvar 2015 00:33
9
Offline
Qlamurr
Valideyin hər zaman övladının yanında olmalı,dəstək olmalı,bu zaman uşaq özünə güvənli olur...
30 yanvar 2015 00:12
8
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Offline
ŞehZam
İnşAllah))
30 yanvar 2015 00:09
7
Offline
arzum-aysum
Uşaqlarla danışarkən, eyni zamanda onlarla rəftar edərkən çox diqqətli olmaq lazımdı.
29 yanvar 2015 23:58
6
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Offline
ismayilova ulker
Mən qızımla eynilə belə davranıram. Həmişə ona sağlam rəqabəti yenilməməyi güclü olmağı öyrədirəm. Sözümüdə dinləyir.
29 yanvar 2015 23:49
5
Heçkimin başı üçün deyil dolçanı əsəbləşdirmək.
Offline
Fialka
Qeyd olunan fikirlər tək uşaq da deyil,böyük insanlarda da bir stimul yaradır
29 yanvar 2015 23:37
4
Online
aziz a
Bunlar cox ideal davranislardi
29 yanvar 2015 23:30
3
Rebbim kömek olsun cümlemize Amin
Offline
BARBI
Elbette valideyn her zaman ve her veziyyetde evladinin yaninda olmalidir
29 yanvar 2015 23:26
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Gulu-Qezi
duzdu raziyam bunlar mutleqdi
29 yanvar 2015 23:25
1
Dünya gözel olsaydi dogarken aglamazdik,yasarken temiz qalsaydiq ölünce yuyulmazdiq!!!!!!!!

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv