Uşaqların kritik yaş dövrləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 4 561
Səs ver:
(səs: 1)
Həyatının ikinci ili uşaqlar üçün keçid dövrüdür. Bu vaxt uşağın cəmiyyətə qaynayıb qarışması, yardım etmək istəyi və xəyal  qurma bacarığı artır. 2.5 yaşında uşağın sinir sisteminin inkişafı əvvəlki illərə nisbətən azalır. Bu yaşda uşağın əzələ mexanizmi hələ mükəmməlləşməyib.
Bu yaşda uşaqda nəyisə seçmək qabiliyyəti kifayət qədər formalaşmadığından iki imkanı birdən seçir. Rahat yatmaqda çətinlik çəkir və bir dəfə yatanda uzun müddət yuxuda qala bilir. Yəni sidiyini çox uzun müddət saxlaya bilir.

Qeyd edək ki, tipik hərəkət sisteminin əskik olması onun xarakterini, bacarıqsızlığını və dəyişkən davranışını anlatmağa bəs edir. Keçid etmək uşağa heç də asan olmur. Alışdığı bir şeyi buraxıb yeni bir şey istəmir. Yeniliklərə etiraz edir. Hər şeyin alışdığı tərzdə yerinə yetirilməsini istəyir.
4 yaşında olan uşaqlar dəyişkən və əhli-kef olurlar. Məs: Onlara sual versək ki, "o, nədir ki, cırmaqlayır?” cavabında "Pişik” deyəcək. Sonra öz pişiyindən danışacaq, sonra isə bir itin pişiyi necə qovduğunu deyəcək. Əlavə bir sıra şeylərdən söhbət açacaqdır.

5 yaşlı uşaq isə bir iş adamı ədası ilə ciddi-ciddi "Pişik” deyəcək və heç nə əlavə etməyəcək. 4 yaşlı uşaqla 5 yaşlı uşağın cavablarını müqayisə etsək, 5 yaşındakının cavabının dəqiq, ani və tam olduğu görünəcəkdir. 5 yaşlı uşaq daha təmkinli və böyüklər kimi davranır. İstər oyunda, istərsə də ona verilən bir işdə 5 yaşlı uşaq başladığı işi sona çatdırmağı sevər. 4 yaşlı uşaqların isə işləri yarımçıqdır, çox hərəkətlidirlər, sağ və sol tərəflərə gedib dururlar. 5 yaşlı uşaq isə yerində sakit dayana bilir.

5 yaşlı uşaqlar suallara artıq daha tez cavablar verirlər, əzələləri inkişaf edib, düzgün cümlə qururlar. Bundan başqa maraqlı fikirləri ilə ailəsində və ətrafında olan insanlara xoş təsir bağışlayırlar. Artıq nə özü,nə də ətrafı ilə problemi yoxdur. Çətin vəziyyətlərdə soyuqqanlı olmağı bacarır. Küçədə özü sərbəst hərəkət edə bilir, yolu azmır. Bu soyuqqanlılıq və özünə güvənmək duyğusu 5 yaşlı uşaqların özlərinin təsdiqinin sübutudur. Onlar demək olar ki, uşaq inkişafının bütün pillələrini dırmanmışdılar. Özlərini böyük sayır, ancaq onun böyüyüb gənc olmasına 20 il var. Lakin  müqayisə etsək 3-4 yaşlı uşaqlara nisbətən daha inkişaf etmişdir. Gündəlik ehtiyaclarını qarşılaya bilir. Geyinmək, yuyunmaq, yemək yemək, tualetə getmək, alış-veriş etməyi və başqa asan ev işlərini, eyni zamanda özunə xidmət etməyi bacarır. Bu dövrdə uşaq artıq evdə darıxıb məktəbə getmək istəyər. Onun olan hər şeylə fəxr edər, xüsusən geyimləri ilə....
Ailəsi ilə olmağı sevir. Doğrunu yalandan ayırmağa başlayar.

Qısaca deyək ki, 5 yaşlı uşaq özü-özünə xidmət edər, özündən əmindir, rahatdır, diqqətli və qərarlıdır, incə qəlbli bir dostdur Hərtərəfli uşaqdır.
5 yaşındakı uşaqların əsasən əzələləri gec inkişaf edir. Əyri xətlər çəkməkdə çətinlik çəkir, qələmi tutmağı bacarmır, oxuma texnikasına hələ hazır deyildir. Aydın danışır, körpə kimi hecalamır, açıq danışır. Qarışıq sözlərdən istifadə etmir.
Beləliklə, əziz valideynlər biz mütləq uşaqlarımızın bütün yaş dövrlərində qayğısına qalmalıyıq, onların inkişafını addım–addım izləməliyik. Bu zaman övladımız böyüdükdə onun narahatlıqları az olar, biz də öz övladımızla fəxr edərik.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 4 561
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri