Ailədaxili ünsiyyət

Müəllif: Qlamurr
Şərhlər: 6
Baxılıb: 1047
Paylaş:
Səs ver:
(səs: 1)
İnsan həyatının çox mühüm hissəsi ailədə-həyat yoldaşı,uşaqlar və qohumlarla ünsiyyətdə keçir.Ailədə ünsiyyətin müxtəlif istiqamətləri fərqləndirilir.Ailə məişəti və ailə üzvlərinin normal həyat fəaliyyəti ilə bağlı olan bütün məsələlər ərin arvadla ,ananın uşaqlarla ,bacının qardaşla ,nənənin nəvələri ilə ünsiyyəti şəraitində həll olunur.Eyni zamanda,ailə üzvləri ilə bir yerdə istirahət edir,əylənirlər və.s.
Ər-arvad münasibətləri kişi ilə qadının psixologiyasını dəyişir.Onlar ülfət bağladıqları andan heç kimə yox,yalnız bir-birlərinə mənsub olduqlarını, namus,vicdan,sədaqət,hörmət və qarşılıqlı kömək əsasında birləşdiklərini qəbul edirlər.

Ailə problemləri: uşaq qayğısı, zəruri məişət məsələləri, ər və arvadın əmək fəaliyyətində meydana çıxan çətinliklər, qonşulara münasibət, ictimai-mədəni hadisələr, habelə şəxsi həyatla bağlı məsələlər – bunlar ər-arvad ünsiyyətinin əsas məzmununu təşkil edir. Burada ər-arvadın şəxsi həyatı ilə bağlı məsələlərin əhəmiyyətini ayrıca göstərməliyik.

"İntim” sözünü dar mənada, təkcə cismani yaxınlıq mənasında başa düşmək səhv olardı. Ünsiyyət prosesində intim cəhət həm də onda ifadəsini tapır ki, ər və ya arvad heç kimə demədiyi ürək sözünü, dərdini, ağrısını, sirrini öz həyat yoldaşına etibar edir. Onlar da məhz həmişə bu etimada layiq olmalıdırlar. Yalnız bu mənəvi yolla bir-biriləri üçün yarandıqlarını, bir-biriləri üçün yaşadıqlarını hisslərin dili ilə sübuta yetirirlər. Şəxsi həyatın intim məsələləri ər və arvaddan nəinki yüksək mədəniyyət, habelə takt tələb edir.

Uşaqlarla ünsiyyət də mühümdür.Ana və ata,eləcə də nənə və baba,bacı və qardaşla ünsiyyətin psixoloji mənası daha böyükdür.Uşağın bir şəxsiyyət kimi inkişafının özülü də bu söhbətlər vasitəsi ilə qoyulur.Uşaqlar ana və ata vasitəsilə təbiət və cəmiyyət hadisləri haqqında təsəvvürlərə və anlayışlara yiyələnir,başqa adamları ,özünü qiymətləndirmək meyarlarını mənimsəyirlər.

İnsanın həyatında ailədaxili ünsiyyətlə yanaşı,ailədənkənar ünsiyyət də mühüm yer tutur.Ailədənkənar ünsiyyətin formaları müxtəlif olsa da,aşağıdakılar mühümdür:
1.Qohumlara və tanışlara qonaq getmək.
2.Təklikdə gəzintiyə çıxmaq,dostlarla gəzmək ,klublarda və mədəniyyət evlərində,istirahət axşamlarında iştirak etmək.
3.Həyətda stolüstü oyunlar-şahmat,domino və.s. oynamaq.
 
Uşaqların yaşı artdıqca ailədənkənar ünsiyyət onların həyatında mühüm yer tutmağa başlayır.Ailədaxili və ailədənkənar ünsiyyətin formalarında ər və arvad eyni dərəcədə iştirak edirlər.Lakin bu sahədə çox mühüm fərqlər də nəzərə çarpır.

loading...
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 1047
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
ailede bir-biriyle unsiyyet qurmaq bir-birini dinlemek vacibdi
8 mart 2015 23:56
6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
leyla_258
PIS DEYIL......
16 fevral 2015 16:58
5
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Offline
lili)
Sitat: arzum-aysum
Uşaq beyni bir ağ kagizdi. Nə yazsan onu da əks etdirəcək. Buna görə də uşaqla, uşağın yanında digər insanlarla reftarda düzgün olmaq lazımdır ki, sabah uşaq da gördüyü kimi davranan da münasibəti düzgün istiqamətlənmiş olsun

raziyam usaqin beyninde qalir ureyine salir
6 fevral 2015 08:27
4
Offline
ismayilova ulker
Çox düzgün qeyd olunub. Uşağın yanında hər hərəkəti eləmək hər sözü danışmaq olmaz. Həmdə uşaqlarla oyun oynamaq onlara vaxt ayırmaq vacib şərtlərdəndi.
6 fevral 2015 01:16
3
Heçkimin başı üçün deyil dolçanı əsəbləşdirmək.
Online
BARBI
Unsiyyet ailede en vacib seydir her zaman insanlar her bir problemi unsiyyetle hell etmelidir
6 fevral 2015 00:19
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
arzum-aysum
Uşaq beyni bir ağ kagizdi. Nə yazsan onu da əks etdirəcək. Buna görə də uşaqla, uşağın yanında digər insanlarla reftarda düzgün olmaq lazımdır ki, sabah uşaq da gördüyü kimi davranan da münasibəti düzgün istiqamətlənmiş olsun
5 fevral 2015 23:49
1
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook