Öpüm keçsin

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 2 415
Səs ver:
(səs: 4)
Hamımız şahid olmuşuq. Bir körpə əlini, ayağını bir yerə vurub ağlamaya başlayınca valideynlərinin etdiyi davranış və söylədiyi bir ifadə var: "Öpüm keçsin”. Bu davranış modelində valideynlər uşağın ağrayan yerini öpür və maraqlı bir şəkildə bu sehrli öpüş körpənin sakitləşməsinə kömək edir. Yaxşı, heç maraqlandınız mi niyə belə bir şey edirik və bu öpüş ağrını necə yüngülləşdirir? Bir şəfqət və ya sevgi paylaşmasıdırmı ağrımızı yüngülləşdirən? Həqiqətən də sevginin gücü ilə ağrı duyğusu yox edilə bilərmi?
Bu hadisənin səbəbi fizioloji bir qanuna söykənir. Bu qanunu izah etməyə çalışaq . Aşağıdakı şəkildə gördüyünüz kimi dərimizin üzərində, duyğu orqanlarımızda və bədənimizin digər bir çox bölgəsində qəbuledici deyilən yerlər var.

Qəbuledici xarici təsirləri (istilik, işıq, toxunma, ağrı və s.) beynimizin qəbul edə biləcəyi bir şəkildə siqnala çevirir. Qəbuledicilərdə yaradılan siqnal kabellərə bənzəyən sinir lifləri vasitəsilə beynə çatdırılır. RESEPTRLƏRŞəkildə barmaq ucunuzun olduqca kiçik bir hissəsinin kəsimini görürsüz. A və B qəbulediciləri toxunmağa, C qəbulediciləri ağrıya, D qəbulediciləri titrəşməyə və E qəbulediciləri də gərginliyə həssasdır. Diqqət yetirsəniz bu qəbuledicilərdən kabelə oxşar liflər çıxır. Sinir lifləri adını verdiyimiz bu liflər aldıqları xəbərdarlığı beynə daşıyırlar. Nəticə olaraq, bu qəbuledicilərdən hansı xəbərdar edilsə beyninizdə bu duyğunu hiss edərsiniz. Sinir sisteminin xüsusiyyətlərində biri də alınan siqnalların ayrı-ayrı liflərlə beyinə çatdırılmasıdır. Bəs bu liflər arasında fərq varmı? Liflər arasındakı fərq onların qalınlıqlarındadır. Qalın liflər siqnalı nazik liflərə nisbətən beyinə daha tez çatdırır. Ağrı hissini beyinə çatdıran sinir lifləri nazikdir, lakin toxunma hissini çatdıran liflərsə qalın. Buna görə də toxunma hissi beyinə daha tez çatdırılar. Məsələn, barmağımızı qapının arasında qoyduqda onu tez ovmağa başlayarıq. Belə ağrımız yüngülləşər. Çünki ovaraq toxunma lifini aktivləşdirərik. Yuxarıda açıqladığımız kimi, toxunma duyğusunu daşıyan kabellər daha qalın olduğundan ağrı duyğusundan daha sürətli bir şəkildə beyinə çatdırılacaq. Beləcə ağrı duyğusunun beyində qəbul edilməsi yüngülləşdirilmiş olar. Bu hadisə də hiss etdiyimiz ağrını olduqca azaldar.
 
ANA ÖPÜŞÜ
İndisə dönək ana və uşağına. Uşağın bədəninin hansısa bölgəsində ağrı meydana gəlib, ana həmin bölgəni öpür . Ana ağrıyan bölgəni öpərkən ananın dodaqlarının bura dəyməsi, körpənin ağrıyan bölgəsindəki toxunma duyğusunu aktivləşdirdiyindən körpənin hiss etdiyi ağrı azalacaq. Əslində ana həmin bölgəni öpməyib ovalasaydı da eyni nəticə meydana gələrdi. Bu məqamda başınızda belə bir sual meydana gələ bilər: Körpənin ağrısının yüngülləşməsini anladıq, ana niyə bu bölgəyə dodaqları ilə toxunur, barmaqları ilə ovsa olmaz idimi?
Bu problemin cavabı üçün dodaqlara daha yaxından baxmaq lazımdır. Məməli heyvanlardan fərqli olaraq insan balası doğularkən sinir sistemi tam olaraq inkişaf etmir. Bunun səbəbi ananın pelvisi ilə (bel omba bölgəsi) əlaqədar bir məsələdir. Əgər uşaq sinir sistemi tamamilə inkişaf etdikdən sonra doğulsaydı başı böyük olacağından pelvis bölgəsindən keçə bilməzdi. Körpələrin sürünməyə başladıqları dövrdə nə qədər təhlükəli hala gəldiklərini bilərsiniz. Çünki gördükləri hər yerə işarə barmaqları ilə toxunarlar. Bu da çatmazmış kimi tapdıqları bütün əşyaları ağızlarına apararlar. Yaxşı heç düşündünüzmü niyə belə bir şey edərlər?

TOXUNUŞ
Beynin ortalarında bir-birinə qonşu iki bölgə var. Bunlardan biri duysal korteks, digəri isə motor korteksdir. Duysal korteks dediyimiz bölgə duyulan (toxunma, təzyiq, titrəşmə, gərilmə, ağrı və s.) qəbul edildiyi bölgədir. Motor korteks isə beynimizin qərar verdiyi hərəkətləri etməmizi başladan mərkəzdir (məsələn, bir düyməni basmaq istədiyinizdə ilk əmr motor korteksdən çıxar). Bu yazıda bizi maraqlandıran qisim Duysal korteks-dir. Bədənimizdən gələn siqnallar beynimizin bu bölgəsində spesifik sahələrə yayılır. Yəni əlimizdən gələn liflər başqa bir bölgəyə, dodağımızdan gələn liflər başqa bir bölgəyə gedir. kortekslərMaraqlı olan isə siqnalların beyinə gəldiyi sahələr bir-birindən fərqlidir. Burada təməl qayda budur. Hansı orqan nə qədər həssas-detallı hiss edirsə beyində əlaqədar bölgədə, örtdüyünün sahəsi o qədər böyükdür. Məsələn, bədənimizə çöldən baxdığımızda kürəyimizin örtdüyü sahə olduqca çoxkən barmaqlarımızın örtdüyü sahə kürəyə görə nisbətən daha kiçikdir. Lakin kürək və barmaqların beyindəki təmsil bölgəsinə baxsaq, barmaqlar çox daha funksional olduqlarından beyində örtdükləri sahə kürəkdən daha çoxdur. Beyində duysal korteksdəki sahədə ən çox yer alan bölgələr dodaqlar və işarə barmaqlarıdır. Yəni xarici dünyanı qəbul etmək istədiyinizdə bədəninizdə istifadə edə biləcəyiniz ən həssas iki quruluş bunlardır. Bu səbəblə körpə tapdığı hər şeyi ağızına aparar və hər şeyə barmağını soxar. Çünki xarici dünyanı tanımağa çalışır. Beləliklə, ananın körpənin ağrıyan yerini öpməsində dodağın rolu bizə aydın oldu. Əslində bu fizioloji tapıntı iki aşiq insanın öpüşməsinin altındakı faktoru da olduqca gözəl açıqlayır. Çünki bu davranış modeli ilə əslində hər iki tərəfin də xarici dünyanı və insanları təyin edə biləcək ən həssas strukturlarını bir-birlərini tanımaq üçün istifadə etdiyini görürük.
(səs: 4)
Şərhlər: 9
Baxılıb: 2 415
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri