Uşaqlarda kriptorxizm

Müəllif: emis
Şərhlər: 9
Baxılıb: 1180
Paylaş:
Səs ver:
(səs: 3)
Kriptorxizm - uşaqlarda xayaların xayalığa enməməsi ilə bağlı olan patologiyadır.

Bu patologiya yenidoğulmuş uşaqlarda doğulduqdan sonra aşkar edilir. Müayinə zamanı məlum olur ki, xayalıqda bir və ya hər iki xaya yoxdur ("boş xayalıq").

Oğlanlarda bətndaxili inkişafı zamanı xayalar xayalıqda deyil, qarın boşluğunda böyrəklərin yanında yerləşir. Uşaq inkişaf etdikcə xayalar tədricən aşağı düşür və hamiləliyin təxminən 37-ci-40-cı həftələrində xayalığa enir. Kriptorxizm zamanı xayalar xayalığa düşmür, qarın boşluğunda və ya qasıq nahiyəsində qalır.

Kriptorxizmin dəqiq səbəbləri məlum deyil. Lakin bəzi risk faktorları müəyyən edilir:

- doğulan uşağın çəkisinin az olması. Belə hesab olunur ki, 2500 qr və daha az çəkisi ilə doğulan uşaqlarda kriptorxizm riski daha çoxdur;
- uşağın vaxtından tez doğulması (37-ci həftəyə kimi);
- irsiyyət (atada və qardaşlarda kriptorxizmin olması);
- uşaqda Daun sindromu və digər xromosom xəstəlikləri zamanı bu pozulmaya daha tez-tez rast gəlinir;
- ananın hamiləlik zamanı mənfi vərdişlərin (siqaretlərin çəkilməsi, spirtli içkilərin qəbulu) olması,
- hamiləlik zamanı qadının orqanizminə ziyanlı kimyəvi maddələrin təsiri.

Kriptorxizm bütün hallarda müalicə tələb etmir. Bir çox uşaqlarda enməmiş xayalar 6-9 ayına kimi müalicəsiz olaraq xayalığa düşür.

Əgər 1 yaşına kimi xayalar xayalığa enməzsə, uşaq mütləq müalicə olunmalıdır. Bir çox hallarda cərrahi müalicə tətbiq edilir. Enməmiş xaya öz yerinə xayalığa qaytarılır. Vaxtında müalicə olunmadığı halda (təxminən 18 ayına kimi) kriptorxizm çox ağır fəsadlar verir:
- Sonsuzluq. Enməmiş xayalarda uşağın 1 yaşından sonra sperma yaradan hüceyrələr məhv olmağa başlayır ki, sonra belə kişilərin spermasında spermatozoidlər heç olmur və ya hədsiz dərəcədə az olur. Bu, xususilə ikitərəfli kriptorxizm zamanı baş verir.

- Kriptorxizm xaya xərçənginin riskini ciddi şəkildə artırır.
- Enməmiş xayanın burulması riski olduqca çox olur.

Beləliklə, əgər uşaqda kriptorxizm 1 yaşına kimi saxlanılırsa, vaxt itirmədən müalicə üçün uroloqa müraciət etmək lazımdır.

Bəzən uşaqlarda yalançı kriptorxizm müşahidə olunur. Bu zaman xayalar vaxtaşırı olaraq xayalığı tərk edir və yuxarı qalxır. Bu xüsusilə uşağa soyuq olanda və ya uşaq qorxanda baş verir. Həqiqi kriptorxizmin yalançı kriptorxizmdən olan fəfqi ondan ibarətdir ki, yalançı kriptorxizm zamanı xayalar (və ya xayalardan biri) öz yerinə qayıdır və müəyyən müddət orada olur, həqiqi kriptorxizm zamanı isə bu heç vaxt baş vermir (yalnız müalicədən sonra xayalar xayalığa enə bilər).

Yalançı kriptorxizm təhlükəli sayılmır və heç bir müalicə tələb etmir.

loading...
(səs: 3)
Şərhlər: 9
Baxılıb: 1180
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Tomris Müslümova
birinci defedi oxudum allah gosyermesin
10 fevral 2015 14:12
9

Sən sadəcə mənimsən...!
Offline
Qlamurr
Bu xəstəlik haqda məlumatım var,bildiyim qədəri ilə ciddi xəstəlikdi,sadəcə vaxtında üstünə düşmək lazımdı...
10 fevral 2015 12:16
8
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Offline
lili)
Allah uzaq elesin her cure xesdelikle qarsilasiriq
10 fevral 2015 08:07
7
Offline
sona
Allah qorusun
9 fevral 2015 23:39
6
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
Offline
BARBI
Cox cetin mualicesi olan xestelikdir
9 fevral 2015 23:26
5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Online
aziz a
Allah uzaq elesin
9 fevral 2015 23:25
4
Rebbim kömek olsun cümlemize Amin
Offline
ismayilova ulker
Mən bunu xəbər formasında göndərmək istiyirdim qabağa sən düşdün canım. Bizim qonşuda var. Artıq 5 ildi ailə qurublar amma uşaqları olmur. O qızın yoldaşı əməliyyat olunub amma yenədə uşaq olmur.
9 fevral 2015 23:24
3
Heçkimin başı üçün deyil dolçanı əsəbləşdirmək.
Offline
arzum-aysum
.ata babamda olub. irsen bidenemde de var. yerine enmeyib bu gune qeder. emeliyat da olmayib. sukur sonsuzluq zad yoxdu. dalbadal iki qizim olub
9 fevral 2015 23:18
2
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Offline
rəmsə
heee bu xesteliyi esitmisdim .ALLah uzaq elesin
9 fevral 2015 23:13
1
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv