Körpəni yuxuya vermək üçün məsləhətlər

Müəllif: Wiyinka
Şərhlər: 11
Baxılıb: 2668
Paylaş:
Səs ver:
(səs: 2)
Normal yuxu uşağın inkişafı və sağlamlığı üçün olduqca vacibdir. Lakin bəzən valideynlər uşaqlarda ciddi yuxu pozulmaları ilə üzləşir - uşaq yuxuya gedə bilmir, əziyyət çəkir, ağlayır, gecəni pis yatır, tez-tez oyanır və s.

Uşağın normal yatmamağı bəzi ailələr üçün əsl problemə çevrilir.

Bu vəziyyətdə nə məsləhət görmək olar?

Mütəxəssislər uşağı daha tez və asan yuxuya vermək üçün bu kimi vasitələrdən istifadə etmək tövsiyə edir:

- həyatın ilk aylarında süni monoton küy uşağa sakitləşdirici təsir edir və yuxuya getməyə kömək edir. Bunun üçün işləyən məişət cihazların (fen, tozsoran, paltaryuyan maşı) səsini istifadə etmək olar. İşləyən cihazın səsini diktofona yazmaq olar.

- sakit musiqi də uşağı sakitləşdirir və yatızdırır.

- uşaq çarpayıların üzərində asılan oyuncaqların hərəkətləri və səsi uşağı yatızdırır.

- bəzi uşaqlara yuxuya getməyə müxtəlif əşyalar kömək edir (yumşaq oyuncaq, yumşaq dəsmal, ananın paltarı və s.).

- uşağınız süni süd qarışıqları ilə qidalandırılırsa, ona əmzik verə bilərsiniz. 1 yaşına kimi olan uşaqda ən güclü reflekslərdən biri əmmə refleksidir. Ana südü almayan uşaq daha az əmir və öz əmmə tələbini ödəyə bilmir. Bunun üçün uşağa əmzik (bəzən 2-ni, 3-nü) vermək olar. Əmzik uşağı sakitləşdirir və yuxuya getməyə kömək edir.

Ana südü ilə qidalandırılan uşağı yuxuya vermək üçün ən yaxşı və asan vasitə körpəni əmizdirməkdir. Ana südü ilə qidalandırılan uşağa əmziyin verilməsi tövsiyə edilmir.

- yuxudan əvvəl uşağı açıq havada gəzdirmək olar. Bu da uşağa yuxuya getmək üçün kömək edir.

- çox narahat uşağı yatmazdan əvvəl yüngül (sıx yox!) bələmək olar. Bu üsuldan yalnız nadir hallarda istifadə etmək olar!

- yatmazdan əvvəl uşağı çimizdirin, ona yüngül massaj edin. Bu vasitələr də uşağı sakitləşdirir və tez yuxuya getməyə kömək edir.

Təbii ki, sadaladığımız vasitələr bütün uşaqlara uyğun gəlməyə bilər. Öz vasitənizi axtarın. Uşağın şirin yuxusu üçün bütün mümkün olan vasitələrdən istifadə edin.

loading...
(səs: 2)
Şərhlər: 11
Baxılıb: 2668
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
leyla_258
- bəzi uşaqlara yuxuya getməyə müxtəlif əşyalar kömək edir (yumşaq oyuncaq, yumşaq dəsmal, ananın paltarı və s.)
29 mart 2015 18:43
11
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Offline
lelos
lazimli xeberdi teşekkürler
29 mart 2015 15:31
10
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
Offline
Aynuray
menim qizlarim muzukayla balacamda edyalini iyneyerek yatib helede 5 yawi var edyaliyla yatir yumaqada qoymur
29 mart 2015 00:18
9
SEN MENIM SADELIYIME BAXMA MUREKKEBIMDE BATARSAN
Offline
vipbetul
anneler oxuyub riayet etsinler
28 mart 2015 21:44
8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Nezka
Analar üçün laxımlı məlumatlardı
28 mart 2015 21:24
7
İçimi görsən mənə aptek alarsan.
Offline
aliceWOnDer
Usaq vaxtı yuxuya nifrət edirdim..indi ona hesretəm 23
28 mart 2015 20:47
6
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Offline
Qlamurr
Nədənsə indi hamı uşağın gec yatmasından şikayət edir,evdəkiləri yatızfırmamış yatmırlar,ancaq bu da vərdişdən asılıdır,bitincidən necə başlıyıbsa elə də davam edəcək.
28 mart 2015 20:28
5
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Offline
Fialka
Uşaqlarda yatmaq problemli olur və uşağı əvvəldən necə öyrədib yatızdırsalar böyüyənəcəndə elə davam edəcəklər..
28 mart 2015 19:45
4
Offline
Catwoman666
analar bu movzuda daha diqqetli olmalidir
28 mart 2015 19:39
3
Viking
Offline
BARBI
Bezi usaqlari yatizdirmaq cox cetindi travmayla dogulmus usaqlar cox cetin yuxuya gedir
28 mart 2015 19:37
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Tomris Müslümova
aaa ne fen??yaziq usaq day deyin basina oyun acaqda??
28 mart 2015 19:32
1
Sən sadəcə mənimsən...!

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv