Valideynlər uşaq tərbiyəsində bunları bilməlidir

Müəllif: Wiyinka
Şərhlər: 7
Baxılıb: 4 479
Səs ver:
(səs: 2)
Uşaqların dünyagörüşü böyüklərdən fərqli olduğundan onların ehtiyaclarını bilmək düzgün uşaq tərbiyələndirməyin vacib qaydasıdır.

Hər uşaq qiymətləndirilmək, qəbul olunmaq istəyər. Bacardıqları ən kiçik iş üçün belə, başlarına sığal çəkməniz, tərif deməniz yetərlidir.

Hər uşağın dəyişikliklərə uyğunlaşa bilməsi eyni deyil. Yeni məktəbə getdiyində, yeni evdə, yeni şəhərdə o ətrafa uyğunlaşması üçün ona dəstək olmalısız.

Özünü dostları, ya yetkinlərlə müqayisə edib əskik hiss edə bilər. Çox yaxşı gördüyü işlərdən bəhs edərək sizin də uşaq ikən onun kimi olduğunuzu, zamanla öyrənərək, təcrübə qazanaraq inkişaf etdiyinizi anlada bilərsiz

Uşaqlar dünyanın mərkəzində olduqlarını düşünərlər. Onlara paylaşmanın, yardımlaşmanın verdiyi zövqü daddıraraq ona rol model olaraq kömək edə bilərsiz.

Bəzi uşaqlar duyğularını ifadə etməkdə çətinlik çəkərlər. Xüsusən də danışıq çətinliyi olan uşaqlarda bu, daha sıx görülür. Hissini soruşarkən kəkələməyə başlayar. Bunda ona kömək etməlisiz

Bəzi uşaqlar gördükləri işləri bəyənməzlər. Sizin bəyənmənizə də təəccüb edərlər. Hər işlərinin arxasınca siz qaçır, bacara bilmədiklərini siz edirsizsə, bu, onda təkbaşına heç nə bacara bilməyəcəyinə dair bir inanc yaradır. Bacarma duyğusunu dadmalarına, hər işi çətin də olsa, özlərinin etməsinə icazə verin.

Uşaqların rol model aldıqları insanlar "hökmran” bir şəxsiyyətə sahibdirsə , "yox” deməyə öyrəşə bilməzlər. İstəmədikləri bir şeyi görmələrinə məcbur etməyərək, rəddetmə haqqlarının olduğunu xatırlatmaqla bu problemi həll edə bilərsiz.

Xəyal gücləri kiçik yalanlar söyləmələrinə yol aça bilər. Dediklərinə özləri də inandıqları üçün onları günahlandırmaq yersizdir. Bunun haqqında danışıb həm xəyal gücü üçün onu tərifləyə bilər, həm də gerçəkərlə üzləşməsinə yardımcı ola bilərsiz. Uşağın səmimi olmasını istəyirsizsə, onun yanında qətiyyən yalan danışmayın.

Bəzi uşaqlar yetərincə sevilmədiyini düşünüb özlərini dəyərsiz hiss edərlər. Ya sevgi dilənər, ya da bir şeylər etməklə diqqəti üzərinə çəkmək istəyərlər. Sevginizi şərtsiz verməklə bunu həll edə bilərsiz.

Ailədaxili şiddətə məruz qalan, ya buna şahid olan uşaqlar güvən problemi yaşayarlar. Həm özlərinə, həm də başqalarına güvənməzlər. Sevgi dolu, şiddət olmayan bir ailə mühiti yaratmayınca ondakı bu problemi həll edə bilmərsiz.

Uşaqların ana, ya ataları kimi olmaq istəmələri təbiidir. Öz fikirlərini ortaya çıxarmaqdan çəkinir, sadəcə nümunə götürdüyü insan kimi davranarsa, bununla onun şəxsiyyəti formalaşmaz. Onun öz fikirini soruşun, zövq aldıqları məsələlərdən danışın.

Uşaqlar səbrsiz olurlar. Gözləməyi digər insanların haqlarına qarşı hörmət etməyi sizdən öyrənirlər. Siz səbr etməyi bacarır, növbədə başqasının önünə keçmirsizsə, öyrənmələri asan olacaq.

Son olaraq uşaqlar sizdən gördükləri ilə öyrənirlər, eşitdikləri ilə deyil. Onu şərtsiz sevər, hərəkətlərinizlə dedikləriniz uyğundursa, səmimisizsə, özünüzə güvənir, başqalarının haqlarına hörmət edirsizsə, öz haqqınızı qoruya bilirizsə, yeri gəldiyində "yox” deyə bilirsizsə, möhtəşəm uşaqlar böyüdəcəyinizə şübhə etməyin.
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 4 479
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri