Kompyuter uşaqların gözün zəiflədir?

Müəllif: Qlamurr
Şərhlər: 11
Baxılıb: 3 418
Səs ver:
(səs: 5)
Mütəxəssislər uşaqların kompüter, notbuk kimi cihazların istifadəsinin gözə ziyan olub olmamasına dair açıqlama veriblər. Onlar valideynlərə daha çox göz tənbəlliyi ilə bağlı xəbərdarlıq ediblər.

Uşaqlarda ən gec 4 yaşında göz müayinəsi edilməsi vacibdir. 8-9 yaşlarında təsbit edilən göz xəstəlikləri qalıcı olur. Məktəbə kimi ən az bir dəfə müayinə edilməlidir.

Ən böhranlı yaş 0-9 arası
Ailələri daha çox göz tənbəlliyinə diqqət etməyə çağıran mütəxəssislər deyir ki, göz tənbəlliyi bir gözün digər gözə nisbətən zəif görməsi deməkdir. Ən əsas səbəbi isə eynəkdə iki göz arasında çox fərqli nömrələr olmasıdır. Bir göz digər gözdən fərqlidirsə, beyin o gözü istifadə etmir. 8-9 yaşa kimi göz müalicə edilməzsə, sonra onun görmə keyfiyyətini artırmaq mümkün olmayacaq.

Kompüter, notbuk, televizor gözü zəiflətməz
Uşağın televizora, kompüterə baxması gözünə ziyan deyil, amma televizora çox yaxından baxırsa, bu, gözün zəif olmasına işarədir. Əlbəttə, kompüter, televizor istifadəsinə məhdudiyyətlər qoyulmazsa, göz quruluğu yaşana bilər. Ancaq bu cihazların gözü zəiflətdiyini demək düzgün deyil.
(səs: 5)
Şərhlər: 11
Baxılıb: 3 418
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri