Uşağınız tək yatmırsa bunları edin

Müəllif: Qlamurr
Şərhlər: 6
Baxılıb: 2 616
Səs ver:
(səs: 3)
Uşaqların yüzdə 90-nın ata-anasıyla birlikdə yatdığı müəyyən olunub.

Uşaqların sağlam psixoloji inkişafı üçün doğulduğundan bəri yalnız yatmağa öyrəşdirilməsi lazımdır.

Yalnız yata bilməmək, valideynlərin arasında yatmaq uşağın ana-ataya çox bağlı olmasına və yalnız yatmasını istədiyinizdə bunu "böyüklərim məni artıq sevmir" kimi qəbul etməsinə səbəb olur.

Bu da psixolji inkişafa mənfi təsir edir
Valideynlər, qışda üşüməsinlər, üstləri açılmasın deyə, digər zamanlarda isə gecə yalnız yatanda qorxar, bizimlə yatmaq istəyir kimi bəhanələrlə uşaqlarını yanında yatızdırmaqla onları buna öyrəşdirirlər. Bunun davamlı hala gəlməsi uşağın psixoloji inkişafına təsir edir.

Uşaqların doğuşdan sonra otaqlarının ayrılması, ailə ilə birlikdə yatmaması lazımdır. "Onsuz da onu gün ərzində az görürəm, qoy yatsın", "yatmasında nə problem var ki?!", - deyə düşünən ailələrin uşaqları məktəb çağına gəlsə də, bu vərdişi davam etdirir.

Mütəxəssislər bu vərdişin qarşısını almaq üçün uşaqları müəyyən saatda öz yataqlarına yatızdırmağı və yatana kimi yanında oturmağı məsləhət görür. Yatana kimi ona nağıl demək, nağıl kaseti dinlətmək və yatandan sonra otağından çıxmaqla onda tək yatmaq vərdişini formalaşdrmaq olar.

Gecə yatanda qorxmamaları üçün otaqda zəif bir işığı yanılı qoyun. Uşaqlar gecə oyanıb yanınıza gələndə "nə var qorxacaq, get otağına", ya da "yaxşı, gəl yanımızda yat" demək yalnış davranışdır. Özünüz onu otağına aparıb yatmasını gözləyin.
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 2 616
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri