Uşağınızın intellektli, istedadlı olmağını istəyirsinizsə mütləq oxuyun

Müəllif: Wiyinka
Şərhlər: 5
Baxılıb: 3 312
Səs ver:
(səs: 0)
Hər bir valideyn dünyaya gələcək övladının sağlam və ağilli olmasını istəyir. Ağıllı yəni intellekti yüksək, istedadlı uşağın həyatda uğurlu olma, çox şeyə nail olma şansı əlbəttə ki daha yüksəkdir.
Bəs uşağın intellekt (İQ) göstəriciləri nədən asılıdır?

Əlbəttə ilk növbədə irsi faktor mühüm rol oynayır. Valideynlər—ata, ana ağıllıdılarsa, övladları da ağıllı olacaq. Maraqlıdır ki, uşağa intellektual qabiliyyət daha çox anadan keçir. Lakin ata genləri də az rol oynamır.
Dünyaya gələcək körpənin intellekti 80% genlərdən asılıdırsa, 20 % -i başqa faktorlarla bağlıdır.

Bu faktorları bir-bir gözdən keçirək:

1. Qadın sağlam olmalıdır—hamiləlik zamanı xroniki xəstəliklər, diabet, maddələr mübadiləsinin pozulması və s. inkişafda olan uşağın beyninə mənfi təsir göstərir.
2. Yaş faktoru—qadın üçün optimal doğuş yaşı 18-28 yaş intervalıdır. Bu yaşda olan qadınların dünyaya sağlam və ağıllı övlad gətirmək şansları daha böyükdür
3. Qidalanma—hamilə qadınlar Omeqa -3, Xolin, B4 və digər vitaminlər və mikroelementlər ilə zəngin qidalar (balıq,yumurta, mal əti,süd məhsulları, meyvə və tərəvəzlər ) qəbul etdikdə övladlarının intellekti daha yüksək olur
4. Zərərli vərdişlər – hamiləlik dövründə spitli içki qəbulu, siqaret çəkmə kimi amillər doğulacaq uşağın intellektinə danılmaz ziyan vurur
5. Həmçinin hamiləlik dövründə ananın keçirdiyi streslər, ruh düşgünlüyü uşağın İQ göstəricilərinə mənfi təsir göstərir
6. Təbii doğuş qeysəriyyə əməliyyatına nisbətən uşağın fiziki və psixoloji sağlamlığı baxımından daha məsləhətlidir (əgər göstəriş yoxdursa)
7. Doğuş prosesi –doğuş zamanı körpənin başı ananın çanağından keçərkən onun beyin toxuması az və ya çox dərəcədə travmalar ala bilər. Bəzən çüzi—mikrotravmalar özünü heçnə ilə biruzə vermir, sadəcə uşaq ola biləcəyindən daha az ağıllı, daha az istedadlı olacaq. Buna görə də doğuşun aztravmatik, rahat keçməsi üçün hamilə doğuşa fiziki və psixoloğı hazırlanmalıdır. Doğuşda iştirak edən əzələlər üçün xüsusi idman hərəkətlərini yerinə yetirməkidir.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 3 312
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri