Uşağı döymək olarmı?

Şərhlər: 16
Baxılıb: 1374
Paylaş:
Səs ver:
(səs: 4)

Döyülən uşaqlar kinli olur. Döymək, uşaqları nəzarətdə saxlamaq üçün tez-tez istifadə edilən üsullardan biridir.

Bəzən valideynlər düşünüb yaxşı yollar axtarmaq əvəzinə daha asan olan fiziki güc tədbiq etməyi seçirlər.

Təəssüf ki, bu tip "tərbiyə” üsulu ölkəmizdə çox istifadə olunur. Bu üsul uşaqda vicdan və əxlaqın zəif  formalaşmasına gətirib çıxarır. Müasir dövrdə insan sərbəst düşünə bilməli, hər vəziyyət uyğunlaşmağı bacarmalıdır. Döyülən uşaqlarda isə bu alınmır. Belə uşaqlar daha kinli olur.

Uşağın döyülərək cəzalandırılması vicdanının zəif formalaşmasına gətirib çıxarır. Çünki:

— Uşaq dəcəllik edərkən döyülərsə, etdiyinin qarşılığını artıq ödədiyini düşünür və bu zaman hərəkətlərini, davranışını düzəltmək üçün səy gostərməyi vacib saymır.

— Döyülmək uşaqda valideynlərinə qarşı aqressiya formalaşdırır. Uşaq etdiyinin pis bir şey olduğunu bilib özünü günahkar hiss etmək əvəzinə onu döyəni günahlandırır.

— Uşağın valideynlərindən daha zəif, gücsüz, aciz olduğunu bu formada öyrənməsi onu utandırır və sarsıdır. O, valideynlərinə qarşı güvənini itirir.

— Uşaq valideynlərinin davranışınlarını təqlid edərək problemlərini təcavüzkarlıqla həll etməyə çalışır. Əsəbləşəndə döyməyə əl atır. Beləliklə fiziki cəza uşağa vicdanlı olmamağı öyrədir!

— Bəzi hallarda valideynlər uşağı səhv bir hərəkətdən qorumaq üçün vurmaqdan başqa çarə tapa bilmirlər. Əgər valideynlər uşağı döyməyə məcbur qalırlarsa, heç olmasa aşağıdakı qeydləri nəzərə alsınlar:

— Deyilən sözü başa düşən 6 yaşdan yuxarı olan uşağı vurmağın gərəyi də, faydası da yoxdur.

Sözlə anlamayan uşağın arxasından və ya əlindən bir-iki sillə vurmaq bəsdir. Başa — üzə sillə vurmaq, kəmər, çubuq kimi şeylərlə döymək çox zərərlidir. Bu ana-ataya deyil, zülümkara yaraşır.

Uşağı döyməyin əslində zərərli olduğunu anlamaq və buna ancaq aşağıdakı hallarda son çarə kimi əl atmaq olar:

— Uşaq başqasına qəsdən və bilərək zərər verərsə;

— Davamlı xəbərdarlığa baxmayaraq pis hərəkətində israr edirsə (məsələn, elektrik cərəyanı ilə, qazla oynamaq).

Yenə də, əsas qaydamızı təkrarlayaq:

Əlinizdən gəldiyi qədər uşağı döyməkdən uzaq olmağa, söz başa düşən yaşda sözlə izah etməyə, döyməyi faydası olduğu zaman seçməyə, əsəb və gərginlik keçirdikdə fiziki gücü qəti tədbiq etməməyə çalışın.

Sonda isə onu demək istəyirəm ki, uşaq sahibi olmaq böyük bir məsuliyyətdir. Ana və ata birgə uşağın tərbiyəsinə ciddi fikir verməlidirlər.

İnanın, nə qədər mümkünsüz görünsə də, uşağı xətər yetirmədən böyütmək mümkündür.

"Narinc” Uşaq Psixologiya Mərkəzinin rəhbəri, psixoloq Narınc Rüstəmova


loading...
(səs: 4)
Şərhlər: 16
Baxılıb: 1374
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
ulduz
insan nece qiyar onlari doymeye sowu
29 mart 2015 10:32
16
Qadının ən böyük vəzifəsi analıqdır :50:
Offline
vipbetul
usaqi doymek bezi fiziki cezalarla ceza vermek ollmaz bu usaqcinda tramadi
28 mart 2015 21:41
15
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Tomris Müslümova
menim tanidigim bir ANA var (eger ana demek olarsa) o 8 9 ayliq usagini vuru ustune qisqirir..o ANA yox ALCAQDI!!!
28 mart 2015 19:19
14

Sən sadəcə mənimsən...!
Offline
efsane..
usagi doyub terbiyeli etmek isteyirlem ammaki ekseren eksi alinir bunun tam eleyhineyem usagi mehribancasina basa salmaq lazimdi
28 mart 2015 12:22
13
Online
adsiz-a
mencede uşaqi döymey olmaz uşaq dahada pis plur sirtiğ olur uşaq
28 mart 2015 11:29
12
Offline
Miss_Oxatan
Men hec vaxt uwagi vurmaram,ureyim gelmez.hec ozgenin uwagina el vurmaram qalib ozumun uwagi.men telebe vaxti praktikadaydim bir uwaq var idi o qeder nadinc idi,bir defe ne qeder sakit dur dedim durmadi vurdum onu,uwaq aglamaga bawladi,indi mende qowulmuwam dersin ortasinda uwaga,ele agliyiram,bir yannada uwagi opurem,vurdugum uzunden.nece gun yadimnan cixmadi,ozume o qeder soydumki.ele berkde vurmamiwdim ama uwagin aglamagini,onu vurmagimi ozume bagiwliya bilmirdim.yadimdan cixmirdi.uwagi vurmaqla terbiye etmek olmaz,uwaq lap doyule-doyule sakit olsada eslinde valideyne qarwi aqressiv olar,uwaqla dost olmaq lazimdir ki,gelecekde ureyini sene aca bilsin,senden qorxub gedib refiqeye acmasin,o qeder refiqeler olur ki ev yixan,qesden yalniw meslehet veren.ana ata uwaqla dost olmalidir.insanlar konuwa konuwa hayvanlar koklawa koklawa))))
28 mart 2015 07:58
11
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Offline
Luna-90
Olar niye olmur eseblesende sacini yoluram.
28 mart 2015 02:26
10
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Offline
FISTIK
Usagi doymek pisixoloqiyasi ucun cox pis tesirdi...
Baxir neye gore doyesen odaki ta neylese doymek yox arxasina bir qapaz yese zereri yoxdu
28 mart 2015 01:43
9
Offline
Rusi
Sitat: Fidan Q-ova
Uşağı doymək olmaz...səbəbi cox gozəl şəkildə yazılıb...uşağı doymək ən axrıncı yoldu... hansı uşağı doymək lazımdı? hansı ki, valdeyinin uzunə qaydır və s...Uşağı doymək qəti şəkildə olmaz əks teqdirdə uşaq kinli, aqrissiv, əsəbi və ailəsinə qarşı nifrət hiss edəcək..

raziyam
28 mart 2015 01:24
8
Offline
aliceWOnDer
Uşağı doymək olmaz...səbəbi cox gozəl şəkildə yazılıb...uşağı doymək ən axrıncı yoldu... hansı uşağı doymək lazımdı? hansı ki, valdeyinin uzunə qaydır və s...Uşağı doymək qəti şəkildə olmaz əks teqdirdə uşaq kinli, aqrissiv, əsəbi və ailəsinə qarşı nifrət hiss edəcək..
28 mart 2015 01:21
7
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Offline
Wappuw
agzimizda uwaq deyirikie hec uwaqi vurarlar menim fikrimce uwaqi ancaq bawa salarlar,uwaqi doyende uwaq dahada wiltaq olur
28 mart 2015 01:02
6
Ne baxirsan menim kimi mende baxdim senin kimi senede baxarlar menim kimi
Offline
pessimist girl
menimde doymekle aram yoxdu arada mecbur qalib eline 1-2 sille vururam o da toka zada yaxin gedende.sevmirem doymeyi usaqla gerek dost olasan..wirin balam..lap darixdim balam ucun..
28 mart 2015 00:40
5
Allahima sukur meni qizima qovusdurdu...cox xosbextem..
Online
BARBI
Usagi hec vaxt doymek olmaz onlari basa salmaq lazimdir . Usagi doydukde onda psixolojik travma yaranir
28 mart 2015 00:32
4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
qanadli melek
Usaqi doydukce usaq sirtilir uje doyulmekdende qorxmur yaxsisi sozle bawa salmaqdi
27 mart 2015 23:59
3
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Offline
Catwoman666
usagin doyulmesinin qeti eleyhineyem! esla vurmaq doymekle olmazzz
27 mart 2015 23:57
2
Viking
Online
Fialka
Uşaqlara bu cür davranmaqla daha da vəziyyət gərginləşdirir valideynlər.Onların psixoloji vəziyyəti korlanır və bu cür davranışları gələcəkdə öz uşaqlarına da aşılayırlar. Valideynlər əvvəldən tərbiyyə yöntəmlərində olan deffektləri onları döyməklə üzə çıxardırlar , bu cür vəziyyətləri ətrafda çox görürəm və sanki vəhşiləşir həmin insanlar, çox şükür bu cür dəhşət bizim ailədən uzaqdı çünki atamın bir baxışı ilə hər şey aydın olur ...
27 mart 2015 23:54
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv