Qız ataları bunları bilməlidi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 416
Səs ver:
(səs: 5)
Bu yazı övladları ilə isti münasibət qurmaq istəyən qız ataları üçündür. Hər bir sevən ata başa düşür ki, uşaqla isti münasibət üçün onu başa düşmək və onunla dost olmaq lazımdır. Bu siyahı sizə kömək edəcək.

1. Ona sizin sevginiz lazımdır
Qızınıza sevginizi göstəriməyə çalışın. Onun buna pul və hədiyyədən daha çox ehtiyac duyur. Ünsiyyətin çatışmazlığını bunlarla əvəz etmək olmaz. Həyatda heç kim ona sizin veəcəyiniz güvən hissini verməyəcək. O böyüyəcək, səhvlər edəcək, sizi əsəbləşdirəcək, bəzən hətta kobud olacaq. Bütün bunlara baxmayaraq heç vaxt sevginizi ondan əksik etməyin.

2. Onun həyat yoldaşı seçimi sizdən asılıdır
Sizin qızınıza münasibətiniz onun gələcək yoldaşını seçimini müəyyən edir. Əgər siz yaxşı ata olsanız, o, sizə oxşar oğlan axtaracaq. Əks halda seçim etmək və ailə qurmaq onun üçün çox çətin olacaq. Sağlam ailələrdə qız uşaqları tez-tez deyir: ” mən böyüyəcəm, atama ərə gedəcəm”. Bu yaxşı göstəricidir. Özünüzü yaxşı aparın.

3. Onun dinlədiyi musiqini dinləyin
Qızlar yeniyetmə çağına çatdıqda müasir musiqilərə maraq göstərir. Bu musiqidə onun nə xoşuna gəldiyinə diqqət edin. Dəbdə olan musiqi qruplarının konsertinə qızınızla birgə gedin. Maşında gedərkən onun dinlədiyi mahnını çevirməyin. Unutmayın ki, maşınla gəzinti bitəcək, ancaq küskünlük qalacaq.

4. Qızınız anasına necə münasibət bəslədiyinizə diqqət yetirir
Bu siyahıda ən vacib məsələdir. Siz yalnız bu məsləhətə əməl edərək qızınızla əla münasibət qura bilərsiniz. Məsləhət sadədir: uşaqlara onların anasına və ailənizə dəyər verdiyinizi göstərin. Uşaqlarla məşğul olarkən, şəxsi həyatınızı da unutmayın. Yoldaşınızla uşaqlarsız teatra, kinoya, restorana gedin. Uşaqlara yoldaşınızın həyatınızda necə vacib rol oynadığını nümayiş etdirin. Bu həm də uşaqlarınızın öz gələcək ailəsinə də münasibəti formalaşdırır.

5. Qızınız yetkinlik yaşına çatdıqda ondan uzaqlaşmayın
Qız uşaqlarında 11 ilə 15 yaş arası çətin yaş dövrü başlayır. Bu dövrdə həm xarici görünüşcə, həm də xasiyyətcə kobudlaşacaq. Bu çətin dövrdə onunla emosional əlaqəni kəsməyin. Problemləri, maraqları, məşğuliyyətləri ilə maraqlanın. Sizə müraciət etdiyi istənilən mövzuda kömək etməyə çalışın.

6. Onunla bərabər idmanla məşğul olun, bu, xarakteri möhkəmlədir
Qız uşağının sağlam və güclü qadın kimi formalaşması üçün idmanı sevməlidir. Birlikdə səhər idmanı edin, gəzintiyə çıxın, velosiped sürün. Qızlar zəif böyüməməlidir. İdmanla möhkəmləndikdə həm ürək, həm də xarakter möhkəmliyi əldə edəcək.

7. Tez-tez balaca bayram tədbirləri təşkil edin
Uşaqlıq illəri qızınızın yaddaşında ən yaxşı illər kimi qalmalıdır. Bunu isə kiçik sevinc və hadisələrlə edə bilərsiniz. Məsələn, qızınızın 10 yaşını evdə yemək masası ətrafında deyil, 3-4 günlük səyahətlə qeyd edin. Qoyun, o, özü gedəcəyiniz yerlərin siyahısını tutsun. Yolda ona gündəlik yazmağı təklif edin. Çəkdirdiyiniz şəkilləri toplayaraq albom düzəltməyi unutmayın.

Həftə sonlarını şəhərin maraqlı yerlərinə gəzinti təşkil edə bilərsiniz. Birlikdə keçirdiyiniz günlərdən xatirələr toplamağı da yaddan çıxarmayın.

8. Ona həyatda bəxş etməyi öyrədin, almağı deyil
Uşaqlar bir qədər böyüdükdən sonra dünyanın təkcə onlara aid olmadığını kəşf edirlər. Başa düşürlər ki, əlində olan tortu bacı qardaşları ilə bölməlidir. Ona izah edin ki, əgər biz insanlara kömək etsək, dünya daha yaxşı olacaq. Təkcə özü haqqında düşünmək, yalnız özünü sevmək olmaz. Haqsız olduqda isə üzr istəməyi öyrədin.

9. Həyatının ən vacib məqamlarında yanında olun
Məlumdur ki, əksər atalar işləyir, öz karyerası ilə məşğuldurlar, boş vaxtları demək olar olmur. Bütün hallarda qızınızın həyatının ən vacib vaxtlarında yanında olmağa çalışın. Məslən, musiqi məktəbində konsert və ya rəsm əsərlərinin sərgisində. Nəticədən asılı olmayaraq onu tərifləyin. Hətta sizi futbol oyununa dəvət etsələr belə, nəzərə alın ki, futbol matçı hələ çox olacaq ancaq qızınızın uşaqlığı bir daha olmayacaq.

10. Evdə olarkən mobil telefonu söndürün
Ataların əksəriyyətin əsas səhvi evə gəldikdən sonra da evdə ” olmamalarıdır”. Evə gəldikdən sonra mobil telefonla danışır, tvitter və ya feysbukda yazışırlar. Övladınız isə sizdən diqqət gözləyir. Evə daxil olan kimi telefonu söndürün, onunla oynayın və ya kitab oxuyun. Unutmayın ki, bir qədər sonra ona diqqət ayrılmayan evdə olmaq istəməyəcək.

11. Saç hörməyi öyrənin.
Əlbəttə ki, uşağın saçını daramaq, hörmək ananın işidir. Anca qata kimi saç hörməyi hər ehtimala qarşı öyrənməlisiniz. Bəlkə ikilikdə səfərə çıxdınız. Həm bu qızınız üçün nümumə ola bilər: kişi tək güclü deyil, həm də qayğıkeş ola bilər.

12. Qızınızla ikilikdə harasa gedin
Heç olmasa ildə bir dəfə qızınızı təklikdə görüşə dəvət edin. Onunla teatr, kino və ya restorana gedin. Belə görüşlər kişi qadınla necə rəftar etməli olduğunu göstərəcək.

13. Ona izah edin ki, xarici gözəllik hələ hər şey demək deyil
Psixoloqlar hesab edir ki, məhz ata qızına izah etməlidir ki, daxili gözəllik xarici gözəllikdən üstündür, onun xarakteri, qəlbi, özünə qiyməti həyatda düzgün yol tapmağa kömək edəcəkdir. Bu dövrdə sağlam düşüncəli qız böyütmək asan deyil, ancaq mümkündür.

14. Uşaqlığın qədrini bilin
Həyat bir göz qırpımında keçib gedir. Elə bir insan var ki, onun sizə ehtiyacı var və o sizi ata adlandırır. Atalığınızdan zövq alın, övladlarınızın uşaqlığını əldən verməyin.

15. Qızınızdan üzr istəməkdən utanmayın
Atalar qızları üçün hər şey edir, ancaq onlar mələk deyillər. Ataların da haqsız sözləri olur, söz verib əməl etmədiyi sözləri olur. Bu hallarda qızınızdan üzr istəməyə utanmayın. Bu hərəkət sizi ata mövqeyindən salmayacaq, əksinə siz insan kimi övladınızın gözündə yüksələcək və yaxşı nümunə olacaqsınız.
(səs: 5)
Şərhlər: 3
Baxılıb: 2 416
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri