Uşaqlara iki dilin eyni anda öyrədilməsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 1788
Paylaş:
Səs ver:
(səs: 0)
Bəzən sizdə də belə bir sual yarana bilər: "Görəsən mənim övladım xarici dili necə öyrənəcək?" və ya "Görəsən o, balaca yaşında eyni zamanda iki dil öyrənə bilərmi?" Bu suallar çoxdandır ki, valideynlərdən başqa, müəllimləri və alimləri də maraqlandırır. Həmin suallarla bağlı bəzi məsləhətlər sizə də maraqlı olar. Uşaqların öz dillərini inkişaf etdirməsi üçün, nələrə ehtiyacları var?

Uşaqlar eyni zamanda fərqli dilləri rahatlıqla öyrənə bilərlər

Əgər övladınız iki fərqli dillə böyüyürsə (məsələn, evdə ana dili, uşaq bağçasında, məktəbdə ingilis, alman, ya da rus dili), bu, onun üçün gələcəkdə böyük şansdır. Tədqiqatlar göstərir ki, valideynləri tərəfindən dəstəkləndiyi zaman uşaqlar iki və ya üç dili rahatlıqla mənimsəyə bilirlər. Əsasən balaca uşaqlar üçün ailə üzvləri arasındakı danışıqların dəqiq qaydada aparılması çox vacibdir.

Uşaq bağçası övladınız üçün bir şansdır

Uşaq bağçasında övladınız gələcəkdə məktəb dövrü üçün çox vacib olan dil inkişafına sahib olur. Bu səbəbdən övladınızın 3 yaşından etibarən uşaq bağçasına getməsi ona böyük bir dəstək ola bilər. Uşaq bağçasında tərbiyəçilər müxtəlif dil öyrədən oyunlar, mahnılar, şeirlər və kitablar vasitəsilə uşaqlarda ana dili və xarici dili mənimsəmək vərdişlərini inkişaf etdirirlər.

Övladınızla hansı dildə danışırsınız?

Bəzən valideynlər övladlarına xarici dil öyrənsinlər deyə özlərinin bildiyi şəkildə onlarla xarici dildə danışmağa səy göstərirlər. Bu yanlışdır. Valideynin bildiyi və rahat danışdığı dildə, yəni ana dilində danışması daha məqsədəuyğundur. Çünki, bu dildə valideyn bütün sözləri bilir və cümlələri rahatlıqla qurur.  Beləliklə, övladınız dil üçün lazım olan əsas təmələ sahib olur. Əgər övladınıza ikinci bir dili öyrətmək məqsədiniz varsa, bunun üçün xüsusi tərbiyəçilərin köməyindən faydalanmalısınız.

Övladınızın dilinin inkişafı üçün nə edə bilərsiniz?

Bir uşaqla dil məşqi etmək mümkün deyil. Dil uşaqlarda davamlı danışmaq və dinləməklə inkişaf edir. Belə ki, kitablardakı rəsmlərə baxdığı zaman, ya da uşağın xoşuna gəldiyi insanlarla yemək masası arxasında danışdığı zaman dil bilikləri artır. Gündəlik söhbətlər uşaq üçün çox vacibdir. Hər gün gördüyünüz hadisələrdən onunla danışın. Övladınızın sizə verdiyi suallar və bəzi hadisələri sizə danışması sevindirici hal olmalıdır. Danışaraq uşaq öz fikirlərini sərbəst başa salmağı öyrənir. Uşaqlar səhv etməkdən çəkinmədikləri zaman daha yaxşı öyrənirlər. Hərdən onlar yeni sözlər icad edib dil ilə oynayırlar. Bu, çox səmərəli oyundur və dilin inkişafına kömək edir. Bir kəlməni doğru ifadə etmədiyi zaman övladınızın səhvini düzəltməyə tələsməyin. Onların səhvlərini tez-tez düzəltdiyiniz zaman onlar gələcəkdə sizinlə danışmaqdan çəkinərlər. Bunu tədricən etmək lazımdır.
Uşaqların dil biliklərini artırmaq və inkişaf etdirilməsi üçün çeşidli oyunlar mövcuddur.
Bir kitabı yüksək səslə oxumaq, nağıl və hekayələr danışmaq, rəsmlərə bərabər baxmaq, şeir danışmaq və mahnı oxumaq dilin öyrədilməsində əvəzedilməz rola malikdir.

(səs: 0)
Şərhlər: 6
Baxılıb: 1788
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
aLoNe AnGeL
Ingilis dilini mukemmel oyrenmek isteyiremm 08
1 iyul 2015 12:43
6
Geri sayim basladi...
Sen qalxmaga davam etdiyin muddetce istenilen ZiRvE elcatandir!
Offline
Catwoman666
usaqlara kicik yaslarindan artiq oyretmek lazimdir xarici dili. gelecekde oyrenmek cox da cetin olmasin deye
23 iyun 2015 18:11
5
Viking
Offline
Dosta_inam
Mende xoşum gelir uşaq bir neçe dil bilsin,gelecekde çox lazım olur.
23 iyun 2015 10:11
4
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Offline
vipbetul
usaq vaxti yaddas cox gozel olur ona gorede nece dil oyredilse usaq asanliqla oyrene bilir boygiyende ise bu cetinleshir ona gorede usaqlari usaqken xarigi dilleri oyretmek lazimdir
22 iyun 2015 23:56
3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Tomris Müslümova
Yaxşı xəbərdir mən xoşluyuram uşaq rus dili bilsin,çünki vaxtı gələndə lazım olur tələb olunur
22 iyun 2015 23:18
2
Mənim olan bu heart səni çox sevir!!!
Offline
BARBI
Mencede usaqlara dil oyretmek vacibdirxarici diller cox vacibdir. Gelecekde usaqcun cox faydali olur
22 iyun 2015 23:03
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri