Sünnət üçün ideal yaş

Müəllif: aliceWOnDer
Şərhlər: 10
Baxılıb: 6 571
Səs ver:
(səs: 3)
Sünnət oğlan uşaqlarında cinsiyyət orqanının başını örtən dərinin müəyyən bir formada və ölçüdə kəsilməsidir. Bizim cəmiyyətimizdə, ümumiyyətlə, dini səbəblərlə və bəzən də tibbi səbəblərlə tətbiq edilir. Müalicə məqsədi ilə olmadığı halda bütün cərrahi əməliyyatlar arasında ən çox sünnət ilk sıranı tutur. Sünnətin bir tibbi müdaxilə olduğu unudulmamalı və uyğun şərtlərdə edilməsi təmin olunmalıdır.
 
Əvvəllər yalnız dini öhdəlik olaraq edilən sünnətin bir çox tibbi faydaları bizə məlumdur.
* Sünnətli oğlan uşaqlarında sidik yolu infeksiyaları daha az olur;
* Kişi cinsiyyət xərçəngi  sünnət olmayan kişilərdə daha çox müşahidə edilir;
* Yoluxucu xəstəliklərə sünnət olmayan kişilərdə daha çox rast gəlinir;
* Sünnət olmayan uşaqlarda Balanitis (cinsiyyət başı iltihabı) başlayır;
* Balano postitis (cinsiyyət başı və dərisinin iltihabı) xəstəliyi meydana gəlir;
* Fimozis (sünnət dərisinin cinsiyyət başına yapışıq) olması sünnəti tibbi zərurət halına gətirmişdir.

Bəs sünnət hansı yaşda edilməlidir? Hisar Intercontinental Hospitalının həkimi Saleh Somuncu sünnət üçün ən uyğun dövrlərinin 6-15 ay, 2-4 yaş və 7-10 yaş arası olduğunu bildirib.

Saleh Somuncu "Sünnət cərrahi bir müdaxilə olsa da uşağın inkişafında əhəmiyyətlidir. Xüsusilə müəyyən yaş qrupları arasında edilməsi uşağın zehni inkişafı üçün əhəmiyyətlidir. 4-6 yaş dövründə oğlan uşaqlarının ruhi-cinsi inkişafı baxımından kritik bir dövrdür. Uşağın xəsarət almadan ruhi-cinsi inkişafını tamamlaya bilməsi üçün tibbi cəhətdən zərurət olmadıqca  4-6 yaş arasında sünnət edilməməsi məsləhətdir" deyib. Bu dövrdə sünnəti atası tərəfindən cəzalandırılma və sanki kişilik orqanının kəsilməsi kimi qəbul edə bilər.

Ailələr üçün sünnət bir qürur qaynağıdır. Sünnət həm də cəmiyyətimizdə uşaqların kişiliyə ilk addımı atdıqları gün kimi qəbul edilir.

Sünnət evdə deyil, xəstəxanada edilməlidir
Sünnət ciddi bir cərrahi əməliyyat olmadığı üçün hər hansı bir keyləşdiricidən və yaxud narkozdan istifadə edilmədiyini deyən Somuncu "Keyləşdirici altında sünnət edilən uşağın ağrı hiss etməsi mümkün deyildir. Üstəlik, bunlardan istifadə edilməzsə, uşaq narahatlıq və qorxu yaşaya bilər. Bundan əlavə, uşağın narahatlığı və reaksiyalarından təsirlənən cərrah işinu tələsik görməyə cəhd göstərir və bu da səhv riskini artırır. Bu məsələdə həkimlərin də səhvi var. Buna görə də əvvəlcə həkim seçiminə ciddi yanaşılmalıdır. Sünnət digər əməliyyatlarından daha asan bir əməliyyat deyil. Səhv edildikdə səbəb ola biləcəyi mənfiliklər uşağın bütün həyatına təsir edə bilər. Bütün valideynlərin arzusu övladının sağlam olmasıdır. Valideynlər diqqətli olmalıdır, adi bir səhv övladını bədbəxt edə bilər" deyə bildirib.

Saleh Somuncu sünnətin tibbi faydalarını belə sıralayıb:

*Cinsiyyət orqanının ucunun təmizliyinin təmin edilməsi;

* Təkrarlanan iltihabların qarşısının alınması;

* Uşaq təzə anadan olmuşsa, sidik yolu iltihabının daha az baş verməsi;

* Cinsi yolla keçən xəstəliklərin azalması;

* Sünnətli kişilərin cinsi təmasda olduqları qadınlarda uşaqlıq ağzı (serviks) xərçəngi riskinin azalması;

* Cinsiyyət orqanı başı xərçəngi riskinin azalması.
(səs: 3)
Şərhlər: 10
Baxılıb: 6 571
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri