Sən nə yamansan a kukla...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 3 797
Səs ver:
(səs: 4)
Mistik simvol
Bizim zərərsiz hesab etdiyimiz kuklalar çox təhlükəli ola bilərmiş. Bu heç də boş fikir deyil. Xalq arasında ta qədimdən"qatil kuklalar” haqqında hekayələr dolaşıb, onlar mistik təsəvvürün atributu sayılıb. Amerika və Afrikada hələ bu günə qədər cadügarlar mumdan hazırladıqları kuklalara iynələr batırmaqla real insanlara zərər yetirirlər.
Əcdadlarımız saman və parçadan düzəldilmiş kuklalardan müxtəlif məqsədlər – uşaqları cin – şeytandan, xəstəliklərdən qorumaq və ya evə var – dövlət gətirmək üçün istifadə edirdilər. Valideynlər qızlarına sinəsi qabarıq və əyninə üst – üstə bir neçə tuman geyindirilmiş kuklalar hədiyyə verirdilər. Mənası bu idi ki, əgər hansısa bir qız əlində o kuklanı tutursa, deməli, ona elçi düşmək olar. Toydan sonra isə bu kuklaları cehiz kimi gətirirdilər. ən maraqlısı odur ki, bu kuklalarda sifət olmurdu. Hesab edilirdi ki, əgər kuklalara qaş - göz çəkilsə, üzlərinə cin – şeytan cökə və onlar canlana bilərlər.

XX əsrin əvvəllərində ABŞ – da mistik gəlincikliklər düzəldən Çariz Uinkoks adlı biri ölmüş uşaqların sifətlərini kuklalara köçürür və onların saçını, geyimlərindən bir parçanı bunların içinə qoyurdu.
Qan azlığı xəstəliyindən əziyyət çəkən Rozi Makninin valideynləri onu sevindirmək üçün Uinkoksun kuklalarından birini qızlarına hədiyyə edir. "Beylo - Bebi” adı verilmiş kukla çox gözəl idi. Rozi də bir saniyə belə kuklasından ayrılmırdı. Qız ölərkən oyuncağı özünə o qədər sıxmışdı ki, buna görə onu gəlinciklə bir yerdə dəfn etdilər. Heç cür təsəlli tapmayan valideynlər qızlarının ölümündə kukla müəllifini günahlandırırdılar. Onlar iddia edirdilər ki, oyuncaq zəhərli olub. Ən dəhşətlisi isə o idi ki, qəbir açılan zaman kukla oradan yoxa çıxmışdır.

Illər sonra "Beylo - Bebi” köhnə əşyalar satılan köşkdə peyda olur. Bu dəfə kuklanı Meri Vanesanın anası qızı üçün alır. Qəribədir ki, tezliklə ata insultdan vəfat edir, anası dəli olur. Bir müddət sonra isə Meri kuklanı bağrına basaraq özünü pəncərədən atır.
1998 – ici ildə bu kuklanı Moskvadakı "İnanc, cadugərlik və dəhşətlər Muzeyi”ində görürlər. Muzey işçiləri kuklanın içərisində saç, qana bulanmış parça və torpaq aşkar etmişdilər. Az keçmir muzey də bağlanır. Hal – hazırda həmin kukla Moskva ətrafındakı bağların birində mistika həvəskarının evində saxlanılır.

Hətta gözəl Barbi də ideal oyuncaq sayıla bilməz. Onun 50 il mövcudluğu müddətində psixoloqlar həmişə həyəcan siqnalı çalıblar. Barbi kimi gözəllik istəyən qızların bədən ölçüsü belə olmaldıır: boy 167 sm, bədən 99 – 46 – 84 sm, çəki 50 kq. Barbiyə oxşamaq istəyən qızların bu hal aneroksiyaya gətirib çıxara bilir.
Kuklalar qeyri – müsbət stereotip əxlaq yaradır: öz balaca sahibəsini analığa hazırlamır, əksinə onlarda tələbkar qadın formalaşdırır. Psixoloqlar 7 yaşına qədər uşaqlara Barbini məsləhət görmür. Bu yaşda hələ şəxsi obraz formalaşmır. Onlara xarici görünüşü uşaq olan kuklalarla oynamaq məsləhət görülür. Barbinin başını çıxarmaq və yenidən yerinə qoyaq olur, bu isə uşaqlarda insan bədəni haqqında yalnış təsəvvür oyadır.

Qeyd: Əgər uşaq tez – tez xəstələnsə, ərköyünlük etsə və söyləsə ki, onun kuklası canlıdır həmin oyuncağı evdən uzaqlaşdırın. Uşağın beli əyilərsə qaş qabaqlı qalarsa, ola bilsin, o, monstrkukla ilə oynayır.

PS. Bəs, siz, heç düşündünüzmü gələcəkdə övladlarınıza oyuncaq alarkən nəyə fikir verməlisiniz?
(səs: 4)
Şərhlər: 11
Baxılıb: 3 797
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri