Uşağın məktəbə öyrəşməsi üçün 10 addım

Müəllif: Catwoman666
Şərhlər: 3
Baxılıb: 2 897
Səs ver:
(səs: 2)
Uşağınızın məktəbə problemsiz şəkildə başlaması və məktəbini sevməsi tam olaraq sizin əlinizdədir.

Məktəbəqədər dövr uşağın böyümə prosesində ən mühüm dövrdür. Doğulduğumuz gündən 6 yaşına qədər davam edən bu dövr şəxsiyyətimizin formalaşmasının ilk təməllərini qoyur.

Uşağınızın məktəbə öyrəşməsinə yardım edəcək 10 addımı təqdim edirik.

- Uşağın məktəbi ilə tanış olduğu gün məktəbin açılış günü olmamalıdır. Həmin gündən əvvəl onu oxuyacağı məktəbə aparıb, sinfi ilə tanış edin.  

- Uşağın məktəbin elə ilk günü dərsə getməsinə çalışın. Uşağın digər həmyaşıdları ilə eyni gündə məktəbə başlaması sosiallaşa bilməsi və məktəbə öyrəşməsi baxımından çox vacibdir.

-  Övladınızı digər uşaqlarla müqayisə etməyin. Hər uşaq müxtəlifdir. Məktəbə öyrəşməsi də fərqli ola bilər. Bu dövrdə uşağınızın şəxsiyyətinin müstəqil şəkildə formalaşmasına icazə verin.

- Öyrəşmə müddətində olduğunuzu xatırladın. Uşağınızla birgə siz və həyat yoldaşınız da məktəbə başlama müddətində olduğunuzu və bunun müvəqqəti xarakter daşıdığını xatırlayıb səbrli olun.

- Uşağı məktəbə qoyub evə qayıdarkən onunla vidalaşmağı dramatik bir hadisəyə çevirməyin.

- "Məktəbinə və müəllimənə güvənirəm” - Uşağınıza güvən məzmunlu cümlələri tez-tez təkrarlayın. Sizin etibar etdiyiniz insanlara uşağınız da çox asanlıqla bağlanacaq.

- Sakit və qayğısız olun. Qayğı uşaq və valideyn arasında yoluxucudur. Uşaqların məktəbə öyrəşməsini çətinliyə salanlardan biri də qayğılı valideynlərdir.

- Uşağınızı məktəb çıxışlarında çox gözlətməməyə çalışın.

- Məktəbdə gününün necə keçdiyini soruşun. Danışmaq istəmirsə, məcbur etməyin.

- Məktəbə başlaması ilə onda bir sıra dəyişikliklər görə bilərsiniz. Yuxu problemləri, altını islatmaq, qidalanma problemləri və s. Bunun üçün mütəxəssislə məsləhətləşin.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 2 897
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri