Təhlükəsizlik oyunu

Müəllif: Catwoman666
Şərhlər: 2
Baxılıb: 2 042
Səs ver:
(səs: 0)
Hamımız uşaqlarımızı mümkün olduğu qədər təhlükədən uzaq saxlamaq istəyirik. Həm daxili həm də xarici ətraf mühitə nəzarət etməklə və uşaqların gündəlik həyatlarında istifadə etdiyimiz ləvazimatlara diqqət etməklə bunu edə bilərik. Təhlükəsizlik barədə daha ətraflı məlumatla tanış olun.

Hamilə olduğunuzu bildiyiniz andan etibarən, körpənizi təhlükəsiz saxlamaq sizin əsas vəzifənizdir. Körpələr və balaca uşaqlar valideynlərindən onların təhlükəsizliyini təmin etmələrini istəyirlər və eyni zamanda, onlara öz dünyalarını öyrənməyə və hər gün yeni kəşflər etməyə imkan yaratmalarına ehtiyac duyurlar. Təhlükəsizlik ətraf mühitə baxıb, onun körpənizin qabiliyyətlərinə uyğun olduğunu müəyyən etməkdir. Bu o deməkdir ki, körpəniz hər inkişaf mərhələsini keçdikcə dəyişiklər etməlisiniz. Təhlükəsizlik oyununun əsas ünsürü, körpənizi təhlükədən qorumaq üçün nə etmək lazım olduğunu müəyyən etməkdir.Körpənizin ətrafını öyrənməsi üçün təhlükəsiz yollar və yerləri hazırlamaq, mümkün olmayan tapşırıq olan, körpənizi hər saniyə izləməkdən yaxşıdır.

Təhlükəsizlik qaydaları körpənizin yaşı artdıqca dəyişsə də, bəzi ümumi qaydalar bütün uşaqlar üçün tətbiq edilir. Ən yaxşı təhlükəsizlik qaydaları üçün aşağıdakı məlumatları oxuyun. Hər yaş üçün ayrı təhlükəsizlik məlumatları üçün bizim yaşa uyğun təhlükəsizlik məqaləmizi oxuyun.

Körpəni heç vaxt silkələməyin
Əyləncə üçün olsa belə, körpəni silkələmək onun beynində qanaxmaya və sinir və əzələlərin qırılmasına səbəb ola bilər. Silkələnmiş Körpə Sindromu korluq, beynin zədələnməsi və ya ölümlə nəticələnə bilər. Körpəyə qulluq etmək mürəkkəb işdir və ilk günlərdə onun niyə görə ağladığını anlamaq çox vaxt çətin olur. Bəzən əsəbi və bezgin olmaq adi haldır. Nə qədər bezgin olduğunuzdan asılı olmayaraq, körpənizi HEÇ VAXT şiddətlə silkələməyin və ya yelləməyin. Əgər özünüzdən çıxdığınızı hiss edirsinizsə, yoldaşınız, dost və ya qohumunuzdan ya da təcrübəli bir şəxsdən kömək istəyin. Oyun oynayarkən belə körpənizi heç vaxt silkələməyin. Bu çox təhlükəlidir.


Körpənizi heç vaxt tək buraxmayın


Hətta yeni doğulmuş körpələr də bəzən çevrilə və ya fırlana bilərlər. Buna görə də, heç vaxt körpənizi vannada, dəyişən stol kimi hündür səthdə və ya böyüklər üçün yataqda tək qoymayın. Telefona zəng gələrsə, körpəni də özünüzlə götürün (ya da zəngi avtocavabçı qəbul etsin). Həmçinin, heç vaxt körpəni maşında tək buraxmayın, bir dəqiqəlik olsa belə. Gözlənilməz hadisə hər an baş verə bilər. Buna görə də, uşağınızın yanında hər zaman böyüklərdən kimsə olmalıdır.

Yanıqlara yol verməyin və yanıq təhlükəsizliyini artırın

Avtomatik tüstü siqnalı quraşdırın, xüsusən körpənizin yatdığı yerdə və hər yaz və payızda saatları geriyə/irəliyə çəkdiyiniz zaman batareyalarını yoxlayın. Evinizin hər mərtəbəsində yanğınsöndürən saxlayın. Şəhərdən kənarda yaşayırsınızsa, yanğınsöndürmə idarəsinə evinizin istiqaməti haqqında məlumat verin.
Uşağınız üçün oda davamlı və ya alovlanmayan geyim, yataq dəsti və oyuncaqlardan istifadə edin. Əmin olmaq üçün etiketlərini yoxlayın.
Su qızdırıcısının temperaturunu azaldın. Balaca uşaq olan evlər üçün 120 dərəcə F yaxşıdır. Gözlənilməz yanıqların qarşısını ala və qab-qacaq və paltarlarınızı təmiz saxlaya bilərsiniz.
Döşəmə qızdırıcılarını digər növ isitmə sistemi ilə əvəz edin və radiatorları bağlayın.
Teli olan bütün elektrik əşyalarını uşağınızın çata bilməyəcəyi yerlərə qoyun.
Bütün elektrik çıxışlarını tıxac ilə bağlayın.

Körpənizi birbaşa günəş şüalarından uzaq tutun və günəş şüalarına qarşı kremdən istifadə edin. Günəş körpənin həssas dərisini zədələyə bilər. 6 aydan aşağı yaşlı körpələr üçün az miqdarda günəş şüalarına qarşı krem istifadə olunması yaxşıdır. Hər gəzintidə bu kremlərdən istifadə edin. Hətta balaca uşaqlar üçün də, qış və buludlu günlər də daxil olmaqla, qoruyucu geyimlərdən(papaqlar da daxil) və eynəklərdən istifadə edin.

Ani Körpə Ölümü Sindromu (SIDS)  və ya çarpayıda ölüm təhlükəsini azaldın
Körpənizi arxası üstə yatırın. Araşdırma müəyyən edib ki, körpəni arxası üstə yatırmaq SIDS təhlükəsini 70 faizə qədər azaldır. Lakin körpəniz oyaq vaxtlarda iməkləyərək, kəşflər edib, araşdırsın və çiyinlərini gücləndirsin.
Körpənizin otağını isti saxlayın, amma çox isti olmasın. Özünüzə uyğun hava temperaturunu təyin edin. Balaca körpələr böyüklərə nisbətən öz temperaturlarını idarə etmək üçün zəifdirlər, çünki onların ancaq başları tərləyir. Başını açıq saxlayın, və əgər başı tərləyirsə geyimini biraz yüngülləşdirin. Əgər yorğança və ya paltarlara görə həddindən artıq istidirsə, SIDS baş vermə riski böyükdür.

Yatarkən körpənizin başını açıq saxlayın. Onun üçün gecə geyimindən istifadə edin və ya yorğança ilə birlikdə boğazının altında bükün.

Körpənizi bərk döşəkçədə yatırın. Yumuşaq, xovlu səthi olan döşəklər körpənizin tənəffüsünü çətinləşdirə bilər. Körpənizin üzərinə və ya altına sırınmış qalın yorğan, rahatlandırıcı, balış və ya yun salmayın. Su yataqlarını istifadə etməyin. Oyuncaqlar və balışlar çox böyük və xovlu olmamalıdır. Ümumiyyətlə körpələrin yatağında balış və böyük oyuncaqlar olmamalıdır. Nəhayət, kənar balışların təhlükəsiz olduğundan əmin olun. Əgər körpə sizin yatağınızda yatrısa, eyni ehtiyat tədbirləri tətbiq olunur. Döşəyin ətrafında boşluğun olmadığını yoxlayın və yatırın. Körpəniz döşəklə yataq arasında ilişə bilər.

Körpənizin yanında siqaret çəkməyin. Siqaret tüstüsü ilə tənəffüs edən körpələrin SIDS-dən ölmə şansları azı iki qatdır.

Körpənizi döşünüzdən əmizdirin. Döşdən əmizdirlən körpələrin SIDS-dən ölmə riskləri azalır, odur ki, bacardığınız qədər çox və uzun müddətə uşağınızı əmizdirin.

Avtomobili ehtiyatla sürün
Siz və körpəniz avtomobildə çox vaxt keçirirsiniz, buna görə də, avtomobilin təhlükəsiz olduğunu təmin etmək vacibdir. Avtomobil qəzaları, bir ayından sonra körpələrin ölməsi və zədələnməsinin əsas səbəbidir.
Hər zaman körpənizin yaşı və ölçüsü üçün uyğun olan oturacaqlardan istifadə edin. Avtomobil qəzalarında yaralanan və ya ölən uşaqların demək olar hamısı, ya oturacaqda düzgün yerləşdirilməmiş, ya da düzgün qurulmamış oturacaqlarda oturmuşdurlar. Avtomobil oturacaqlarını istehsalçının təlimatlarına uyğun quraşdırın və ya polis idarəsindən ya da avtomobil satışı üzrə agentdən sizin əvəzinizə quraşdırmasını xahiş edin. Körpənizi onun üçün olan oturacaqdan başqa heç bir yerdə oturtmayın.    
Uşaqları həmişə arxa oturacaqlarda yerləşdirin, xüsusən əgər hava yastıqlarınız varsa.
Heç vaxt körpəni maşında tək buraxmayın, bir dəqiqəlik olsa belə! Yolda olarkən, çalışın uşağınıza gün işığı çox düşməsin.
Avtomobildə siqaret çəkməyin.
Avtomatik qapı və şüşə qapanmasından istifadə edin və hər avtomobil gəzintisində onları qoşulu saxlayın.
Yaxşı nümunə olun. Hər zaman kəmərinizi bağlayın və ehtiyatlı sürün.

Körpənizin ləvazimatlarının təhlükəsiz olduğunu təmin edin
Körpə və uşaq ləvazimatları üçün çoxlu yeni normalar var. Yeni və ya işlənmiş körpə ləvazimatı əldə etməzdən əvvəl, onun normalara uyğun olduğunu və geri qaytarılmadığını yoxlayın.
Körpə ləvazimatı almazdan əvvəl, təhlükəsizlik məlumatı olub-olmadığını yoxlayın. Aldığınız hər şey İstehlak Malı Təhlükəsizliyi Komissiyasının (İMTK) normalarına uyğun olmalıdır. 1-800-638-2772 nömrəsini yığaraq və ya onların internet səhifəsini ziyarət edərək bunları yoxlayın.
Məhsulların üzərində Gənc Məhsul İstehsalçıları Assossiasiyasının sarı və qara qiymətləndirmə möhürü var.
Geri qaytarılmış məhsulların yenilənmiş siyahsına baxmaq üçün bura klik edin.
1974-cü ildən əvvəl istehsal olunmuş əşyalarda təhlükə yaradan qurğuşunlu boyadan istifadə oluna bilər və bəzi quruluş xətalarına rast gəlmək olar. Bu əşyalar geri qaytarılmış əşyalar siyahısında yazılmaya bilərlər.
Körpənizin ləvazimatlarında boşalmış hissələrin, iti və ya sərt kənarların və soyulmuş boyanın olub-olmamasını müntəzəm olaraq yoxlayın.

Evinizi körpə üçün təhlükəsiz edin
İndi isə, körpə üçün evi təhlükəsiz etmək barədə məlumat verək. İlk növbədə onu deyək ki, evin körpə üçün təhlükəsiz edilməsi anlayışı bir az təhrif olunub, çünki körpələr üçün tamamilə təhlükəsiz edilmiş ev yoxdur. Siz körpənizə hər zaman nəzarət etməlisiniz, xüsusilə, başqa bir evdə olduqda. Lakin, evinizi mümkün qədər təhlükəsiz etmək üçün bəzi əsas tədbirlər var:
Evi körpəniz kimi əlləriniz və dizləriniz üstündə gəzin. Siz çətin nəzərə çarpan təhlükələri cəld aşkar edəcəksiniz. Tapdıqlarınızın siyahısını hazırlayın və bu təhlükləri aradan qaldırmaq üçün tədbirlər görün.
Mümkün olduğu qədər çoxlu elektrik telləri və əşyalarını ortalıqdan götürün. Hər hansı bir elektrik əşyasını işlətməzdən əvvəl, körpənizi gördüyünüzdən və onun bu əşyadan uzaq olduğundan əmin olun. Buna vərdiş edin.
Bütün pəncərələrə 6 düymdən artıq açılmasınlar deyə kilidlər quraşdırın. Bu xüsusən ikinci və daha yuxarı mərtəbələr üçün vacibdir.
Bütün elektrik çıxışlarını bağlayın və elektrik tellərini körpənizin çata bilməyəcəyi yerlərə qoyun. (bu o qədər vacibdir ki, təkrarlamağa çox ehtiyac var).
Körpəniz qəbul edib və zərər görəcəyi bütün təmizləyici maddələri, dərmanları (reseptli və ya reseptsiz), spirtli içkiləri, vitaminləri və bütün başqa əşyaları onun çata bilməyəcəyi yerlərə qoyun. Həmin çəkməcələrin hamısını kilidləyin.
Bütün dərmanların,( hətta qonaqların da), yaxşı bağlanmış şüşə qablarda olmasını yoxlayın.
bütün dolablara, hətta təhlükəsiz əşyalar yerləşənlərə də, təhlükəsizlik kilidi quraşdırın.
Pilləkənlərə qapılar quraşdırın, və qapı və pəncərələrə qıfıl və kilidlər quraşdırın.
Tül və pərdə iplərini əlçatmaz yerlərə qoyun.
Kitab rəflərini və hündür çəkilə bilən mebelləri təhlükəsiz edin. Bu o deməkdir ki, divar bərkidicisindən istifadə edin.

Süfrələrdən şərflərdən və xörək dəsmallarından istifadə etməyin. Körpəniz onları çəkərək stolun üstündəkiləri yerə sala bilər.

Nənə və babaların və həkimlərinizin də evlərini uşağınız üçün təhlükəli olmasını təmin edin.

Qazı yoxlayın
Təbii yolla ayrılan radioaktiv qaz olan radon, soyuq iqlim evlərindəki kimi qapalı evlərdə yığıla bilən və xərçəngə səbəb olan təhlükəli maddədir. Bu evin aşağı səviyyəsində yığılır. Körpələr və yeni gəzməyə başlayan uşaqlar üçün bu daha təhlükəlidir, çünki qaz döşəməyə yaxın toplanır. Ştat, dairə və şəhərlərin səhiyyə şöbələri evinizi yoxlamağa gələcək və lazım olarsa qazı necə bağlamaq lazımdı sizə izah edəcəklər.
Propan və ya odun ilə evi sidirsinizsə karbon monooksik detektorları quraşdırmaq vacibdir. Batareyaları hər zaman yoxlayın.

Boğulmanın qarşısını alın
ABŞ-da, 5 yaşından aşağı uşaqlar arasında gözlənilməz ölümün səbəblərindən 4-cüsü boğulmadır. Xoşbəxtlikdən, boğulmanın qarşısını almaq olur. Təlimatlara nəzər yetririn:

Yüksək boğulma təhlükəsi yaradan yeməklərdən çəkinin. Bunlara misal olaraq, hot-doq, bütov üzüm, yerfındığı, bərk konfet və təmizlənməmiş kökü demək olar.

Hər zaman körpənizi qucağınızda və ya körpə stulunda oturdaraq yedsizdirin. Yeni gəzən körpənizin stolda oturduğuna və ağzında yeməklə qaçmadığına əmin olun.

Körpənizin oyuncaqlarının təhlükəsiz olduğunu yoxlayın. Həssas oyuncaqlar yuyula bilən, alovlanmayan materialdan hazırlanmış olur və göz, düymələr və kilidlər kimi qopan əşyaları olmur. əgər oyuncaqlar qırılsa, hissələri 1.75 düymdən balaca olmur. (Onlar kağız salfetka borusuna sığmaq üçün çox böyükdürlər.) Bundan balaca qırıntılar boğulma təhlükəsi yaradır. Simi, bağları, düymələri və ya boya qalığı olan oyuncaqları istifadə etməyin. Lateks şarlarını və balaca topları istifadə etməyin və körpənizin oyuncaqlarında boşalmış hissələrin, iti və ya sərt kənarların və soyulmuş boyanın olub-olmamasını müntəzəm olaraq yoxlayın.

Körpənizi yalnız təhlükəsiz paltarlarla geyindirin. Paltarların içində və çölündə boşalmış bağ və lentlərin və ya körpənizin boynuna, əl və ayaq barmaqlarına dolaşa biləcək hər hansı bir hissənin olub-olmamasını yoxlayın. Qapılara, körpə çarpayısının kənarlarına və ya velosiped təkəri kimi oyun ləvazimatlarına ilişə biləcək sallanan bağlı geyimlərdən istifadə etməyin. Yadda saxlayın, uşaqlar yaxşı bağlanmış hesab etdiyiniz düymələri hər zaman aça bilərlər.

Siqaret çəkməyi tərgidin
Siqaret çəkilməyən ev hamının sağlamlığına xeyirlidir, xüsusilə körpənizin. Körpə baxıcıları və qohumlar da daxil olmaqla, körpənin yanında heç kim siqaret çəkməməlidir. Siqaret çəkməyi tərgidə bilməyən şəxslər körpə olan evdə siqaret çəkməkdən özlərini çəkindirməlidirlər. Əgər evinizdə siz və ya başqa şəxs siqaret çəkirsə, bunu dayandırmaq üçün bir çox səbəb var. Öz sağlamlığınız üçün olmasa da, körpəniz üçün.
Siqaret çəkilən evlərdə olan uşaqların Ani Uşaq Ölümü Sindromundan (SIDS)ölmək şansları iki dəfə çoxdur.
Siqaret çəkilməyən evlərdə yaşayan uşaqlarla müqayisədə, siqaret çəkilən evdə yaşayan uşaqlar soyuqdəyməyə, qulaq infeksiyalarına, boğaz ağrılarına, astmaya, pnevmaniyaya, yanıqlara və digər xəstəliklərə daha çox tutulurlar.
Siqaret çəkilən evdə yanğın və yanğın yaraları olma riski daha çoxdur.
Odlu silahdan yaralanma və ölümün qarşısını alın
Dövrümüzdə, ABŞ-da hər gün 10 uşaq odlu silahdan təsadüfən, qətlə yetirilərək və özünə qəsd edərək ölürlər. Bir çoxu isə yralanır. Silah saxlanılan evlərdə, uşaqların təbii marağı və oynamaq həvəsi gözlənilməz ölümlə nəticələnə bilər.
Körpənizin təhlükəsizliyini təmin etməyin ən yaxşı yolu:
Bir müddətlik, evinizdən bütün silahları yığışdırın.

Silahlarınız varsa:
Onları bağlı yerə qoyun. Silahları və onların güllələrini ayrı-ayrı yerlərə qoyun və bağlayın. Böyüklər silah və güllələrin harada olduğunu bilməli və açarlar hər zaman onlarda olmalıdır.
Silahı gizlətməmisinizsə, onu nəzarətsiz buraxmayın. Silahı əlinizə aldığınız zaman, həmçinin, təmizləyərkən, onu nəzərinizdən qaçırmayın, bir anlıq belə olsa. Odlu silahlardan baş verən hadisələrin çoxu uşaqların nəzarətsiz olduqlarına görə baş verir.
Çaxmaq kilidləyici və digər qurğulardan istifadə edin.
Heç vaxt silahla oyuncaq kimi rəftar etməyin.
Nə qədər yaxşı izah olunduqlarından asılı olmayaraq, 8 yaşından aşağı heç bir uşağın silahla rəftar qaydalarını yadda saxladıqlarına güvənmək olmaz.
Su basmasının qarşısını alın/Su təhlükəsizliyini artırın
Suda boğulma ABŞ-da uşaq ölümləri səbəblərindən ikincisidir. Xüsusən balaca uşaqların suda boğulma təhlükəsi var. Çünki onlar həm üzə bilmirlər, həm də çox az həcmdə su da belə boğula bilərlər.
Körpənizi tualet,  böyük kol dibçəyi, fəvvarə, üzgüçülük hovuzu, bataqlıq, göl, gölməçə və okean kimi su olan yerlərdə nəzarətdə saxlayın.
Yaşından asılı olmadan, bütün uşaqlar üzgüçülük hovuzu və ya su olan hər bir yerdə birbaşa nəzarət altında olmalıdırlar. Uşaqlar su yaxınlığında olarkən, Nəzarət edildikləri hallar xaric, hamam otağına körpələrin və yeni gəzməyə başlamış körpələrin girişini məhdudlaşdırın.
Hovuzunuz varsa, onu kilidli qapısı olan 4 fut hündürlükdə hasarla bağlayın. Əgər hamı tərəfindən istifadə olunan hovuza yaxın yaşayırsınızsa, həmin hovuzu bu qaydalara uyğunlarşdırın.
Vanna halqaları uşağı qorumur. Əgər ondan istifadə edirsinizsə, siz yenə də uşağınızı nəzarətdə saxlamalısınız.
Dörd yaşına çatana qədər uşaqlara üzgüçülük dərsləri məsləhət görülmür. Onlar valideynlərə yanlış təhlükəsizlik təminatı verirlər. Uşaqlarınız suda olarkən onlara həmişə nəzarət etməlisiniz, hətta üzgüçülük dərslərinə getsələr belə. Balaca uşaqlar üzən zaman həddindən artıq su uda bilər və bədəndə ciddi, hətta ölümcül dərəcədə duz qeyri-bərabərliyi yarada bilərlər.
Əgər qayığınız varsa, ABŞ Sahil Mühafizəsi normalarına riayət edin. Göyərtədə hər bir ailə üzvünün ölçüsünə və normaya uyğun xilasetmə jileti saxlayın və böyük uşaqlırınıza təhlükəsizlik qaydalarını və qayıqda davranış qaydalarını öyrədin.
Qol "qanadları”, plastik halqalar və digər ləvazimatlar körpənizin suda təhlükəsizliyini təmin etmir. Körpənizə həmişə nəzarət edin. Əgər körpəniz 2 yaşından azdırsa, siz həmişə onunla bir yerdə suda olmalısınız.

Digər kiçik təhlükəsizlik məsləhətləri
Əmzik və ya boyunbaqlarını körpənizin boynundan heç vaxt asmayın. Bağ və ya boyunbağı asanlıqla ilişə və onu boğa bilər.
Əgər əmzik istifadə edirsinizsə, yalnız bir qəlibdə olan əmzik istifadə edin.
Körpənizin başı müəyyən bucaq altında 2 3/8 düymdən aralı olan yer və ya boşluğa sığa bilər. Ona görə də, belə yerlərə diqqət edin.
Dərmanı heç vaxt konfet adlandırmayın.
Qonaqların çanta və baqajlarını uşağınızın əlinin çatacağı yerdən uzaq edin.
Daşıyıcı vasitələr olan çanta və kolyaskaları uşağınızın yaşı və inkişaf mərhələsinə görə seçin.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 042
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri