Uşağı atıb-tutmayın!

Şərhlər: 3
Baxılıb: 2 591
Səs ver:
(səs: 1)
Körpələri yuxarı göyə atıb-tuTmaq çox əyləncəlidir. Bəs uşaqların da çox xoşuna gələn bu əyləncə nə dərəcədə faydalıdır?

Mütəxəssislər uşaqla oynayarkən və onu yatızdırarkən valideynlərin diqqət etməli olduqları və təkrarladıqları bəzi yanlış davranışlarla bağlı xəbərdarlıq edir.

Daxili orqanları yer dəyişdirə bilər

Körpəni əyləndirmək üçün onu havaya atıb tullamaq əslində çox yanlışdır. Nəticədə uşaqda bağırsaq düyünlənməsi yaşana bilər. Körpə hər dəfə havaya atılıb tutulanda daxili orqanların yer dəyişdirməsi riski var. Bağırsağın da funksiyası pozulur, hətta hər hərəkətdə bağırsaq bağırsağın içinə girə bilər. Həm də anidən körpənin başının tavana dəyməsi, ya da yerə yıxılması zamanı yarana biləcək travmalar ciddi sağlıq problemlərinə səbəb olur.

Körpənin ayaqda yellənərək yatızdırılmasının da doğru olmadığı deyilir. Əgər körpə ayaqda yelləmədən yatmırsa, onda uşağı dizinizin üstünə alıb çox yavaş şəkildə yelləyərək yatızdıra bilərsiniz. Uşağın qoltuqaltına alınıb yellənərək yatızdırılması zamanı  baş arxaya və önə tez gedib gələcəyindən retina və beyindaxili qanamalara səbəb olur.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 591
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri