Gənc anaların nəzərinə!

Müəllif: Catwoman666
Şərhlər: 3
Baxılıb: 3 693
Səs ver:
(səs: 1)
Övladının terbiyəli olmasını kim istəməz ki? Bütün valideynlğr istəyir ki, uşaqları ağıllı olsun, özündən böyüklərə hörmət etsin, özündən kiçiklərə sevgi göstərsin. Buna nail olmaq üçün uşaqların tərbiyəsinde lap körpə vaxtlarından diqqət etmək lazımdır. Gənc anaların nəzərinə:

Uşağa yalan danışmayın:
Uşağının hər zaman doğru danışmasını istəyən ana özü yalandan uzaq olmalıdır. Körpəyə ilk baxışdan xırda yalanlar deməklə özünüz də bilmədən onu yalana öyrədirsiniz.

Uşağı mecburən yedirtməyin:
Əksər analar körpələrinin az yeməyinden narahat olur və onu çox yeməyə məcbur edir. Bu zaman uşaq anadan məhəbbət yox, zor görür. Belə uşaqlar isə gələcəkdə hər şeyin yalnız zor gücünə mümkün olduğuna inanırlar.

Sağlam münasibət:
Valideynlər çalışmalıdırlar ki, uşağın ata-anası və ailənin başqa üzvləri ilə münasibəti sağlam olsun. Bəzi analar uşaqlar arasındakı münasibətləri pozurlar. Uşağa özündən böyüklərlə istədiyi kimi rəftar etməyə icazə verdiklərindən onlar böyüklərin saçını dartır, əllərindəkini istəyirlər. Ana isə bunlara şıltaqlıq kimi baxır. Lakin uşaq böyüyən kimi bu xasiyyəti birdən birə qadağan edirlər. Uşağa elə gəlir ki, onunla ədalətsiz rəftar edirlər. Bu üzden o tərslik edir və sözə qulaq asmır. Əvəzində ana uşağı cəzalandırır. Yadda saxlamaq lazımdır ki, uşağı döyməklə tərbiyə etmək olmaz.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 3 693
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri