Övladlarınızla dost olmayın! – Valideynlərə psixoloq tövsiyəsi

Müəllif: Catwoman666
Şərhlər: 3
Baxılıb: 1 961
Səs ver:
(səs: 1)
İngilis psixoloqlarından birinin fikrincə, övladları ilə dost olmaq istəyən valideynlər səhv yoldadırlar. Valideynlərə övladlarının idealı, qoruyucusu, oyun dostu və dəstəkçisi olmaq  məsləhət görülür.

Uşaqları ilə dost olan valideynlər bir müddət sonra nüfuzlarını itirirlər. Uşaqlarının onları dost kimi sevmələrinə qısa zamanda vərdiş edən valideynlər sərhəd qoymağa başlayanda həddindən artıq reaksiyalarla qarşılaşırlar. Üstəlik, övladları üzərində nüfuzlarını da itirirlər.

Övladına sevgisini yetərincə göstərən bir valideynin də "sənə nifrət edirəm, ana”, "sənə nifrət edirəm, ata” sözlərini eşitməsi normal qarşılanır. Valideynlər bu vəziyyəti ciddiyə almamalıdırlar.

Sözünüzü dinləmirlərsə…

Övladları ilə dost olan valideynlər üçün uşaqların sözə baxan olması çətin olur. Uşaqlar valideynlərinə dost kimi baxdıqda yatma və yemək saatlarına da öz başlarına qərar verməyə başlayırlar.

Bununla yanaşı, uşaqlar ürəyi istədiklərini etdikləri üçün onlarla dost olmağı sevirlər. Gələcəkdə qazanacaqları dostlarından valideynləri kimi hər istədiklərini etməyi gözlədiklərindən xəyal qırıqlığına uğrayırlar. Uşaqların sabit nizam-intizam qaydası ilə böyüdülməsi çox əhəmiyyətlidir. Uşaqlar bu cür böyüdüldükdə məsuliyyət hissi yüksək olur. Valideynlər bilməlidirlər ki, uşaqları böyüdükdə aralarındakı dostluq münasibəti öz-özlüyündə yaranacaq.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 1 961
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri