Uşaq baxçada niyə ağlayır?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 867
Səs ver:
(səs: 1)
Çox hallarda valideynlər şikayət edirlər ki, uşaq bağçaya getdikdən sonra xəstələnməyə başlayıb. Bütün analar bu sualı verir. Onlar günahı bağçada virus mənbəyi olan  uşaqların olması və uşağın zəif immuniteti ilə əlaqələndirir. Gəlin məsələyə başqa tərəfdən nəzər salaq.
Bağçaya getdiyi gündən uşağın həyatı kökündən dəyişir. Əvvəllər o həmişə evdə olub, onun istədiyini o dəqiqə verən, yerinə yetirən anası yanında olub. Evdə darıxanda başqa uşaqlarla oynamaq üçün həyətə aparsa da ana yenə yanındadır.
Günün bir günü isə hər şey dəyişir. Uşağı ona tanış olmayan uşaq bağçasına aparırlar, ana isə gəlib onu aparacağını deməyi unudur, uşaq isə tamamən yad insanların əhatəsində qalır. Tərbiyəçi isə təkcə ona diqqət ayıra bilmir. Qrupda onun kimi daha 20 uşaq var.
Bağçaya gedən uşaq üçün gün keçmək bilmir. Ana isə gün ərzində ev işləri məşğul olur. Hətta uşağı bağçadan götürdükdən sonra onun gücü ona çatır ki, uşağı yedirdib, yuyundurub, yatırtsın. Uşaq isə ananın yorğunluğunu başa düşmür, əvvəlki diqqəti görmək istəyir.
Uşaq xəstələnəndə isə hər şey geriyə qayıdır. Ana uşağı bağçaya aparmır, özü evdə qalır, ona sevdiyi nağılı oxuyur, oynamağa və hətta gəzməyə belə vaxt tapılır. Əlbəttə uşaq qəsdən xəstələnmir və ya özünü xəstə kimi aparmır. Ancaq o şüuraltında xəstəlmək istəyir. İstənilən naxoşluq onun xoşuna gəlir. Ona görə analar övladlarına qarşı diqqətli olmalı, onu yalnız bağçanın öhdəsinə buraxmamalıdır.

Ülviyyə Səid
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 3 867
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri