Uşağın iştahını necə artıraq?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 539
Səs ver:
(səs: 0)
Bu sual uşağı olan bütün anaları narahat edir. Uşaq pis yedikdə və ya yemədikdə qayğıkeş analar çox narahat olur. Çünki böyüməkdə olan körpə orqanizminin qidaya böyük ehtiyacı var. Ancaq uşağın iştahı olmasa və o yaxşı yeməsə orqanizmə lazımi qədər vitamin və minerallar daxil olmaz. Bəs nə etməli?
- Əgər uşağın iştahsızlığının səbəbi hər hansı xəstəlikdirsə, ( anemiya, disbakterioz, qastrit, qəbizlik, yuxarı tənəffüs yolarının iltihabı, helmintoz ) vacib olan uşağın yeməyini düzgün təşkil etməkdir. Təbii ki, həkimə müraciət olunduqdan sonra.
- İştahasız işağın yeməyi dəqiq vaxt üzrə təşkil olunmalıdır. İlk vaxtlar uşaq buna tabe olmaq istəməyəcək, etiraz edəcək, hətta bəlkə də siz  bir və ya iki yeməyi ötürməli olacaqsınız. Ancaq tədricən uşaq bu rejimə alışacaq; birincisi ona görə ki, o biləcək ki, əgəgr indi yeməsə növbəti yeməyə qədər çox gözləməli olacaq. İkincisi isə yemək vaxtı çatanda körpənin mədəsi şirə ifraz etməyə başlayacaq.
- Az yeyən uşağa qətiyyən ara yeməklər verməyin! Bulka, konfet, peçenye, hətta meyvələr və şirn şirələr iştahanı kəskin öldürür. Sizin "hiyləgəriniz" nə qədər yazıq gözlərlə baxsa belə adi sudan başqa heç nə verməyin. İstənilən ürəyi yumşaqlıq onun iştahasının yenidən pozulmasına səbəb olacaq. Uşağın iştahı " canavar" kimi olmayında heç bir ara atışdırmalar.
- İştahanın artırılmasının efektli yollarından biri onu təmiz havada uzun müddət gəzdirməkdir. Gəzintilər bədənin ümumi tonusunu artırır və iştahın açılmasına kömək edir. Gimnastika, üzgüçülük, hərəkətli oyunlar balacanın iştahının artırılmasına kömək edir. Bu cür fiziki aktivlik zamanı orqanizm çoxlu enerji itirir. Onun bərpası isə uşağın yaxşı iştahında özünü göstərir. Təbii ki, saatlarla televizor vəya kompyuter qarşısında oturan uşağın enerjisi sərf olu madığı üçün iştahı da olmur.
- Səhər musiqi müşayiəti ilə idman edin. Bu uşağa oyanmağa və yemək yemək istəyi yaranmasına kömək edəcək.
- Övladınızı yeməyin hazırlanması prosesinə cəlb edin. Məsələn, uşaq sizə yumurtanı qırmağa, oladi xəmirini qarışdırmağa və ya salat üçün yarpaqları seçməyə kömək etsin. Süfrəyə salfet, qaşıq, cəmgəl və s. düzsün. Əlbəttə ki, bunun üçün siz çox şey fikirləşə bilərsiniz. Uşağı tərifləyərək, " özü " hazırladığı yeməyə həvəsləndirin.
- Yeməyi gözəl, rəngarəng qabda təqdim edin. Psixoloqlar qeyd edir ki, maraqlı qabda uşaqlar daha iştahla yeyir.
- Uşağın heç sevmədiyi bir yeməyin gözəl təqdimatı belə onun iştahını aça bilər. Uşaq üçün heyvan üzləri, meyvə və tərəvəzlərdən maşın düzəldin, smetan və ya cemlə blinçiklərin üzərində şəkil çəkin. Hazırda internetdə çoxlu sayda uşaq yeməkləri reseptləri var. Onlardan yararlana bilərsiz.
- Uşağı sevmədiyi yeməyi yeməyə məcbur etməyin. Onu başqası ilə əvəz edin. Məsələn, kəsmik yemək istəmirsə, ona kəsmikli pudinq təklif edin. Brokoli istəmirsə, kabaçki və ya qırmızı kələmlə əvəz edin.
- Süfrə arxasında xoş əhval - ruhiyyə yaradın. Danlamaqla, qışqırmaqla, məcburiyyətlə yedirtmək ən səhv addımdır.
İştahın artırılması üsulları:
* yeməkdən yarım saat əvvəl uşağa turş alma şirəsi verin. Bu onun iştahını açmağa kömək edəcək.
* xalq təbabəti yolları ilə həzmin yaxşılaşdırılması da iştahın açılmasına kömək edir. Bitkilərdən ardıc, zirinc, qara qarağat, itburnu, gənəgərçək, zirə toxumlarının dəmləməsi mədə şirəsinin ifrazını stimullaşdırdığı üçün iştahanı da artırır. Həm də bu bitkiləri dəmləməsi dadlı olduğu üçün uşaqlar asanlıqla içilir. Bundan başqa boymadərən, zəncirotu kökü, zanbaq, kasnı dəmləmələri də mədə şirəsinin ifrazını gücləndirir. Lakin onlar bir qədər acıdır və uşağı içirmək asan deyil. Dəmləmələri yeməkdən 20- 30 dəqiqə əvvəl qəbul etmək lazımdır.
* homeopatik vasitələrdən iştah artırıcı kimi maqnezium və kalsiumla zəngin komplekslər istifadə olunur. Bunlar yalnız həkimin göstərişi ilə istifadə olun bilər.
* kəskin iştah çatışmazlığında dərman müalicəsi ciddi həkim nəzarətində tətbiq edilir.
Uşağın iştahının olmaması narahatlığa ciddi əsas vermir. Diqqətli olub uşağın iştahsızlığının səbəbini tapın. Sonra isə hər hansı tədbiri görmək olar.

Ülviyyə Səid
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 539
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri