Özünə güvənən uşaq necə yetişir ?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 326
Səs ver:
(səs: 0)
Özünə güvənən uşaq necə yetişir ?!
Uşağın özünə güvən duyğusunun təməli körpəlik vaxtında qoyulur. Uşağın müəyyən yaş həddinə qədər valideynlərindən  yetəri qədər diqqət və sevgi görməsi, irəliləyən yaşlarda bu gözəl duyğunun davamlı olması üçün çox vacibdir, çünki insanın sevildiyini bilməsi,   onun özünü dəyərli və önəmli hiss etməsinin əsas təməlidir. Ona görə də, xüsusilə uşağınıza xüsusilə 3 yaşına qədər onu nə qədər çox sevdiyinizi hiss etdirməlisiniz.

Uşağınızın özünə güvən duyğusunun olması onun sonrakı dövrlərdə yiyələndiyi davranışlardan da asılıdır. Dediklərimizi daha yaxşı aydınlaşdırmaq üçün bir neçə misal çəkək...
1. Körpə artıq 6 ayından etibarən bərk qida qəbuluna başlayır. Mütəxəssis olaraq biz istəyirik ki , uşaq öz qaşığını özü tutaraq hətta tökərək də olsa qaşığını ağzına qədər aparıb "özüm yedim” əzmini göstərsin. Lakin təəssüf ki, bəzi analar öz düşüncəsində körpəsini   daim dəstəklədiyini düşünərək əslində uşağa müstəqillik vermir. "Uşağım ac qalacaq” deyə verdiyiniz yeməklə onun  çəkisini qoruya bilərsiniz lakin özünə güvən duyğusunun əmələ gəlməsini bir müddət daha ləngitmiş olursunuz.
2. 4 yaşı olamasına baxmayaraq hələ də öz yatağında yatmayan uşaqlar var. Bir çox valideyn uşağının hələ yetəri qədər böyümədiyini və böyüyəndə bunu onsuzda edəcəyini düşünürlər. Halbuki, uşaqları körpəlik dönəmindən öz yatağında təkbaşına yata bilər və bu əslində belə də olmalıdır. Uşağın bunu edə bilməməsinin səbəbi isə sizin bunu bacarması üçün ona lazım olanı verməməyiniz və onunla birlikdə yatmağa davam edərək sizə daha da bağlanmasına zəmin yatarmanızdır. Uşağın təkbaşına qala bilməməsi , ananın dəstəyinə ehtiyac duyması özünə olan güvən duyğusunun  yaranmasına böyük əngəl törədir.
3. Bağçalarda çox tez –tez qarşılaşdığımız bir səhnə . Uşaq məktəbə anası ilə gəlir və ana ilk olaraq uşağın çantasını götürür, ayaqqabılarını dəyişdirir. Üst geyimi soyundurur və "Hələlik” deyərək çıxıb gedir. İndi bu halda biz harada səhv etdik?!

Əgər uşağınız 3 yaşdadırsa  onsuzda  çətin çıxarılmayan ayaqqabını, üst geyimini özü asanlıqla soyuna bilər. Uşağın bu cür bacarıqlarının inkişaf etməsi bə özünə inamın yaranması üçün onu kənardan izləyərək biraz özbaşına buraxmalı. Çətinlik çəkdiyi vaxtlarda bunu necə edəcəyini öyrətməlisiniz.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 326
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri