Uşaqlara cib xərcliyi verməliyikmi?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 3 174
Səs ver:
(səs: 2)
Bir çox ailələrdə uşaqlara və yeniyetmələrə cibxərcliyinin verilib-verilməməsi mövzusu ən çox müzakirə edilən mövzulardan biridir.

Təbii ki, bir valideyn olaraq uşaqlarınıza müəyyən miqdarda cibxərcliyi verməlisiniz. Bu uşaqların inkişafı üçün də lazımlı bir ünsürdür. Bu məsələdə verilən cib xərcliyi ailələrin maddi vəziyyətinə əsasən fərqli tətbiqləri tələb edir.

Nə qədər cibxərcliyi verilməlidir?
Cibxərcliyi miqdarı təyin olunarkən, cibxərcliyinin nə üçün verildiyi valideyn və uşaq tərəfindən aydınlaşdırılmalıdır. Cibxərcliyi ehtiyacları aradan qaldırmaq üçün deyil. Yəni cibxərcliyi ilə geyim, məktəb vəsaitləri, ad günü hədiyyələri alınmaz. Cibxərcliyi uşağın əlindəki sərbəst bir pul miqdarıdır. Bu xırda məbləğ ilə uşaq kiçicik istəylərinə nail ola bilər.
9 yaşına qədər olan uşaqlara cibxərcliyinin həftəlik verilməsi daha məqsədəuyğundur. Çünki bu yaşda olan uşaqlar daha uzun və davamlı düşünmə bacarığına sahib deyillər.
Cibxərcliyini miqdarı ailənin ümumi büdcəsi ilə mütənasib olmalıdır. Ailənin maddi çətinliyinin olması və ya işsizlik kimi səbəblər uşağın cibxərcliyi miqdarını da təsir edir. Əlbətdəki uşağınıza cib xərcliyi verərkən onu ailə büdcəsi ilə yaxından tanış etmək valideynin öhdəsinə düşür.

İlk cibxərcliyi nə vaxt verilməlidir?
Məntiqli olaraq uşaq ədədləri yaxşıca tanıdığı bir dövrdə və bəzi dəyərləri riyazi olaraq sıralaya bildiği bir dövrdə ilk cibxərcliyi verilməyə başlanmalıdır. Təcrübələrə görə məktəbə başlanğıc yaşı uşaqlara cibxərcliyi təcrübəsi üçün ən uyğun yaşdır. Eyni zamanda və nizamlı olaraq cibxərcliyini verilməsi məsələnin ən əhəmiyyətli hissəsidir.

Uşaqlara cibxərcliyi vermək nə üçün vacibdir?
• İlk olaraq bu uşaqlara verilən sərbəstlikdir.

• Beləcə uşaqlar pul anlayışlarını daha yaxşı və tez öyrənirlər .

• Pulu düzgün xərcləmə bacarığı uşağın öz özünə inamını, məsuliyyətini və şüuru baxımından əhəmiyyətli bir addımı olacaqdır.

• Erkən yaşda pul xərcləmə bacarığına yiyələnən uşaq irəlidəki yaşlarda maddi baxımdan ev idarəsini yaxşı bacaracaqdır.

• Uşaqlar böyük şeyləri ala bilmək üçün pul toplamağın vacibliyini öyrənərlər. Eyni zamanda planlamağı və gözləməyi də öyrənirlər .

• Valideyndən istəmədən uşaqlar xəyallarını gerçəkləştirə biləcəklərini anlarlar.

• Başqalarına bir şey hədiyyə edərək də xoşbəxt ola biləcəklərini öyrənərlər.

• Və ən əsası- Cibxərcliyini olmayan bir uşaq kollektiv içində arzuolunmayan ola bilər.
Övladlarına cibxərcliyi ayıran valideyn onu düzgün və səmərəli xərcləməyin yollarınıda uşağına izah etməli, uşağını nəzarətsiz qoymamalıdır.

Günel Şəfiyeva
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 3 174
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri