Oğlumuzu necə böyüdək. Analar üçün məsləhətlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 181
Səs ver:
(səs: 2)
Bəzi anaların bəxti gətirib, onların oğlu var. Ana ilə övlad arasında çox möhkəm bağ var, ancaq oğul ilə ana arasında bu bağ çox özəldir. İnanmaq olmur, bütün günü aləmi qatıb, bir yerdə dayanmayan, dalaşan, dava edən bir insan günün sonunda necə zərif və həssas birinə çevrilir. Bax, bu məqamda diqqətli olmaq lazımdır. Ona hiss etdirmək lazımdır ki, siz onu heç nəyə baxmadan çox sevirsiz. Onda o əsl kişi kimi böyüyəcək. Nəinki, güclü və məsuliyyətli, həm də sevməyi bacaran bir kişi olacaq. Axı, insanən ən başlıca özəlliyi onun insanlara sevgi vermək bacarığıdır.

1. Hisslər sözlərə çevrilir. Hissləri ilə bacarmaq qabiliyyətini yaratmaq üçün, hisslərini dilə gətirməyi öyrətmək lazımdır. Sağlam uşaq o uşaq deyil ki, hisslərini boğa bilmir, o uşaqdır ki, özünü anlayır, hisslərini idarə edir, hər şeyi öz adı ilə çağırır. Emosional sıxıntı xəstəliklər doğurur. Öz nümunəndə övladınıza hissləri düzgün formada büruzə verməyi və düzgün adlandırmağı nümayiş etdir.

2. Həmişəlik dəstək. Oğlun ilk pərəstişkarı onun anasıdır. Onun qalibiyyətləri və məğlubiyyətləri barədə hər şeyi bilir. Bəzən oğul öz fanatına görə utanacaq,  amma o həmişə bilir ki, dünyada elə bir insan var ki, o həmin insan üçün ən vacib biridir.

3. Evdar. Ev işləri edərkən oğlunun sənə kömək etməsinə sövq elə. Yumaq, təmizləmək, bişirmək, arxası ilə yığışdırmağı bacarmaq ona mütləq həyatda lazım olacaq.

4. Birlikdə oxumaq. Birlikdə kitab oxuyun! Və ya o öz sən də özünə maraqlı bir kitab oxu. Sənin kitab oxumağın ona nümunə olacaq. Yaşca böyüklərin nümunəsi yoluxucudur. 

5. Rəqs. Birlikdə rəqs edin. Rəqs edin amma rəqs edərkən onun nataraz hərəkətlərinıə heç vaxt gülmə. Rəqs bədənini tanımağa və stressdən, pis əhvaldan uzaq olmağa yardımçı olur.

6. Yaxşı insanlar. Ətrafda və dünyada olan yaxşı insanların bu özəlliyini görməyə, onlardan nümunə götürməyi ona öyrət. Alimlərdən, səyyahlardan, yazıçılardan danış....İnsanlara inam uşaqlıqdan yaranır.  Pislikləri onsuz da tanıyacaq. Ancaq hər şeydə və hər kəsdə yaxşını görmək qabiliyyət gözəl şeydir.  

7. Ən gözəl nümunə. Süperqəhrəman - bu anadır. Ən ağıllı, ən gözəl, ən xeyirxah. Bil ki, sən onun üçün idealsan və buna həmişə riayət etməyə çalış.

8. Gözəl maneralar. Yer verməyi bacarmaq, nəzakətli olmaq, diqqətli, xanımlara qarşı hörmətli olmaq. Bu kişi üçün ideal xüsusiyyətlərdir. Onlar oğluna cəmiyyətdə yer tutmağa yardım edəcək. Nəzakətli olmağın nümunəsini ona sən nümayiş elə.

9. İnam.  İnsan nəyəsə mütləq inanmalıdır. Ona ədalətin, onu qoruyan ilahi qüvvənin olduğuna inam yarat. Çünki bu inam hissi insanı həyatı boyu tənhalıqdan, çarəsizilikdən qoruyur.

10. Zəriflik. Bəli, elə kəslər var onlara qarşı qoruyucu və zərif davranmalısan. Heyvanlar, təbiət, uşaqlar, başqa insanların hissləri onlara qarşı bu cür davranmağı ümid edir.  

11. Əşyalar.  Əşyalar qırılır, batır, çirklənir bu qaçılmazdır. Ana bunu məqbul bir məsələ kimi qarşılamalıdır. Bu qaçılmazdır, axı. Bunlara görə əlavə yerə mübahisələrdənsə, baş verən səhvi düzəltməyi öyrətmək daha gözəl nəticələnə bilər.

12. Maraqlar.  Qarşlılqlı anlaşmanı qoruyub saxlamaq çox vacibdir. Bunun üçün ona nə maraqlıdırsa, o məsələyə sən də maraq göstərməlisən. Bu həm yeni nəyisə öyrənmək heç vaxt pis deyil.

13. Gəzintilər. Tez-tez birlikdə gəzin. Təbiətdən zövq almağı olanlara qiymət verməyi öyrət.  

14. Oyunlar. Oyun vaxtı həmişə o qalib gəlməli deyil. Uduzmağı, məğlub olmağı da bacarmalıdır. Axı, həmişə istədiyi kimi olmaya bilər. QƏLƏBƏNİ QAZANMAQ LAZIMDIR.

15. Kömək. Heç vaxt köməyini ondan əsirgəmə amma onu da sənə kömək etməsinə dəvət elə. Bu uşağa müdrik biri kimi böyüməyə kömək edəcək. Sənə kömək etməklə o özünü vacib biri hesab edəcək.

16. Təcrübə. Mükəmmələ nail olmaq üçün çox işləmək lazımdır. Zəhmətsiz istedadlar heç nəyə gərək deyil. Oğlunu çalışqan olmağa, işləri yarımçıq qoymamağa öyrət. 1-ci cəhdən alınmasa da, hansısa cəhddən alınacağına inam yarat.

17. Suallar. Çalışın oğlunuzun bütün suallarına cavab verəsiz. Ancaq qarşılıqlı sual verməyə də cəhd et. Yəni oğlunuza sualına cavabı yönəldici suallarla cavab tapmağa kömək et.

18. Ata. Ana ataya ATA olmaq üçün imkan verməlidir. Oğul üçün o avtoritetdir. Onu utandırmaq olmaz, hətta ata arada səhv edirsə də.

19. İdman. Bu oğlan üçün vacibdir. Travmatik olmayan idman növləri seç- misal üçün üzgüçülük. Fiziki güc və sağlamlıq kişiyə özünə inamlı olmaq üçün lazımlıdır.

20. Öpüş. Fiziki ünsiyyət də vacibdir. Qucaqlaşmaq, öpmək, əl-ələ tutmaq sevgini göstərmək üçündür.  Bunu ona da öyrətmək olar.

21. Ünsiyyət. Oğlunu özünlə qonaq apar. Səyahətə apar. Bu qiyməti ölçülməyən təcrübədir. Axı bunlar onun şəxsiyyət kimi formalaşmasına kömək edəcək.  

Sənin oğlun sənin sərvətindir. O bunu həmişə bilməlidir. Oğlun kişiyə çevriləcək amma səni əvvəki kimi sevəcək. Ən çətin anlarda belə unutma ki, o sənin bəxtin gətirib.

Səma Abiyeva
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 2 181
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri