Uşağa ev tapşırıqlarında necə kömək etməli?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 2 906
Səs ver:
(səs: 1)
Hər bir valideynin ən böyük istəyi övladının savadlı olması, kitaba, elmə maraq göstərməsidir. Elə ona görə də uşaq vaxtı bu sözləri hamı eşidib: "Otur stol arxasında, dərslərini hazırla!” İndi bu hissləri biz təkrar yaşayırıq, amma valideyn qismində. Övladımızın masa ətrafında oturub, ciddi-ciddi dərsləri ilə məşğul olması üçün... Valideyn təkcə əmr verməməli, ev tapşırıqlarının yerinə yetirilməsində balaca məktəbliyə kömək də etməlidir. Amma necə?

Günün rejimi
Uşaqlar öz günlərini rejimə salmaqda hələ ki, çətinlik çəkirlər. Ona görə ilk vaxtlar siz onların gününü rejimlə idarə edin – oxu, yemək, istirahət saatları və s. Dərs qavrama müddəti də uşaqdan-uşağa fərqlənir. Belə ki, birinin 15 dəqiqə ərzində etdiyi tapşırığı digəri 2 saata edər. Uşağın yorulduğunu, yuxuladığını hiss edirsinizsə, onu oxumağa məcbur etməyin. 15 dəqiqə fasilə verin ki, özünə gəlsin.

Yüksək əhval-ruhiyyə
Uşağı dərs oxumağa mütləq həvəsləndirmək lazımdır. Burada əhval-ruhiyyənin də rolu böyükdür. Çalışmaq lazımdır ki, ona hər zaman müsbət emosiya ötürəsiniz. Kitabı açan kimi uşağa acıqlanmanız, hər hansı neqativ hadisəni söyləməniz bütün işləri korlaya bilər.

Əgər övladınız çox yüksək qiymətlər də ala bilmirsə, onu tənqid-təhqir etməyin! Əksinə, tərifləyib daha çox uğur qazanmasına hazırlayın.

Uşağa dərslərində kömək edən zaman heç bir halda ona "Sən çox diqqətsizsən!”, "Heç vaxt əlaçı ola bilməyəcəksən!”, "Çox kütbeyinsən” kimi cümlələr demək olmaz! Yalnız yüksək əhvalla onu dərsə kökləyə və həvəslə çalışmasına nail ola bilərsiniz.

Təəssüf ki, bir çox məktəblərdə bununla bağlı problemlər var. Müəllimlər bu sözlərlə uşaqları ruhdan salır. Uşaqların dərsi həvəslə oxumasında müəllimlərin rolu böyükdür. Buna görə siz məktəb seçərkən müəllimlərə xüsusi diqqət yetirməlisiniz. "İstək” liseyində 20 ildən artıq təcrübəyə malik olan Azərbaycanda və xaricdə çalışmış müəllimlər sizin övladınızın dərsə həvəslənməsində, elmə yiyələnməsində mühim rol oynayacaqlar.. Liseydə interaktiv lövhə və laboratoriyalarda praktiki dərslər, zəngin kitabxana övladınıza dərs oxumağa həvəsləndirəcək.  "İstək” liseyinə qəbul fevral ayının 10-dan başlayıb. Övladınıza istədiyiniz təhsil imkanlarını vermək üçün mart ayının 15-nə kimi "İstək”  liseyinə qəbul üçün müraciət edin. Zəng edin: +994 465 4737   İstədiyiniz təhsil "İstək” liseyində....

Məşğələnin düzgün strukturu
Ev tapşırıqlarını sürətlə və daha yaxşı yerinə yetirmək üçün bir neçə psixoloji "hiylə” mövcuddur. Məsələn, dərsləri etməzdən əvvəl, bütün lazımlı dərslikləri masanın sol küncünə yığın və onlar icra edildikcə sağ tərəfə qoyun. Beləcə, uşaq hansı tapşırığı edib-etmədiyini biləcək və daha sürətlə digərlərini icra etməyə çalışacaq.

Dərsləri etməyə başlarkən daha sadə tapşırıq və suallardan başlayın. Onların cavabını tapdıqca övladınız həvəslənəcək və digərlərini həll etməyə tələsəcək.

Tapşırıqları etməyin zamanı da düzgün seçilməlidir. Ən effektiv saat dərsdən gəldikdən 1-1,5 saat sonradır. Gəlib, yuyunur, geyinir, yeyir, bir az oynayır və ya uzanır. Sonra yeni enerji və həvəslə dərsə başlayır.

Göstərişlərin və qeydlərin miqdarı
Uşaqları tapşırıq etməkdən "küsdürən” səbəblər sırasında valideynin düzgün olmayan davranışları da var. "Qələmi düz tut!”, "Hərfləri səliqə ilə yaz!” "Niyə bundan başlayırsan?” və s. kimi əmrlər düzgün deyil.

Həmçinin səhvlərini düzəldərkən, "qaralama” demək də doğru deyil. Düzdür, o zaman dəftərdə xeyli səliqəsizlik yaranır, lakin onun səhvini müəlliminin görməsində fayda var.

Bəzi valideynlərin uşağa dərslərini yerinə yetirməkdə buraxdıqları ən böyük səhv növbəti günlərin tapşırıqlarını da etdirmələridir. "Bu gün tapşırığın az idi, tez bitirdik", - deyən ana, - gəl sabahın, biri günün də çalışmalarını həll et" deməklə, uşağı hədsiz yükləyirlər.  Sabahın dərsini etdisə, buraxın, indi də oynasın, açıq havada gəzsin...

Valideynlər bir məqama da xüsusi diqqət yetirməlidirlər ki, dərs oxumaqda kömək o demək deyil ki, uşağın başının üstündə durasan. Sadəcə bir qədər istiqamət verib, yazı stolundan uzaqlaşın, imkan verin ki, o, tapşırıqlarının həllini özü sərbəst davam etdirsin.

Aygün Quliyeva
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 2 906
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri