Dərslərdən sonra məktəblinini nə ilə məşğul etməli?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 2 001
Səs ver:
(səs: 1)
Dərslərini edib bitirdikdən sonra asudə vaxtında məktəblinin zamanını səmərəli planlaşdırmaq hər bir valideyni düşündürən mövzudur. Axı, müasir məktəblinin dünyası yalnız təhsildən ibarət deyildir.

Birinci variant olaraq uşağı müxtəlif musiqi və ya bədii məktəblərə, dərnəklərə, kurslara yazmaq olar. Şagirdin hər gününü planlaşdırmaq olar. Məsələn: həftənin iki gününü üzgüçülük (güləş, rəqs və s), iki günü – musiqi və ya rəsm çəkmə dərslərinə ayırmaq mümkündür. Bu vaxt bölgüsü məktəblini daha da intizamlı edəcək, o gününü düzgün olaraq qrafikləşdirəcək, televizora baxmağı, kompüterdə oyunamağı və ya gəzinti zamanını saatlara bölərək dərsləri üçün də zaman ayırmalı olduğunu biləcəkdir. Musiqi və bədii məktəblər uşaqda yüksək estetik hisləri inkişaf etdirəcəkdir. İdman zallarında məşğuliyyətlər sağlam həyat tərzinə stimul ola bilər və uşağa özünü müdafiəni öyrədəcəkdir. Bundan başqa günün hissələrə ayrılması məktəblinin qrafik və vaxtın anlayışını inkişaf etdirir.

Yaradıcılıq kursları uşağa böyüdükcə həyatda lazım olan bacarıqları inkişaf etdirməkdə  mühüm yer tutur. Məsələn: tikiş kursları qızlar üçün ən gözəl peşə olmaqla yanaşı həm də tikmək bacarığını formalaşdırır. Oğlan üçün texniki bacarığı formalaşdıracaq dərnəklər onun  həyatında da köməyinə gələ biləcək sahələrdəndir. Düşüncə və diqqətin inkişafı üçün şahmat dərslərinin xeyrini qeyd etmək yerinə düşər. Şahmat oynamaq-məntiqi nəticələrə gəlmək, hər addımı bir qədər öncədən fikirləşə bilmək bacarığı yaradır.

Buna görə də uşağınızı hər hansı uşaq təşkilatına, dərnəklərə yazmamışdan öncə hərtərəfli düşünün. Bu kimi məşğələlərin övladınızın gələcəkdə şəxsiyyət kimi formalaşmasında  böyük rolu vardır.

Günel Orucova
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 2 001
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri