1-3 aylıq körpəni inkişaf etdirən oyunlar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 587
Səs ver:
(səs: 0)
Yeni doğulmuş körpəni inkişaf etdirən məşğuliyyətlər (1-3 ay)

Əvvəllər elə hesab edirdilər ki, uşaqla oynamağa daha böyük aylarından, 1 yaşına yaxın dövrlərdən başlamaq lazımdır. Amma sonradan elm bunu inkar edərək, körpəni inkişaf etdirən məşğuliyyətlərin daha erkəndən, hətta 1 aylığından başlamağın zəruriliyini ortaya qoydu. Təzə doğulmuşları inkişaf etdirən bir neçə sadə oyunla valideynləri tanış edək:

Zərif toxunuşlarKörpəyə gülümsəyin, onun gözlərinin içinə baxın, öz üzünüzü ona yaxınlaşdırın, əlidən tutun, nəvaziş göstərin. Uşaq şeirlərini yüksək olmayan səs tonu ilə, aram-aram, hecalarla oxuyun.                                                                      

Belə zərif hərkətlər onun xoşuna gələcək və körpəniz də sizə gülümsəyəcək. Hətta körpənizi uzadaraq, onun ayaqlarını, qollarını boynunu tumarlayıb, öpə bilərsiniz ki, bu da həyata yenicə qədəm qoymuş uşağa təhlükəsizlik, qayğı, sevgi kimi hissləri aşılaya bilər... Xüsusilə də ana-uşaq arasında belə bədən əlaqəsinin olması vacibdir.

Bu, çox məzəli və bir o qədər də körpəyə maraqlı gələn oyun növlərindəndir.  Körpəni əlinizdə tutaraq, gülümsəyərək deyin: "Burun buruna, bəli, bəli...”. Sonra öz burnunuzu körpənin burnunu

"Burun buruna” oynu
toxundurursunuz, bir neçə dəfə bu hərəkəti təkrarlamaq inanırıq ki, həm balacanız üçün, həm də sizin üçün çox əyləncəli olacaq... O, da yenidən bu oyunu sizin nə zaman edəcəyinizi gözləyəcək.

Yuxudan sonra oyunlar
Körpəniz yuxudan durubsa, onunla belə oyunlar oynaya bilərsiniz: Balacanı əllərinizə götürün, azca yellədin, boynunu nəvazişlə üfləyin. Sonra başdan ayağa kimi onu tumarlayın, adını səsləndirin. Unutmayın, sizin belə mehriban və sevimli münasibətiniz onun çox xoşuna gələcək.

"Yırğalamalar" oyunu
Çox ehtiyatla, nəvazişlə ediləcək bir oyun: Körpənin başını ocuvlarınıza alın, qollarınız üstə möhkəm tutub, yüngülcə yellədin. Yıralayaraq şeir söyləməyi də unutmayın.

Gimnastika topu
Övladınızın həm fiziki, həm də əqli cəhətdən inkişafını istəyirsinizsə, ona hərtərəfli qayğı və qulluq göstərməlisiniz. Buna imkan verən oyunlar sırasına gimnastika topu ilə edilən məşqlər də daxildir. Elə isə, onun tam inkişafı üçün gimnastika topu almanız və ondan düzgün istifadə etməyiniz gərəkdir. Əksər oyuncaq satılan mağazalardan asanlıqla əldə edə biləcəyiniz gimnastika topu tez bir zamanda körpənizin sevimli oyuncağına çevriləcək. Belə ki, uşağı onun üzərinə qoyaraq, yavaş-yavaş arxaya və önə doğru hərəkətlər etdirirsiniz. Bu zaman o, həzzin zirvəsinə qalxaraq, özünü çox xoşbəxt hiss edəcək.

Gəlin, körpələrimizi əyləndirərək, inkişaf etdirək...

Aygün Quliyeva
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 587
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri