Körpənin iməkləməsini necə sürətləndirməli?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 972
Səs ver:
(səs: 0)
Hər bir körpədə iməkləmək xüsusiyyətləri və zamanı fərqlidir. Bəzi körpələrdə bu tez, digərlərində isə gec baş verə bilər. Həmçinin uşaqların bir qismi əlləri və dizləri üstə, arxaya doğru, bir qismi isə əl və ayaqları üzərində önə doğru iməkləyər.

İməkləmək üçün körpələr hər şeydən öncə sərbəst oturmalı, əl və dizləri üstə dura bilməlidirlər. Əsasən 6-9 ayında ikən körpə iməkləməyə başlamalıdır. Lakin bu dövrü keçməyən birbaşa yeriyən uşaqların sayı da az deyil.

Körpəyə necə kömək etməli?
Hər bir valideyn övladının iməkləməsini səbirsizliklə gözləyir, amma özündən asılı olmadan bu prosesi ləngidə bilər. Bütün günü qucaqda gəzən körpə tez iməkləyərmi? Əlbəttə ki, xeyr.

Balacanıza kömək edin: xalçanın üzərinə təmiz ədyal salıb, üzüqoylu şəkildə onu yerə buraxın. Sonra qarşısına keçib onu səsləyin, əlinizə rəngli-səsli oyuncaq götürüb özünüzə tərəf çağırın. O, sizə tərəf gələ bilməsə də buna cəhd edəcək. Belə etmək iməkləmək prosesinə xeyli təkan verəcək.

Onu qarnı üstündə güzgüyə doğru tutun. Əksini orada görərək, irəliləməyə çalışacaq.

Əsla iməkləmək istəyən körpənin qarşısını almayın, "yox” deməyin. Əksinə onu daha da cəsarətləndirin və nəzarətdə saxlayın.

Evdə iməkləyən körpəniz varsa:
-  Xalça, döşəmə daima təmiz olmalı;

- Muncuq, qəpik, oyuncaq qırıntıları – boğulma təhlükəsi olan lazımsız əşyaların olmamasına fikir vermək;

- Çalışın körpəniz iməklədikcə onu gözdən qoymayasınız, yerə sərdiyiniz ədyaldan kənara çıxmamasına diqqət edəsiniz;

- Elektrik, masa küncləri, nərdivan və s. kimi təhlükəli məqamlara xüsusi fikir verməlisiniz və s.

İməkləməyin faydası
Yuxarıda da qeyd etdik ki, bəzi körpələr iməkləməz, birbaşa yeriməyə başlayarlar. Lakin iməkləməyin körpə üçün bir çox faydası var: məsələn, körpənin ayaqlarını gücləndirir, yeriməsini sürətləndirir, iməkləməyin zamanı və davam etmə müddəti körpənin beyninin işləmə dərəcəsini göstərir.

Əgər körpənizin vaxtında iməkləməməsindən narahatsınızsa, o zaman həkimlə məsləhətləşin.

Aygün Quliyeva
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 972
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri