Körpənin 3-cü həftəsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 420
Səs ver:
(səs: 1)
Balacanız günü gündən böyüyür. Artıq 3 həftəlikdir. Ana bətni körpəniz üçün isti, rahat yer idi. Əlbəttə ki, bu dünyaya öyrəşmək üçün ona xeyli vaxt tələb olunur. Sizin bədəninizdən kənarda olan səslərə, ətraf mühitə, digər təsirlərə öyrəşmək  o qədər də sadə proses deyil. Bu həftədə valideynlər körpənin daxili aləmi ilə tanış ola bilmirlər; axı günün böyük hissəsini yatmaqla keçirir. Uşağın sizinlə yeganə ünsiyyəti ağlamaqdır. Siz isə ona toxunmaqla, əzizləmənizlə ünsiyyət qura bilərsiniz.
Yenidoğulduğu vaxta nəzərən daha möhkəm görünən balacanız əslində tamamən sizin qayğınıza ehtiyacı var.
 
Fiziologiyası
Qarnı üstə uzandıqda başını qaldırmağa cəhd edə bilər. Bəzən o buna nail olur. Əgər qaldıra bilsə, 10-15 saniyədən çox saxlaya bilmir. Kürəyi üstə uzanarkən əlinə verilən barmağı möhkəm sıxır.
Üçüncü həftədə balaca ətrafdan gələn səslərə və valideynlərin hərəkətlərinə reaksiya verməyə başlayır. Körpənin yanında bərkdən danışdıqda onun hərəkətləri sürətlənir, tənəffüsü tezləşir. Onun hərəkətləri hələki istiqamətlənmiş deyil, xaotikdir. O, başını çevirə bilir.  
 
Görmə və eşitmə
Körpəniz tox olduqda və onu narahat edən bir şey yoxdursa, sakitcə uzanaraq hərəkət edənləri müşahidə edə bilər. Onun görmə məsafəsi 20 sm-dir.
Körpə yad səs eşitdikdə sakitcə ona qulaq asa bilər. Bu həftədə insan səsləri onun çox xoşuna gəlir. Xüsusən də ananın səsi. Ona görə də onunla mümkün qədər çox danışın.
 
Körpənin yuxusu
3-cü həftədə körpə artıq yemək vaxtından xeyli əvvəl oyana bilər, yedikdən sonra da bir müddət oyaq qala bilər. Birinci həftə ilə müqayisədə yuxu vaxtı azalmışdır.
Bu həftədə körpədə güclü ağlama forması əmələ gəlir. Bunun vasitəsilə onu nəyinsə narahat etdiyini bildirir. Buna görə yuxu bir qədər pozula bilər. Ancaq ana öz balacasını necə sakitləşdirməyi yaxşı bilir.
 
Qidalanması
Ən yaxşı qida ana südüdür. Toppuşunuzun südə olan ehtiyacı bir qədər artacaqdır. Südün ifrazını artırmaq üçün onu tez-tez döşə qoyun. Nəticədə sutkada 10-12 yedizdirmə olacaqdır.
 
Fiziki inkişafı
3-cü həftədə körpənin toxunma-lamisə hissi yaxşı inkişaf edir. Xüsusilə əl içi, dabanlar və üz hissə çox həssas olur. Bu nahiyələrin sığallanması onun çox xoşuna gəlir. İsti suda olmaq da ona zövq verir. Əksər körpələr geyinmə və soyunmanı sevmirlər.
3-cü həftədə körpədə tarazılıq hissi formalaşır. O, öz bədəninin vəziyyətini hiss edir. Məhz bu hissin sayəsində gələcəkdə oyuncağı götürmə, çevrilmə, ayaq üstə durma, yerimə kimi hərəkətləri mümkün olur. Onun əlləri yumruqda bükülmüş, ayaqları isə dizdən qatlanmışdır, hətta bəzən qarına doğru bükülür. Çünki 3 həftəlik körpədə beyin zəif inkişaf etmişdir və o, əzələ sistemini  tənzimini tam həyata keçirə bilmir. Belə hipertonus 1 ayına qədər normal fizioloji haldır.
 
Sosial inkişafı
* Nəzərlərini valideynin üzündə fiksə edə bilir; əgər o, yarım metrdən uzaqda deyilsə;
* maraqlı insan üzü və ya obyekt gördükdə sakitləşir
* onu götürən insanın bədən vəziyyətinə uyğunlaşır
* əli ilə barmaq və ya balaca bir əşyanı tuta bilər
* insan səsinə aktiv reaksiya verir
 
Analara məsləhətlər:
* körpənizlə danışın, onu qucağınıza alın; ana ilə övladın qeyri adi enerji bağlılığı var, onu bu zövqdən məhrum etməyin;
* körpənizi yatırarkən onun başının daima bir istiqamətdə olmamasına diqqət edin. Çünki bu yaşda körpənin sümükləri deformasiyaya meyllidir
* körpənizin sağlamlığını indidən qorumaq üçün onu bələməzdən əvvəl bir qədər açıq qalmasına imkan verin. Bu müddətdə onunla danışın, sığallayın;
* bu həftədə uşaqların iri, rəngbərəng oyuncaqlar xoşuna gəlir. Ona görə də beşiyinə belə oyuncaqlar asın;
* körpə ilə hər gün gəzintiyə çıxın. Havanın temperaturu 10°dən az olmamalıdır. Gəzintini 10 dəqiqədən başlayaraq artırmaq lazımdır. Qışda 2 saatdan çox olmamaqla mütləq gəzmək lazımdır.

Ülviyyə Səid
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 420
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri