Körpənin 4-cü həftəsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 2 034
Səs ver:
(səs: 1)
Əziz analar, bugündən sizə körpənizin həftə-həftə inkişafından, onda yaşanan dəyişikliklərdən silsilə yazılar təqdim edəcəyik. Bu yazılar vasitəsi ilə siz körpənizin istəklərini və yaşadıqlarını daha yaxşı anlayacaq, öz həyatınızı isə daha düzgün planlaya biləcəksiniz.  

Körpənin ilk 4 həftədə inkişafı...
Sizin övladınızın yeni doğulmuş körpələrə məxsus titrəməsi (tremor) artıq keçib.

Körpəniz baxışını dəqiq cəmləyirsə, başını qaldırır hətta qarnı üstündə uzana bilirsə, əllərinizin hərəkətini izləyir və başını sizin olduğunuz tərəfə çevirirsə demək o, tam normal inkişaf edir.

Valideynlər üçün ən sevincli an körpənin qığıldamağa başlamasıdır. Əgər körpəniz müxtəlif səslər çıxarırsa, demək o, bu yolla sizə öz hissələrini çatdırır və sizinlə ünsiyyət qurmaq istəyir. Çalışın körpənizlə üzbəüz dayanıb söhbət edəsiz, hətta başqa işlərlə məşğul olduqda belə onunla söhbət edin. O, həmişə ana səsini eşidərkən sevinir.

Uzun müddət ana südünü qəbul edən körpəyə şüşə qabdan süd verdikdə o, imtina edə bilər. Bu zaman siz onu şüşə qaba bir qədər də daha erkən öyrəşdirsəz, yaxşı olar.

Sizin həyatınız: Qarışıq hisslər.
Sizin həyatınızda zaman körpənizin yemək və bezini dəyişmə vaxtı ilə ölçülür. Bəzən bu halda valideynlər ruhdan düşür. Lakin burada təəcüblü heç bir şey yoxdur. Bu halın adı doğuşdan sonra baş qaldıran depressiyadır. Depressiya daha da güclənərsə o, zaman həkimə müraciət edin.  Əgər siz hamiləlik zamanı yığılan artıq çəkidən can qurtarmaq istəyirsizsə, tələsməyin. Arıqmala prossesini zamanla həyata keçirin.

Aynur Hüseynzadə
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 2 034
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri