Körpənin 11-ci həftəsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 028
Səs ver:
(səs: 0)
Artıq 11 həftədir ki, dünyamıza gözlərini açan balacada xeyli irəliləyişlər hiss edirsiniz. Bu həftəsində də o bir az da inkişaf edəcək, bəzi hərəkətləri ilə sizi heyrətləndirəcək.

Körpəniz artıq başını yaxşı saxlaya bilir. O, kürəyi üstə uzanıb, başını hərəkət etdirə, bir neçə saniyə isə müstəqil saxlayır.

Qarnı üstə uzanaraq, sinəsini 45 dərəcəlik bucaq altında qaldırır və başını da əminliklə dik saxlayır.

11-ci həftədən etibarən balacanı gəzintiyə aparanda arabada otuzdura bilərsiniz. Amma onu oturdarkən belinə və kürəyinə çox güc düşməməsini nəzərə almalısınız.

İndi ona şeir və nağıl oxumağın tam zamanıdır. Bunları yavaş-yavaş dərk edərək balacanın nitqi inkişaf etməyə başlayacaq. Səsinizin tembir, intonasiyası onda böyük marağa səbəb olacaq. 11-ci həftədə körpədə nitqin inkişafa başlamasının nəticəsidir ki, o səslər çıxarır.

Balaca bu həftədən etibarən ətrafda baş verən hadisələri izləyir, dəyişikliklərə fikir verir.

Oyuncaqlarla oynamağın da zamanı yetişib. Rəngli və səsli oyuncaqlar onun marağına səbəb olur, odur ki, körpə onları əli ilə tutmağa çalışır. Çarpayıya bərkidilmiş səsli, hərkətli oyuncaqlar onun inkişafı üçün ən yaxşı variantdır.

Getdikcə ovuclarının içi görünəcək, barmaqlarını açacaq. Siz ona oyuncaq versəniz görəcəksiniz ki, yavaş-yavaş ağzına aparmağa çalışır. Artıq bütün əlini deyil, yalnız barmaqlarını ağzına soxmağa çalışır. Həmçinin ananın və digərlərinin barmaqlarını tutur.

Artıq bu həftədə o sizin davranışınıza reaksiya verəcək və xoşuna gələn şeylərə gülümsəyəcək. Hətta onunla danışan adama üzünü tutaraq, səsləri kəkələyərək sanki cavab verəcək.

Valideynlərə məsləhətlər:
Bütün dövrlərdə olduğu kimi, 11-ci həftədə də körpənin ana sevgisinə, qayğısına ehtiyacı var. Odur ki, bunu balacadan əsirgəməyin, xoş nəvazişinizlə körpənin inkişafına təkan verin.

Balacanı əlinizə götürərək, böyük adamla davranırmışsınız kimi söhbət edin, gülümsəyin, şeir, mahnı oxuyun, nağıl danışın. Gimnastik hərəkətlər və masaj da bu məsləhətlər sırasına daxildir. Mütəmadi olaraq körpənin bədəni ilə edilən hərəkətlər onun sağlam böyüməsinə xeyli faydalıdır. 11 həftəlik balacanızla gəzintiyə çıxmaq isə mütləqdir. İstər çöldə yuxulu olsun, istər oyaq, bir şeyi unutmamaq lazımdır ki, valideynlərin körpə ilə gəzintiyə çıxması çox önəmlidir.

Aygün Quliyeva
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 028
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri