4 aylıq körpənin inkişaf xüsusiyyətləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 4 909
Səs ver:
(səs: 0)
4-cü aya qədəm körpədə inkişaf davam etməkdədir. Siz onun hər gün dəyişildiyinin, böyüdüyünün, yeni-yeni hərəkətlərinin ortaya çıxdığının şahidisiniz.

4 aylıq uşaq bunları bacarır
Sizin ona doğru uzatdığınız əşyanı əlinə ala bilər, kürəyi üstə uzanarkən çarpayıdan və ya uşaq arabasından asdığınız səsli oyuncaqlara toxunub, oynaya bilər. Güzgüdə özünü kəşf edər, insanları daha aydın görər və izləyər.

Xoşbəxt olduğunda səs çıxarar, qığıltıları daha da çoxalar, mikimasına hər gün yeniliklər görərsiniz. Narahat olduğunda isə, təbii ki, ağlayar. Ətrafdakı qışqırıq, hay-küyə o da öz reaksiyasını bildirər.

Əl və ayaqları ilə oynayan balaca artıq 4-cü ayından etibarən bir tərəfdən digər tərəfə doğru hərəkət etməyə başlar ki, bu zaman valideynlər körpəni qətiyyən nəzarətsiz qoymamalıdırlar.

Başını dik tutar, tam bir gecə yata bilər, sizin köməyinizlə oturar, evdəki fərqli insanları tanıyar və artıq hər şeyi rəngli görməyə başlar.

4-cü ay bitər-bitməz körpənizin qaz sancıları da keçər, bu, onu daha da şən edər...

Diş çıxarmaq
Bu ayda balaca ilk dişini çıxarmağa hazırlaşır. Ona görə də diş çıxarmağın əlamətlərinə hələ 4-cü aydan rast gəlmək olur. Əlini tez-tez ağzına aparır, tüpürcək miqdarı artır, yüngül ishal, temperaturun qalxması, damaq qaşınması, əmziyi rədd etmək və s. kimi əlamətlərə rast gələ bilərsiniz. Diş çıxarmaq təbii ki, körpədən körpəyə fərqlidir. Ancaq əksər körpələrdə bu hal ağlama, əsəb, yuxudan oyanma kimi hallarla nəticələnir.

4 aylıq körpənin inkişafını necə dəstəkləməli?
Fikir verin ki, balacanız sizin gözlərinizi, üz cizgilərinizi və hərəkətlərinizi necə diqqətlə izləyir. Onunla da dünyanı kəşf etməyə çalışır. Oyuncaqlara daha çox maraq göstərir və oynayır. Körpənizə səsli və rəngbərəng oyuncaqlar alın. O, artıq dönməyə cəhd edir və dönür, odur ki, balacanı yalnız qoymayın. Körpənin ən çox anaya ehtiyacı var, onun nə istədiyini bir tək siz bilirsiniz. Onunla oynayın, çox danışın, üzünə baxın, gülümsəyin. Əllərini açın, bağlayın. Ayaqları ilə oynayın, üzüstü qoyaraq çevrilmə cəhdinə təkan verin. 4 aylıq uşağı suda daha çox saxlayın, oyuncaqlarla oynamasına icazə verin, onun hamam saatını artırın. Bir sözlə, körpənizlə keçirdiyiniz hər an onunla olan ünsiyyətinizi daha da güclü edəcək.

Yuxu rejimi

Artıq 4 aylıq körpənin bəlli yuxu rejimi olamlıdır. Belə ki, bunu anaolaraq özünüz təşkil etməlisiniz. Məsələn, yedirtmək + çimdirmək + pijama + musiqi, nağıl + yuxu formasında. Unutmayın ki, körpəni hər gün eyni qaydada və eyni saatda yatırtmaqla onu yuxu rejiminə sala bilərsiniz və öz-özünə yatmasına kömək edərsiniz.

4 aylıq körpənin yeməyi
Təkcə ana südü ilə qidalanırsa, hələ də əlavə yeməyə ehtiyac yoxdur. Ancaq əlavə qida yeyirsə, bu aydan etibarən müxtəlif pürelər hazırlaya bilərsiniz. Ancaq həkim məsləhətini unutmamaq şərti ilə. 4-cü aydan onu yavaş-yavaş fərqli dadlara alışdırın, nəyi də yeməsə məcbur etməyin. İstədiyi qədər verin, yemədiyini də sonra təkrar verməyə cəhd edin. Bu dəfə də imtina edərsə, siz də həmin yeməkdən imtina edin.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 4 909
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri