2 yaşlı uşağın inkişaf cədvəli

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 28 539
Səs ver:
(səs: 2)
İki yaş körpəlikdən uşaqlığa keçid dövrüdür. Artıq qaçmağa və danışmağa başlamış uşaq passivlikdən və tabe olmaqdan imtina edir. Hər şeyi araşdırmaq, toxunmaq istədikdə isə qadağalarla rastlaşır. Bu zaman da inadkar və üsyankar olur. Özünü yerə çırparaq ağlaya bilər. Lakin hələ bir çox şeylərdə anaya möhtac olduğu üçün tabe olmağa məcburdur.
 
Fiziki inkişafı
2 yaşında qız uşaqlarında boy 76,5 - 97,5 sm, çəki 9,2-15,1 kq, oğlan uşaqlarında boy 77-92 sm, çəki 9,1-15 kq arası dəyişir.
2 yaş uşağı daima hərəkətdədir. Pilləkənləri özü çıxıb düşə bilər. Barmağının ucunda yeriyə bilər. 3-5 kubla qüllə düzəldə bilər. Böyük düymələri aça bilər. Gecə yuxusunun vaxtı gəldikdə oyaq qalmaq ona çox çətin gəlir.
 
Qidalanması
2 yaşdan uşağın mədə-bağırsaq sistemi və qaraciyəri inkişaf etmiş olsa da bəzi qidaların həzmi üçün hələ tam hazır deyil. Bu yaşda uşaqlara meyvəni püre halına salmağa ehtiyac yoxdur. Bu yaşdan etibarən rasiona yeni qidalar- kəsmikli-yarmalı və ətli zapekankalar daxil olur. Əksər uşaqlar əti pis yesələr də qızarmış kartoflu zapekankanı məmnuniyyətlə yeyirlər. Sıyıqları daha duru bişirməyə ehtiyac yoxdur. Böyüyən orqanizmin vitamin və mineral ehtiyacını ödəmək üçün mütləq tərəvəzlər rasionda olmalıdır. Həftədə ən azı 3 dəfə sup verilməlidir. Ağ və qara çörək gündəlik rasionda olmalıdır. Şirniyyatdan zefir, marmeld vermək olar. Şokolad allergik reaksiyaya səbəb ola bilər.
Bu yaşda uşaq artıq valideynlərlə bir süfrədə əyləşməli, yeməyini özü yeməyə öyrənməlidir. Ona hansı yeməkdən və nə qədər yemək istədiyinə qərar verməsinə imkan verin. Sizin vəzifəniz ona sağlam qida ilə təmin etməkdir. Uşaqlar deyiləndən çox valideynlərin hərəkətlərini örnək götürürlər. Ona öyrətdiyiniz vərdişlərə özünüz də əməl edin.
Artıq diş baxımına başlamaq olar. Bunun uçun uşaqlar üçün nəzərdə tutulmuş pasta ilə gündə 2 dəfə fırçalamaq lazımdır.
Bu yaş həm də bezlərdən azad olmaq üçün ideal vaxtdır. Ondan çox şey tələb etmədən, utandırmadan tualetdən istifadə etməyi öyrədə bilərsiniz.
 
Psixologiyası
2 yaşındakı uşaq "yox" deməyi sevən uşaqdır. Daima ona qoyulan sərhədləri keçmək istər. Ona görə də qoyduğunuz qaydalarda dəyişkən olmayın, onlara əməl etməsinə nəzarət edin. Tez əsəbləşir, səbrsizdir, hər şeyi öz bildiyi kimi etmək istəyir. Bu onun yaş xüsusiyyətidir. O inad etdikdə onunla inadlaşmayın. Fikrini başqa bir şeyə yayındırın. Sonra sakitləşdikdə ona niyə icazə vermədiyinizi izah edin. Uşaq bu dövrdə "niyə?"," nəyə görə?", nədir?" suallarını tez-tez verir. Bu suallara səbrlə cavab verin.
 
Zehni inkişaf.
Hər bir yaş üçün uşaqlarda əldə edə biləcəkləri bilik və bacarıqlar vardır. Uşağın məntiqi inkişafı ilə nə qədər tez məşğul olsanız onun ətrafla tanışlığı daha yaxşı inkişaf edəcəkdir.
 
Riyazi biliklər
Uşağı 2-3 yaş arası riyaziyyatla tamış etmək lazımdır. Bunun üçün rəqəmlər yazılmış kartlar, həndəsi fiqurlu pazllar, oyun üçün rəngbərəng evciklər köməyinizə gələ bilər.
 
Məntiqi təfəkkür
- uşaq iki-üç işdən ibarət tapşırıqları yerinə yetirə bilməlidir;
- uşaq şəkil çəkməyi, kublardan ev düzəltməyi, sadə pazlları düzəldə bilməlidir.
 
Nitq inkişafı
- uşaq 4-5 sözdən ibarət ifadələr qura bilməlidir;
- uşaq böyüklərin dediklərini tam başa düşməlidir (məişət sözləri və ifadələri);
- uşaq sadə şerləri öyrənə bilməlidir.
 
Ətraf aləmin tanınması
- 2 yaşında uşaq bədən üzvlərini tanımalı;
- uşaq üzən, uçan və sürülən obyektləri deyə bilməlidir.
 
Hərəkət bacarıqları
- pilləkənləri özü qalxıb-düşməli;
- geyinib- soyunmağı bacarmalı;
- arxa-arxaya yeriyə bilməli;
- özü sərbəst güvəcə (qorşok) gedə bilməli;
- şaquli xətt çəkə bilməli;
- əllərini yuyub quruda bilməlidir
Uşağın inkişafına təkan vermək üçün onunla oynayın. Başqa uşaqlarla ünsiyyətini təmin edin. Bu yaşda uşaqlar birlikdə oynamağı və oyuncaqlarını paylaşmağı sevmirlər. Televizora saatlarla baxmasına icazə verməyin. Ona kitab oxuyun, mahnı oxuyun və onunla söhbət edin.
 
Ülviyyə Səid
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 28 539
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri