Uşağın zəkasını necə inkişaf etdirək?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 3 029
Səs ver:
(səs: 0)
Zəka- zehnin öyrənmə, öyrəniləndən yararlana bilmə, yeni vəziyyətlərə uyğunlaşma və vəziyyətdən yeni çıxış yolları tapa bilmək bacarıqlarının məcmusudur.
Uşağın beyin hüceyrələri mayalanmadan sonra 3-cü həftədə formalaşmağa başlayır. Araşdırmalar göstərir ki, uşaqlar 3 ayından etibarən öyrənə və öyrəndiklərini yaddaşında saxlaya  bilirlər. Zəkanın inkişafında 3 dövr vardır:
* doğuşdan öncə: ananın psixi sağlamlığı və qidalanması;
* doğuş əsnasında: sağlam bir doğuşun həyata keçməsi, bu zaman yaran problemlər, uşağın oksigensiz qalması, əldən sürüşüb düşməsi və s.;
* doğuşdan sonra: ananın zahılığı rahat keçirməsi, qidalanması, əmizdirmə, atanın sevgisi və şəfqəti və s. amillər.
 
Zəkanın bir neçə növü vardır:
- dil zəkası
-məntiqi-riyazi zəka
- görmə-məkan zəkası (memar, dənizçilər)
- bədən-kinestetik zəka (idmançı, sənətçi, rəqqaslar)
- musiqi zəkası
- insanlar arası zəka (müəllim, satıcı, siyasətçi)
- mənlik zəkası (fəlfəfəçilər, elm adamları)
 
Uşaq zəkasını necə inkişaf etdirmək olar?
Uşaq zəkasını inkişaf etdirmək üçün ananın sağlam hamiləlik keçirməsi, qidalanması, ruh sağlamlığına diqqətli yanaşması vacib rol oynayır. Uşağın sevgi ilə əhatə olunması, uşağa vaxt ayrılması, onunla kitab oxunması və təhsilinə xüsusi diqqət ayrılması zəka inkişafına bilavastə təsir edir.
Zəka inkişafına təsir edən əsas amil genetik faktordur. Ancaq bununla yanaşı ailə, inanclar, uşağın öz fəaliyyəti və cəhdi də qabiliyyətlərin inkişafına təsir.
 
Hamiləlikdə stressdən uzaq olun.
Pis və narahat bir mühitdə keçən hamiləlik ananın uşaqla əlaqələrinə təsir edir. Bu ananın uşaqla duyğusal ünsiyyət qura bilməməsinə səbəb olur. Bu isə uşağın inkişafına pis təsir edir.
 
Uşağa vaxt ayırın
Uşaqlıqdan etibarən uşağın fiziki ehtiyaclarla yanaşı duyğusal ehtiyaclarının ödənməsi də vacibdir. Uşağa özünə inam hissi vermək, ona dəyərli olduğunu hiss etdirmək , onunla oyun oynamaq lazımdır. Ona zaman ayırmaq onun sosial və akademik nailiyyətlərinin artmasına təsir edəcəkdir.
 
Sual verməsinə mane olmayın
Uşaqlar dünyanı kəşf edirlər. Onların bu marağını daha da ruhlandırmaq lazımdır. Uşağın hər sualı səbrlə qarşılanıb, cavablanmalıdır. Onunla danışdıqda anlama, istifadə etmə, cavab vermə qabiliyyəti inkişaf edəcəkdir.
 
Kitab oxuma saatı müəyyənləşdirin
Kitabın uşaq zəkasının inkişafında rolu əvəzsizdir. Ona kiçik yaşlardan etibarən rəngli nağıl kitabları oxuyun. Kitab oxumaq üçün dəqiq bir vaxt müəyyən edin.
 
Yaşına uyğun kitablar alın
Uşaqlar oyun oynayarkən ayırd etmə, qərar vermək, problem həll etmək və s. bir çox zehni işlər görür. Ona görə də uşağa oyuncaq seçərkən onun yaşını nəzərə almaq lazımdır.
 
Beynin inkişaf etdirən məşqlər edin
Üzmə, velosipedə minmək, basketbol kimi idman növləri beynə gedən siqnalları aktiv hala gətirir. Şahmat, məntiqi suallar və tapmacalar yaddaş mərkəzinin inkişafına səbəb olur.
 
Digər əlini istifadə etdirin
Bu, hər iki beynin hissəsini aktiv hala gətirir. Gündəlik hansı əlini istifadə edirsə, digər əlini istifadə etməsini istəyin. Məsələn, sağaxaydırsa, sol əli ilə yazmasını istəyin. Sol əli ilə yazmağı öyrənənə qədər davam edin.

Ülviyyə Səid
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 029
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri