Uşaqla oynamaq necə lazımdır?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 546
Səs ver:
(səs: 1)
Uşaq oynamaq nəyə lazımdır?

İndi isə sizə uşaqla oyundan danışacam . Bəli uşaqla dost olub, onunla uşaq kimi oyun oynamaqdan danışıram. Kifayət qədər vaxt ayırmırıq, təbbi işimiz çoxdur, pul qazanırıq bazarlıq edirik. Vaxtımız azdır. Ancaq ayırdığımız az diqqət və vaxt onun gələcəkdə necə insan olmasına, valideyninə münasibətinə təsir edir. Qəribədir uşağın formalaşdığı vaxt ona az diqqət edirik, istiqamətləndirməmizdə axsayırıq. Sabahsı gün də onda bəyənmədiyimiz xüsusiyyətlər kəşf edirik. Nə etməliyik. Onunla keçirdiyimiz vaxtın kəmiyyəti yox, keyfiyyətinə diqqət etməliyik. Hər gün onun birgə oyun oynayaaraq , kitab oxuyaraq keçirdiyiniz vaxt nələrə qadirdir. Bir bilsəz. Oyun uşaqla dost olmağın uşağa təsir etməyin ən asan yoludur. Həyat şərtlərinizi qaydalarınız uşağa oyunla öyrədə bilərsiz. Olmazları, olacaqları misal üçün gəlinciyə münasibətdə öyrədin. Gəinciyə tətbiq edin. Birgə . Və ya mərdliyi, kişiliyi formalaşdırmaq üçün birgə hansısa qəhrəmanlıq filminə, əsgərlərdən bəhs edən filmə baxın. Sonra birgə mağazadan bir yerdə əsgər alın evə gəlin. Oyuna başlayın.

Oyun vaxtı mütləq onu tərifləyin. Çünki uşağa oyun prossesi və qələbələri vacibdir. Əgər oynadığınız hansısa oyun onda alınmırsa, başqa oyuna keçin. Əgər inkişaf etdirici oyun oynayırsızsa, heç vaxt ona çıxış you göstərməyin qoyun özü tapsın. Bu oyun inkişaf etməsi üçündürsə səhv etməli, səhvini tapmalı, düzəltməlidir. Oyuna maraq göstərməsi üçüm daha asan yönündən başlayın. Mane olmayın, həm də tələsdirməyin. Bacarmasa yarım qoyun bir müddət sonra hımin oyuna geri qayıdın. Çox balaca uşaqlar gəlinciklərin canlandırılmasını sevirlər. Evdə onun üşün Kukla teatrı təşkil edin, Kukla demişkən bəzən onunla yarışa da bilərsiniz. Udduğunuz kimi ona, həm də uduzun. Oyun üçün münasib yer seçmək də önəmlidir.

Kağızla yaradıcı oyunlar da faydalıdır. Bu cür oyun qayçı ilə davranmağa, uşağın yaradıcı tərəfini inkişaf etdirməyə kömək edir.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 546
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri