Uşaqlarımızı 18+ videolardan necə qoruyaq? - Cavab

Müəllif: my_angel
Şərhlər: 6
Baxılıb: 3 154
Səs ver:
(səs: 4)
Müasir dövrün uşaqlarını cizgi filmi izləmədən təsəvvür etmək mümkün deyil. Uşaqlar demək olar ki, əksər saatlarını televiziya qarşısında cizgi filmlərini izləməklə keçirirlər. Amerikada aparılan bir araşdırmanın nəticələrinə görə, uşaqlarda televizora maraq 18 aylığından yaranır. Amma bu, hələ onların tamaşaçı olduğunu göstərmir. Uşaqlarda 2 yaş yarımlığından başlayaraq cizgi filmlərinə maraq oyanır. Bu yaşda olan uşaqların təqlidetmə qabiliyyəti yavaş-yavaş artır. 3-6 yaş arası uşaqlarda isə, bu təsirin önəmi daha da artır, çünki araşdırmaçılar bu yaş qrupuna aid uşaqlarının televiziya izləyərkən "məna" axtardığını ortaya çıxardıblar. 6-11 yaş qrupuna daxil olan uşaqların izlədiyi proqramların təsirləri daha çoxdur, çünki bu yaş qrupu uşaqlarda diqqət və dəqiq izləmə tam inkişaf etmiş olur.

Ümumiyyətlə, uşaqların baxdığı hər şey, tez-tez kadr dəyişikliyi körpə beynində qarışıqlığa və pozuntuya da səbəb ola bilər. Ona görə də uşaq daim nəzarətdə saxlanılmalıdır. Bəzən analar uşaq narahat etməsin deyə, övladlarına diqqətsiz yanaşırlar. Uşaqlar da bəzən özləri də bilmədən 18+ videolarına tıklayırlar. Bu da əlbəttə, öz növbəsində uşağın həm psixoloqiyasına, həm tərbiyəsinə zamanla təsir edəcək. Ona görə də, uşağa laqeyid yanaşmaq olmaz. Bəs necə edək, uşaqlar 18+ videolarını tıklaya bilməsinlər? Bunun bir çıxış yolu varmı? Bu mövzuyla ATV kanalının İT mütəxəssisi Eyvaz Kərimova müraciət etdik.

O bildirdi ki, bu halı aradan qaldırmaq üçün, mobil telefonlara və planşetlərə qadağa qoymaq kimi bir proqram yoxdur. Ancaq kompüterlər üçün müəyyən proqramlar var. Bu proqramlar kompüterə yükləndikdən sonra 18+ videoları izləmək olmur.

Milyonlarla videonu özündə cəmləşdirən "Youtube" sehifəsində uşaqların izləməsinin uyğun olmadığı videolar da mövcuddur. Uşaqların belə videoları izləməyinin qarşısının alınması üçün "Restricted Mode" bölməsindən istifadə edə bilərsiniz. Bu əməliyyatı yerinə yetirmək üçün, "Youtube" ünvanınızın olması daha məqsədəuyğundur.

(səs: 4)
Şərhlər: 6
Baxılıb: 3 154
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri