Diqqətli olun! körpələri ağladan səbəb

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 2 893
Səs ver:
(səs: 2)
Körpə hər evin bəzəyidir. Lakin çox vaxt körpələrin ağlaması evdə narahatçılığa səbəb olur. Hər kəs onun səbəblərini araşdırıb, ağlamasını dayandırmaq üçün əlindən gələni edir. Bəzən qarnının tox olmasına, təmiz olmasına rəğmən yenədə ağlamağa davam edirlər. Bu səbəbsiz göz yaşları evdə hər kəsi narahatçılığa qərq edir. Unutmaq olmaz ki, onlar heç vaxt səbəbsiz yerə ağlamırlar.

Uşaqların kəskin ağlamaq müddəti 3-6 həftəliyinə təsadüf edir. Körpə 12-16 həftəlik olduğunda isə daha az ağlayır. Bunun səbəbi isə bu dövrdə körpələrin hərəkət qabiliyyətinin artması, oyuncaqlarla oynaya bilməsi, beləliklə də daha az darıxmağıdır. Daha böyük körpələrin və 3-4 yaşına qədər uşaqların, həyata kifayət qədər uyğunlaşmaqlarına baxmayaraq aclıq, soyuq, yorğunluq, xəstəlik kimi səbəblərə görə hələ də ağlamağa davam edirlər. 

Qadınlar.biz  sizə çoxunuzu təəccübləndirəcək bir problemdən bəhs edir. Bu narahatçılıq səbəbindən çox körpə əziyyət çəkir. 

Əksər valideyinin fikir vermədiyi nüansalardan biri körpələrin əl və ya ayaq barmaqlarına tüklərin dolaşmasıdır. Adətən valideyinlər və körpənin yaxınları onu oynadarkən özləri də bilmədən saçları körpələrin barmaqlarına dolanır. Buda çox vaxt səhlənkarlıq edən valideyinlər balacalara lazımı diqqəti göstərmədikdə tük telləri barmaqlarda öz yerini möhkəmkləndirir.Bunun acı nəticəsi olaraq qan dövranı məhdudlaşır və qanama halları müşahidə olunur.

Bu kimi halların baş verməməsi üçün uşaqların əl və ayaqlarına vaxtı-vaxtında nəzarət edilməlidir. Onları geyindirən zaman diqqətli olmaq lazımdır ki, saç tükləriniz geyimlərinə qarışmasın. Ən əsasıda körpələrin paltarlarını öz paltarlarınızdan mütləq ayrı və tərsinə çevirərərk yuyun.
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 2 893
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri